Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-140/2021 05.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X7 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh oğluna qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X2 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(037)-182 nömrəli qətnaməsi ilə xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X2 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşduir. Təyin olunmuş aliment hazırki şəraitdə iki uşağın saxlanılması üçün azlıq edir və uşaqların normal təminatını ödəmir. Böyük oğlu Bəxtiyar onurğa skalyozu, balaca oğlu Hüseyn qan azlığı xəstəliyindən əziyyət çəkməklə bununla bağlı müalicə olunurlar. Uşaqların yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Özü heç yerdə işləmir. Cavabdeh isə Rusiya Federasiyasında yaşamaqla normal gəlir əldə edir. Buna baxmayaraq ödədiyi az miqdarda alimentdən başqa uşaqlarına heç bir köməklik etmir. Təyin olunmuş alimentin artırılaraq hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, istifadəsində olan mobil nömrəsinin “Vhatsapp” proqramı vasitəsi ilə yazaraq alimentin artırılmasına razı olmadığını, hazırda Rusiya Federasiyasında yaşamaqla heç yerdə işləmədiyini, xəstəliyi ilə bağlı müalicə olunduğunu, yeni ailə qurmaqla həyat yoldaşının hamilə olduğunu qeyd edərək alimentin artırılmamasını xahiş edir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. AZ-İİ 509999 nömrəli xx xxxxx 2010-cı il tarixli və AZ-İİ 940702 nömrəli xx xxxxxx 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin xx xxxxxx 2010-cu il tarixdə X2 və xx xxxxxx 2012-ci il doğulmuş X4 adlı iki uşaqları doğulmuşdur. AZ-İ 268988 nömrəli xx xxxxxx 2007-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında olan nikah ləğv edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(037)-182 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, xx xxxxxx 2010-cu il tarixdə X2 və xx xxxxxx 2012-ci il doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehdən hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İ-AЯ 004051 nömrəli xx xxx 2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, cavabdehin yeni nikahı xx xxx 2019-cu il tarixdə Krım respublikası Ədliyyə Nazirliyi Yaltinskiy şəhər Qeydiyyat şöbəsində ********************9 nömrə ilə qeyd edilərək bağlanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(037)-182 saylı qətnaməsi ilə iki uşağın saxlanması üçün məhkəmə tərəfindən hər ay hər uşağa 100 manat aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşaqların yaşının artması onların xərclərinin artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2018-ci ilə nisbətən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. İddiaçı oğlu Bəxtiyarın onurğa skalyozu, digər oğlu Hüseynin qan azlığı xəstəliyindən əziyyət çəkdiklərini, bununla bağlı müalicə olunduqlarını, özünün heç yerdə işləmədiyini, cavabdehin Rusiya Federasiyasında yaşamaqla normal gəlir əldə etdiyini, ödədiyi az miqdarda alimentdən başqa uşaqlarına heç bir köməklik etmədiyini qeyd edərək alimentin artırılaraq hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh heç yerdə işləmədiyini, müalicə olunduğunu, yeni ailə qurduğunu, həyat yoldaşının hamilə olduğunu qeyd edərək alimentin artırılmamasını xahiş edir. Cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda, uşağın maddi ehtiyacının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq cavabdehdən tutulan alimentin miqdarının artırılaraq xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X2 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla 280 (iki yüz səksən) manat müəyyən edilməsini, alimentin tutulmasının hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmasını qanuni və əsaslı hesab edir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X2 və xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X3 ödənilən alimetin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X2 və X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı qızına ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-140/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-140/2021
05.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver