Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1376/2022 05.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı İsmayıllı rayon İcra və Probası̇ ya Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə 05 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elektron qolbağın dəyəri olan 2277,04 manat vəsaitin cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi - böyük icra məmuru X2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(037)-18/2021 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddətdə cavabdehə yaşayış yerini və İsmayıllı rayon ərazi hüdudlarını 24:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün 17 mart 2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, həmin gün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 18 mart 2021-ci il tarixdə məhkum Cavabdeh qeydiyyata götürülmüş, onunla ilkin fərdi söhbət aparılmış, məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icra qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri izah olunmuş və bu barədə ondan yazılı izahat alınmışdır. 05 aprel 2021-ci il tarixdə müvafiq protokol tərtib edilərək cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd 35622702 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd 078CE05241 nömrəli “Attenti” markalı elektron qolbaq, bir ədəd enerji adapteri cavabdehə quraşdılaraq təhvil verilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Daha sonra cavabdeh “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının tətbiq edilməsi ilə əlaqədar İsmayıllı Rayon Məhkəməsinin 1(037)-18/2021 saylı 23 fevral 2021-ci il tarixli qərarı ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair hökmü İsmayıllı Rayon Məhkəməsinin 7(037)-53/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş hissəsi 1 il azaldılmışdır. Cavabdeh cəza müddəti bitdiyi üçün 16 mart 2022-ci il tarixdə İddiaçı qeydiyyatından çıxarılmışdır. Elektron nəzarət dəstinin vəziyyəti haqqında 02 avqust 2022-ci il tarixli texniki rəyə əsasən texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ana platada radioelektron elementlərin korroziyası aşkar olunaraq istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Cavabdeh lazımi qaydada məsuliyyətli olmadığından elektron nəzarət qurğusunu yararsız vəziyyətə salmış və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 2277,04 manat təşkil etmişdir. Cavabdehdən elektron qolbağın dəyəri olan 2277,04 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İsmayıllı Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 1(037)-18/2021 nömrəli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərinə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 05 aprel 2021-ci il tarixli protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. 26 iyul 2021-ci il tarixli izahatın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh üzərinə İsmayıllı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 24:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, habelə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqana iş və təhsil yerini dəyişdirdikdə əvvəlcədən məlumat vermək vəzifələri qoyulmuşdur. Həmin izahatı Cavabdeh öz imzası ilə təsdiq etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 7(037)-53/2021 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının tətbiq edilməsi ilə əlaqədar İsmayıllı Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 1(037)-18/2021 saylı hökmü ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş məhkum Cavabdeh çəkilməmiş cəzası 01 (bir) il azaldılmışdır. 02 avqust 2022-ci il tarixli “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəyin təsdiq edilmiş surətindən görünür ki, məhkum Cavabdeh üzərinə quraşdırılmış elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ana platasında radioelektron elementlərin korroziyasının aşkar olunduğu, istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin 06 avqust 2021-ci il tarixli D-8/131 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, sadə elektron qolbağ mobil nəzarət qurğusunun stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla dəyəri 2277,4 manat, ağıllı elektron qolbağın stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla dəyəri 2277,4 manat məbləğindədir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(037)-18/2021 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərinə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəza çəkdiyi müddətdə cavabdehə yaşayış yerini və İsmayıllı rayon ərazi hüdudlarını 24:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün 17 mart 2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, həmin gün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 18 mart 2021-ci il tarixdə məhkum Cavabdeh qeydiyyata götürülmüş, onunla ilkin fərdi söhbət aparılmış, məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icra qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri izah olunmuş və bu barədə ondan yazılı izahat alınmışdır. 05 aprel 2021-ci il tarixdə müvafiq protokol tərtib edilərək cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd 35622702 nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd 078CE05241 nömrəli “Attenti” markalı elektron qolbaq, bir ədəd enerji adapteri cavabdehə quraşdılaraq təhvil verilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Daha sonra cavabdeh “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının tətbiq edilməsi ilə əlaqədar İsmayıllı Rayon Məhkəməsinin 1(037)-18/2021 saylı 23 fevral 2021-ci il tarixli hökmü ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair hökmü İsmayıllı Rayon Məhkəməsinin 7(037)-53/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş hissəsi 1 il azaldılmışdır. Cavabdeh cəza müddəti bitdiyi üçün 16 mart 2022-ci il tarixdə İddiaçı qeydiyyatından çıxarılmışdır. Elektron nəzarət dəstinin vəziyyəti haqqında 02 avqust 2022-ci il tarixli texniki rəyə əsasən texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ana platada radioelektron elementlərin korroziyası aşkar olunaraq istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 2277,04 manat təşkil etmişdir. İddiaçı cavabdehdən elektron qolbağın dəyəri olan 2277,04 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına verilməsini tələb edir. Cavabdeh məhkəmə prosesinə gəlmədiyindən onun iddia tələbinə dair münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla 2277,04 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 2277,04 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 2277,04 manat maddi ziyan məbləği alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi müəyyən edilmişdir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan 42.77 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh elektron qolbağın dəyəri olan 2277,04 (iki min iki yüz yetmiş yeddi manat, 04 qəpik) vəsait alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına (X3, M/H: AZ41NABZ******************** VÖEN: **********, KOD 210005, SWİFT:CTREAZ 22, Bakı şəhər Maliyyə İdarəsi, H/H AZ66CTRE********************, VÖEN **********, Büdcə səviyyəsinin kodu:1, Büdcə təsnifatının kodu:142330) ödənilsin. Cavabdeh 42.77 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1376/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1376/2022
05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver