Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1389/2022 23.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 23 noyabr 2022ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İsayev İlqar Sahı̇ r oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(009)-1010 nömrəli qətnaməsi ilə 16 oktyabr 2013-cü il tarixdə doğulmuş X4 adlı uşağın saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq 200 manat məbləğində müəyyən olunması və məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Səbail Rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qətnaməsinə əsasən 16 oktyabr 2013-cü il təvəllüdlü oğlu Səid Əliyevin maddi təminatı üçün cavabdehdən hər ay 100 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuş, daha sonra Səbail Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(009)-1010 nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 136,6 manat müəyyən olunmuşdur. Qeyd olunan aliment məbləği hazırki vəziyyətdə uşağın saxlanması üçün azlıq edir və onun normal təminatını ödəmir. Belə ki, uşağı 4-cü sinifdə oxuyur, uşağın yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Təyin olunmuş aliment uşağın bir sıra xərclərini, təhsil, geyim, sağlamlıq və s. qarşılamır. Həmçinin uşağın burnunda cəpər əyriliyi olduğuna görə müalicə etdirir və dişlərinə breket qoydurmalıdır. Uşağı saxlamaq və müalicəsini etdirmək onun üçün maddi cəhətdən çox çətindir. Cavabdeh Bakı şəhərində yaşamaqla Səbail rayon xəstəxanasında təcili yardımda sürücü işləyir, təxminən 800-900 manat əmək haqqı alır və aliment ödəməyə maddi imkanı var. Bütün bunlara görə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat həddində müəyyən edilməsi və məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 50 (əlli) manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİİ 181368 nömrəli 30 oktyabr 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahından 16 oktyabr 2013-cü il tarixdə X4 adlı bir uşağı anadan olmuşdur. 21 yanvar 2015-ci il tarixli AZ-İ 210759 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında olan nikah ləğv edilmişdir. Səbail Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(009)-1010 nömrəli qətnaməsi ilə 23 yanvar 2017-ci il tarixdən etibarən Səbail Rayon Məhkəməsinin 2(009)- 240/2014 saylı 13 yanvar 2014-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində aliment dəyişdirilərək hər ay 136,60 (yüz otuz altı manat altmış qəpik) manat sabit pul məbləğinə müəyyən edilmişdir. İsrail Həsənov adına 1 saylı tam orta məktəbin 16 sentyabr 2022-ci il tarixli 91 saylı arayışından müəyyən edilir ki, X1 şəhər 1 saylı tam orta məktəbin 4-cü sinfində təhsil alır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞŞ/1/00827 nömrəli, 16 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən edilir ki, iddiaçı ilkin mediasiya sesiyasında iştirak etmiş və sessiyanın keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmiş, cavabdeh isə iştirak etməmişdir. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, Səbail Rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qətnaməsi ilə 16 oktyabr 2013-cü il tarixdə doğulmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 100 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, daha sonra Səbail Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(009)- 1010 nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 136,6 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı uşağın 4-cü sinifdə oxuduğunu, uşağın yaşının artmasının xərclərinin də artmasına səbəb olduğunu, təyin olunmuş alimentin uşağın normal təminatını ödəmədiyini, uşağın müalicəsinə əlavə vəsait lazım olduğunu, cavabdehin isə Bakı şəhərində yaşamaqla təcili tibbi yardım xidmətində sürücü işlədiyini, normal əmək haqqının olduğunu və aliment ödəməyə imkanının olduğunu qeyd edərək alimentin artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməsi, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 50 (əlli) manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə proseslərinə gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddiaçı ilə nikahdan olan uşağının mənafeyini, uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 16 oktyabr 2013-cü il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 42,80 (qırx iki manat səksən qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutulmasına aid hissəsini də əsaslı hesab edir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandılmış, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən Cavabdeh ödənilmiş 50 manat mediasiya xərci alınaraq iddiaçıya verilməliir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Səbail Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(009)-1010 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 16 oktyabr 2013-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 42,80 (qırx iki manat səksən qəpik) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Cavabdeh mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutulsun və İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1389/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1389/2022
23.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver