Məhkəmə qərarları › İş №2(037)-135/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-135/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-135/2021 12.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Ağamı̇ rzə oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Ağamı̇ rzə oğlundan (bundan sonra cavabdeh) 828 manat əsas, 2251,27 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 130,96 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsum məbləğinin tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia ərizəsində iddia tələbini tam müdafiə etdiyini bildirərək iddiaçının nümayəndəsi iştirak etmədikdə işə baxılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 840296/18 DT nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin xx xxxxxxx 2020-ci il tarixə 828 manat əsas, 2251,27 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 130,96 manat faiz borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı müraciətlər olmasına baxmayaraq, cavabdeh kredit borcun qaytarılmasını təmin etməmişdir. Cavabdehdən 828 manat əsas, 2251,27 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 130,96 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsum məbləğinin tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, onunla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 840296/18 DT nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Bank tərəfindən verilmiş kartdan onun iş yoldaşı İdris Nəsibov istifadə edir və hissə-hissə ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxxxx 2014-cü il tarixli 840296/18 DT nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. xx xxxxxxx 2020-ci il tarixli **********066 nömrəli bildirişin surətindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehin öhdəliyi və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. xx xxxxxx 2020-ci il tarixli **********944 nömrəli maliyyə arayışından görünür ki, xx xxxxxx 2014-cü il tarixli 840296/18 DT nömrəli kredit müqaviləsi üzrə cavabdehin xx xxxxxxx 2020-ci il tarixə 828 manat əsas borcu, 130,96 manat faiz borcu və 2251,27 manat cərimə olmaqla, ümumilikdə cəmi 3209,23 manat borcu yaranmışdır. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 840296/18 DT nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə borcun gecikdirilməsinə görə dəbbə pulu hesablanmışdır. Cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxxxxx 2014-cü il tarixli 840296/18 DT nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə 828 manat əsas və 130,96 manat faiz borcu qalmışdır. Bundan başqa, borcun gecikdirilməsinə görə 2251,27 manat cərimə borcu hesablanmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu da ödənilmişdir. İddiaçı cavabdehdən 828 manat əsas, 2251,27 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 130,96 manat faiz borcu və 30 manat ödənilmiş dövlət rüsum məbləğini tələb edir. Cavabdeh kartdan iş yoldaşının istifadə etdiyini və hissə-hissə ödəyəcəyini bildirirərək qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx xxxxxx 2014cü il tarixli 840296/18 DT nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehdən 828 manat əsas və 130,96 manat faiz borcu tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 2251,27 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən – 100 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağamı̇ rzə oğlundan 828 manat əsas borc, 130,96 manat faiz borcu, 100 manat cərimə, 30 manat ödənilmiş rüsum məbləği – cəmi 1088 (bir min səksən səkkiz) manat 96 (doxsan altı) qəpik tutularaq iddiaçı ləğv prosesində olan ”İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar