Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1354/2024 04.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3100 manat dəyərində boyun sepi briliant qaşlarla, 900 manat dəyərində qol sepi briliant qaşlarla, 1400 manat dəyərində 583 əyyarlı qol sepi, 2500 manat dəyərində 585 əyyarlı briliant qaşlarla qızıl nişan üzüyü, 800 manat dəyərində 583 əyyarlı 8 qram çəkidə 2 ədəd klon, 400 manat dəyərində 583 əyyarlı boyun sepi dəst şəkilində və 900 manat dəyərində 583 əyyarlı 3 ədəd uşaq bilərziyindən ibarət qızıl-zinət əşyalarının ona qaytarılması, əşyalar aşkar edilməzsə onların ümumi dəyəri olan 10000 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 125 manat və ekspert üçün ödənilmiş 800 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 700/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə İsmayıllı rayon Mican kənd İcra nümayəndəliyində 26 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuş və birgə nikahdan 2006-cı ildə doğulmuş Ayla,2008-ci ildə doğulmuş İsmayıl və 2014-cü ildə doğulmuş Uğur adlı övladları Cavabdeh yanında saxlanılmışdır. O, məhkəmənin 2(037)-700/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində uşaqların atanın himayəsində olmasına bilmədən razılıq vermişdir. Onun hüquqi savadı yoxdur və qətnamədə qət edilənlər ona izah olunmamışdır. Bir sözlə o aldadılmışdır. Buna görə də uşaqların ona verilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülk iş hal-hazırda məhkəmənin icraatındadır. Daha sonra bildirir ki, "Kristal Abşeron” MTK-nın Biləcəri Filialı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə, ********* nömrəli payçı müqaviləsi bağlanılmışdır. Onun bütün cehiz əmlakları həmin mənzilə yerləşdirilmişdir. Hal-hazırda həmin mənzildə cavabdeh yaşayır. Əlavə olaraq bildirmək istəyir ki, o cavabdehlə mübahisəli şəkildə ayrılmış və ona məxsus cehiz əmlakları və qızıl-zinət əşyaları birgə nikah dövründə əldə etdikləri və yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllədə inşa edilmiş 6 binasında,1-ci blok,11-ci mərtəbə,82 nömrəli,3 otaqlı mənzildə qalmışdır.Qızıl-zinət əşyalarının ona məxsus olmasını sübuta yetirmək üçün iddia ərizəsinə bəzi sənədlərin və fotoşəkillərin surətini əlavə etmişdir. Qeyd etmək istəyir ki, cavabdehdə qalan və ona verilməyən qızıl-zinət əşyalarının ümumi dəyəri 10000 manat təşkil edir. O, evdən çıxan zaman bəzi qızıl-zinət əşyaları üzərində olsa da, digərləri cavabdehin yaşadığı mənzildə qalmışdır. Ona məxsus və cavabdeh tərəfindən mənimsənilən qızıl-zinət əşyaları boyun sepi briliant qaşlarla -3100 manat dəyərində, qol sepi briliant qaşlarla - 900 manat dəyərində, qol sepi 583 əyar - 1400 manat dəyərində, qızıl nişan üzüyü 585 əyyar briliant qaşlarla - 2500 manat dəyərində, klon 583 əyyar 2 ədəd 8 qram 800 manat dəyərində, boyun sepi dəst şəklində 583 əyyar - 400 manat dəyərində və 3 ədəd uşaq bilərziyi 583 əyyar - 900 manat dəyərində, cəmi məbləğ 10.000 manat təşkil edən qızıl-zinət əşyalarından ibarətdir. O, yuxarıda qeyd etdiyi qızıl-zinət əşyalarını cavabdehdən ala bilmir və cavabdehin ona olan kini və qərəzli münasibəti səbəbindən qızıl-zinət əşyalarını ona verməyəcəyini bildirir. Qeyd etdiyi qızıl-zinət əşyaları "xxxx" tərəfindən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmişdir. Həmin qızıl-zinət əşyaları ona hədiyyə alındığı halda ona verilmir. Bunun üçün də o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etmek istəyir ki, toyunda taxılmış qızıl-zinət əşyaları da ona hədiyyə kimi alınmışdır. Hesab edir ki, cehiz əşyalarının qaytarılmasını tələb etmək hüququ vardır. Həmin əşyalar onun tərəfindən könüllü olaraq gəlin köçdüyü evdə yerləşdirilsə də, ailə münasibətləri pozulmasından sonra əşyaların cavabdehdə qalması qanunsuzdur və həmin əşyalar ona qaytarılmalıdır. O, hətta onu da qeyd edir ki, ilk əvvəl qızıl-zinət və cehiz əşyalarının geri qaytarılması tələbinə dair müraciətini Mediasiya Şurasına etmişdir. Mediasiya Şurası tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/6-1451 nömrəli arayış və ödədiyi 50 manat pulun qəbzi təqdim edilmişdir. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində qeyd edilmişdir ki, Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Cavabdeh ona məxsus qızıl-zinət əşyalarını ona qaytarmadığından iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etmək üçün 125 manat dövlət rüsumu ödəmişdir. Eyni zamanda iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarının hazırkı bazar dəyərlərinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş və mütəxəssis rəyi verilməsi üçün həmin mərkəzə 800 manat vəsait ödəmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı keçmiş arvadıdır. İddiaçı ilə birgə nikahlarından 2006-cı ildə Ayla, 2008-ci ildə İsmayıl və 2014-cü ildə Uğur adlı üç övladları doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-700/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahdan doğulmuş övladları onun yanında saxlanılmışdır.İddiaçının ondan tələb etdiyi qızıl-zinət əşyalarına münasibət bildirərək qeyd edir ki, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarından 3100 manat dəyərində bir ədəd boyun sepi briliant qaşlarla və 900 manat dəyərində bir ədəd qol sepi briliant qaşlarla iddiaçının özündədir və evdən gedərkən özü ilə aparıbdır. Bundan əlavə ona hədiyyə olaraq verilmiş nişan üzüyü də iddiaçı tərəfindən evdən ondan gizlin aparılıbdır. İddia ərizəsində qeyd edilən 900 manat dəyərində 583 əyyarlı 3 ədəd uşaq bilərziyi,800 manat dəyərində 583 əyyarlı 8 qram çəkidə 2 ədəd klon,1400 manat dəyərində 583 əyyarlı qol sepi və 400 manat dəyərində 583 əyyarlı boyun sepi qızlarına hədiyyə edilmişdir və həmin qızıl-zinət əşyaları onda deyil qızlarındadır. Bundan əlavə iddia ərizəsində qeyd edilən 2500 manat dəyərində 585 əyyarlı biriliant qaşlarla qızıl nişan üzüyü ondadır və o həmin nişan üzüyünü boşanmış bir qadına verməyəcəkdir. İddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının hazırkı bazar dəyərləri həqiqəti əks etdirmir və şişirdilmiş məbləğlərdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(037)-700/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 sentyabr 2005-ci il tarixdə İsmayıllı rayon Mican kənd İcra Nümayəndəliyində 26 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 460365 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi əsasında Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 11 ayının 27 günündə 94 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 26 avqust 2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, müqayisəli satış metodundan istifadə etməklə aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, İsmayıllı şəhər, Koroğlu küçəsi ev 19 ünvanında yaşayan İddiaçı məxsus olan qızıl-zinət əşyalarının bazar dəyəri boyun sepi briliant 3100 manat,qol sepi briliant 900 manat,qol sepi rus 583 əyar 1400 manat,qızıl nişan briliant rus 2500 manat,klar 583 əyar 2 ədəd 8 qram rus 800 manat,boyun sepi dəst 583 əyar 400 manat və 3 ədəd bilərzik (uşaqlar) 583 əyar 900 manat olmaqla, cəmi 10000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı məxsus foto şəkillərdən görünür ki, İddiaçı üzərində müxtəlif qızıl-zinət əşyalarının vardır. İş materiaalrında olan "xxxx" MMC-nin VÖEN **********, seriya ĞĞV №002000 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün "xxxx" MMC-nin hesabına 800 manat məbləğində vəsait ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 22706 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 125 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər 2005-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər və birgə nikahlarından 2006-cı ildə Ayla,2008-ci ildə İsmayıl və 2014-cü ildə Uğur adlı üç övladları doğulmuşdur. Aralarında olan nikah İsmayıllı Rayon Məhkəməsinin 2(037)-700/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında olan nikaha xx.xx.2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə xitam verilmişdir. "xxxx" MMC-nin 26 avqust 2024-cü il tarixli qiymətləndirmə hesabatında müqayisəli satış metodundan istifadə etməklə aparılmış qiymətləndirmə nəticəsində İsmayıllı şəhəri, Koroğlu küçəsi ev 19 ünvanında yaşayan İddiaçı məxsus olan qızıl-zinət əşyalarının bazar dəyəri boyun sepi briliant 3100 manat, qol sepi briliant 900 manat,qol sepi rus 583 əyar 1400 manat, qızıl nişan briliant rus 2500 manat,klon 583 əyar 2 ədəd 8 qram rus 800 manat,boyun sepi dəst 583 əyar 400 manat və 3 ədəd bilərzik (uşaqlar) 583 əyar 900 manat olmaqla,cəmi 10000 manat məbləğində müəyyən edilmişdir. Birgə nikah müddətində iddiaçıya 3100 manat dəyərində boyun sepi briliant qaşlarla, 900 manat dəyərində qol sepi briliant qaşlarla, 1400 manat dəyərində 583 əyyarlı qol sepi, 2500 manat dəyərində 585 əyyarlı briliant qaşlarla qızıl nişan üzüyü, 800 manat dəyərində 583 əyyarlı 8 qram çəkidə 2 ədəd klon, 400 manat dəyərində 583 əyyarlı boyun sepi dəst şəkilində və 900 manat dəyərində 583 əyyarlı 3 ədəd uşaq bilərziyindən ibarət qızıl-zinət əşyaları hədiyyə edilmişdir.Həmin qızıl zinət əşyalarından 3100 manat dəyərində boyun sepi briliant qaşlarla və 900 manat dəyərində qol sepi briliant qaşlarla iddiaçı tərəfindən götürülmüş, qalan qızıl-zinət əşyaları isə iddiaçı evdən gedərkən cavabdehə məxsus evdə qalmışdır. İddiaçıya məxsus 1400 manat dəyərində 583 əyyarlı qol sepi, 2500 manat dəyərində 585 əyyarlı briliant qaşlarla qızıl nişan üzüyü,800 manat dəyərində 583 əyyarlı 8 qram çəkidə 2 ədəd klon, 400 manat dəyərində 583 əyyarlı boyun sepi dəst şəkilində və 900 manat dəyərində 583 əyyarlı 3 ədəd uşaq bilərziyindən ibarət qızıl-zinət əşyaları cavabdeh tərəfindən ona qaytarılmamışdır. İddiaçı cavabdehdən 3100 manat dəyərində boyun sepi briliant qaşlarla, 900 manat dəyərində qol sepi briliant qaşlarla, 1400 manat dəyərində 583 əyyarlı qol sepi, 2500 manat dəyərində 585 əyyarlı briliant qaşlarla qızıl nişan üzüyü, 800 manat dəyərində 583 əyyarlı 8 qram çəkidə 2 ədəd klon, 400 manat dəyərində 583 əyyarlı boyun sepi dəst şəkilində və 900 manat dəyərində 583 əyyarlı 3 ədəd uşaq bilərziyindən ibarət qızıl-zinət əşyalarının ona qaytarılması, əşyalar aşkar edilməzsə onların ümumi dəyəri olan 10000 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 125 manat və ekspert üçün ödənilmiş 800 manat pulun alınıb ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul edir və iddiaçının ondan tələb etdiyi qızıl-zinət əşyalarından 3100 manat dəyərində bir ədəd boyun sepi briliant qaşlarla və 900 manat dəyərində bir ədəd qol sepi briliant qaşlarla iddiaçının özündə olduğunu, ona hədiyyə olaraq verilmiş nişan üzüyünün iddiaçı tərəfindən aparıldığını, 900 manat dəyərində 583 əyyarlı 3 ədəd uşaq bilərziyi,800 manat dəyərində 583 əyyarlı 8 qram çəkidə 2 ədəd klon,1400 manat dəyərində 583 əyyarlı qol sepinin və 400 manat dəyərində 583 əyyarlı boyun sepinin qızlarına hədiyyə edildiyini,həmin qızıl-zinət əşyalarının onda deyil qızlarında olduğunu, iddia ərizəsində qeyd edilən 2500 manat dəyərində 585 əyyarlı biriliant qaşlarla qızıl nişan üzüyünün onda olduğunu,həmin nişan üzüyünü boşanmış bir qadına verməyəcəyini, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının hazırkı bazar dəyərlərinin həqiqəti əks etdirmədiyini və şişirdilmiş məbləğlər olduğunu bildirir və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən,belə qənaətə gəlir ki,tərəflər arasında yaranmış hüquq münasibətləri nikah və ailə münasibətlərindən irəli gələn əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin ərarvadın əmlakının qanuni rejimini tənzimləyən normaları ilə yanaşı,Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidrir. Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iddia tələbinin 3100 manat dəyərində bir ədəd briliant qaşlarla boyun sepi, 900 manat dəyərində bir ədəd briliant qaşlarla qol sepi, 1400 manat dəyərində bir ədəd 583 əyyarlı qol sepi, 2500 manat dəyərində bir ədəd 585 əyyarlı briliant qaşlarla qızıl nişan üzüyü, 800 manat dəyərində iki ədəd 583 əyyarlı 8 qram çəkidə klon, 400 manat dəyərində bir ədəd 583 əyyarlı boyun sepi dəst şəklində və 900 manat dəyərində üç ədəd 583 əyyarlı uşaq bilərziyindən ibarət qızıl zinət əşyalarının və ya dəyərinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən qızıl-zinət əşyaları iddiaçıya məxsusdur. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşyalardan 3100 manat dəyərində bir ədəd briliant qaşlarla boyun sepi və 900 manat dəyərində bir ədəd briliant qaşlarla qol sepi iddiaçının özündə olsa da, digər qızıl zinət əşyaları 1400 manat dəyərində bir ədəd 583 əyyarlı qol sepi, 2500 manat dəyərində bir ədəd 585 əyyarlı briliant qaşlarla qızıl nişan üzüyü, 800 manat dəyərində iki ədəd 583 əyyarlı 8 qram çəkidə klon, 400 manat dəyərində bir ədəd 583 əyyarlı boyun sepi dəst şəklində və 900 manat dəyərində üç ədəd 583 əyyarlı uşaq bilərziyi iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir.Cavabdehin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır.Bu səbəbdən də,cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı qızıl-zinət əşyaları ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə qızıl əşyalarının hazırda da cavabdehdə olması ilə bağlı iddiaçının bildirdiklərini qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən sözügedən qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə,onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1,9.1 və 9.3-cü maddələri). Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki,mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də,hazırkı mübahisə üzrə cavabdehin iddia tələbinə dair etiraz mülahizəsindəki göstərdiyi xüsusatları sübutetmə yükü özünün üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə olan halda məhkəmə, iddia tələbini tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən edilmiş hallar əsasında həll edilməsinin mümkünlüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır.Belə ki, mübahisəli qızıl-zinət əşyaları həqiqi hüquq əsasında iddiaçıya hədiyyə verilmişdir. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşyaların bir hissəsi iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Cavabdehin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı qızıl-zinət əşyaları ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və iddia ərizəsində göstərilən qızılzinət əşyalarından 1400 manat dəyərində bir ədəd 583 əyyarlı qol sepi, 2500 manat dəyərində bir ədəd 585 əyyarlı briliant qaşlarla qızıl nişan üzüyü, 800 manat dəyərində iki ədəd 583 əyyarlı 8 qram çəkidə klon, 400 manat dəyərində bir ədəd 583 əyyarlı boyun sepi dəst şəklində və 900 manat dəyərində üç ədəd 583 əyyarlı uşaq bilərziyindən ibarət qızıl zinət əşyaları cavabdehdən natura şəklində, natura şəklində mövcud olmadıqda isə dəyəri alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbində qeyd edilən 3100 manat dəyərində bir ədəd briliant qaşlarla boyun sepi və 900 manat dəyərində bir ədəd briliant qaşlarla qol sepindən ibarət qızıl-zinət əşyalarının cavabdehdən tələb edilməsinə münasibət bildirərək qeyd edir ki, sözügedən qızıl-zinət əşyalarının iddiaçının özündə olması iddiaçı tərəfindən etiraf edildiyindən və məhkəmə araşdırması zamanı da həmin qızıl-zinət əşyalarının iddiaçıda olması təsdiq edildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli cavabdehdən 1400 manat dəyərində bir ədəd 583 əyyarlı qol sepi, 2500 manat dəyərində bir ədəd 585 əyyarlı briliant qaşlarla qızıl nişan üzüyü, 800 manat dəyərində iki ədəd 583 əyyarlı 8 qram çəkidə klon, 400 manat dəyərində bir ədəd 583 əyyarlı boyun sepi dəst şəklində və 900 manat dəyərində üç ədəd 583 əyyarlı uşaq bilərziyi olmaqla,cəmi 6000 manat dəyərində qızıl zinət əşyalarının özləri natura şəklində qətnamə icra olunan vaxt mövcud olmadıqda isə dəyəri alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin 800 manat ekspertiza xərcinin cavabdehdən tutulmasına münasibət bildirirək qeyd edir ki, iddiaçı tərəfindən qızıl-zinət əşyalarının hazırkı bazar qiymətlərinin müəyyən edilməsi üçün "xxxx" MMC-nin hesabına 800 manat vəsait ödənilməsi VÖEN **********, seriya ĞĞV № 002000 nömrəli mədaxil orderinin qəbzi ilə təsdiq edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 125 manat dövlət rüsumu məbləğinin 80 manatı cavabdehdən alınıb iddiaçıya verilməli və ödənilmiş dövlət rüsumu məbləğinin qalan 45 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1400 manat dəyərində bir ədəd 583 əyyarlı qol sepi, 2500 manat dəyərində bir ədəd 585 əyyarlı briliant qaşlarla qızıl nişan üzüyü, 800 manat dəyərində iki ədəd 583 əyyarlı 8 qram çəkidə klon, 400 manat dəyərində bir ədəd 583 əyyarlı boyun sepi dəst şəklində və 900 manat dəyərində üç ədəd 583 əyyarlı uşaq bilərziyi olmaqla, cəmi 6000 (altı min) manat dəyərində qızıl zinət əşyalarının özləri natura şəklində qətnamə icra olunan vaxt mövcud olmadıqda isə dəyəri alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 125 manat dövlət rüsumu məbləğinin 80 manatı alınıb İddiaçı verilsin və ödənilmiş dövlət rüsumu məbləğinin qalan 45 manatı isə İddiaçı özünə aid edilsin. Cavabdeh 800 manat ekspertiza xərci alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1354/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1354/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver