Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1357/2024 18.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı Qulamı̇ rzəyeva Şəfa Əşrəf qızının iştirakı ilə İddiaçı Qulamı̇ rzəyeva Şəfa Əşrəf qızının cavabdeh Qurbanov Afı̇ n Abduləlı̇ oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 18 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Qulamı̇ rzəyeva Şəfa Əşrəf qızı cavabdeh Qurbanov Afı̇ n Abduləlı̇ oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 may 2018-ci il təvəllüdlü Qurbanova Mələk Afı̇ n qızının və 15 may 2019-cu il təvəllüdlü Qurbanova Mədinə Afı̇ n qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat alimentin və 50 manat mediasiya xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qulamı̇ rzəyeva Şəfa Əşrəf qızı məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-83/2020-ci il tarixli 10 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 19 may 2018-ci il təvəllüdlü Qurbanova Mələk Afı̇ n qızının və 15 may 2019-cu il təvəllüdlü Qurbanova Mədinə Afı̇ n qızı anası X1 yanında saxlanmış, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Həmin vaxtdan uşaqlar üçün yaşayış minimumu dəfələrlə artmışdır. Özü heç yerdə işləmir və uşaqların saxlanmasında çətinlik çəkir. Alimentin artırılması üçün Mediasiya təşkilatına müraciət etməli olmuşdur. Uşağın ehtiyaclarını qarşılamaq məqsədilə təyin olunmuş alimenti vaxtlı-vaxtında ödəmir. Cavabdeh Rusiya federasiyasında usta işləməklə normal aylıq gəlir əldə etməsinə baxmayaraq ödədiyi alimentdən başqa heç bir köməklik etməmişdir. Böyük qızım əqli qüsurlu xəstədir. Ona görə də təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat alimentin, həmçinin 50 manat mediasiya xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdeh Qurbanov Afı̇ n Abduləlı̇ oğlu məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının tələbini və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan AA ******* nömrəli və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən edilir ki, tərəflərin 04 avqust 2011-ci il tarixdə Qurbanova Mələk Afı̇ n qızı və 15 may 2019-cu il tarixdə Qurbanova Mədinə Afı̇ n qızı adlı iki uşaqları doğulmuşdur. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-83/2020-ci il tarixli 10 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 19 may 2018-ci il təvəllüdlü Qurbanova Mələk Afı̇ n qızının və 15 may 2019-cu il təvəllüdlü Qurbanova Mədinə Afı̇ n qızı anası X1 yanında saxlanmış, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İş materiallarında olan AZ-İ 360602 nömrəli 08 oktyabr 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah ləğv edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Qəbələ 1 saylı Mediasiya təşkilatının MŞQ/MT035-2024-637 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, tərəflər ilkin mediasiya prosesindən sonra prsosesin davam etdirilməsindən imtina etmişlər. İddiaçı tərəf 50 manat mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-83/2020-ci il tarixli 10 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 19 may 2018-ci il təvəllüdlü Qurbanova Mələk Afı̇ n qızının və 15 may 2019-cu il təvəllüdlü Qurbanova Mədinə Afı̇ n qızı anası X1 yanında saxlanmış, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsində aliment təyin olunduqdan sonrakı müddətdə uşaqlar üçün yaşayış minimumunun dəfələrlə artdığını qeyd edərək, həmçinin cavabdehin Rusiya federasiyasında usta işləməklə normal aylıq glir əldə etdiyini bildirir, təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat alimentin, o cümlədən 50 manat mediasiya xərcinin alınaraq ona ödənilməsini xahiş edir. Cavabdehin iş yeri və gəlirləri barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Cavabdehin rəsmi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-83/2020-ci il nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə məhkəmə tərəfindən iki uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 110 (bir yüz on) manat sabit pul məbləğində aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 83/2020-ci il nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşağın yaşının artması onun xərclərinin də artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2020-ci ilə nisbətən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Qurbanov Afı̇ n Abduləlı̇ oğlundan 19 may 2018-ci il təvəllüdlü Qurbanova Mələk Afı̇ n qızının və 15 may 2019-cu il təvəllüdlü Qurbanova Mədinə Afı̇ n qızının yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 190 (bir yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) manat məbləğində alimentin tutularaq Qulamı̇ rzəyeva Şəfa Əşrəf qızına ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 65 (altmış beş) manat 60 (altmış) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-83/2020-ci il nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh Qurbanov Afı̇ n Abduləlı̇ oğlundan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 may 2018-ci il təvəllüdlü Qurbanova Mələk Afı̇ n qızının və 15 may 2019-cu il təvəllüdlü Qurbanova Mədinə Afı̇ n qızının yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 190 (bir yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) manat məbləğində aliment tutularaq Qulamı̇ rzəyeva Şəfa Əşrəf qızına ödənilsin. Qurbanov Afı̇ n Abduləlı̇ oğlundan 65 (altmış beş) manat 60 (altmış) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1357/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1357/2024
18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver