Məhkəmə qərarları › İş №2(037)-141/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-141/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-141/2021 12.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Pı̇ rvəlı̇ zadə Ramı̇ q Rahı̇ d oğlunun cavabdeh Cəbı̇ yev Əfqan Ənvər oğluna qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Pı̇ rvəlı̇ zadə Ramı̇ q Rahı̇ d oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cəbı̇ yev Əfqan Ənvər oğlundan (bundan sonra cavabdeh) 818 manat dəymiş zərər, 600 manat əlavə xərclər, 30 manat ödədiyi dövlət rüsumu – cəmi 1448 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, idarə etdiyi “VAZ 21074” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı-Qaraməryəm isqtiqamətində hərəkət edərkən Göytəpə kəndi ərazisində bir baş inəyin yola çıxması nəticəsində onu vurmuşdur. Cavabdeh yaşadığı kəndin camaatın heyvanlarını otlaq sahəsinə apararkən inəklərdən biri yola çıxması nəticəsinə bu hadisə baş vermişdir. Baş vermiş hadisə nəticəsində cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə protokol tərtib edilərək 40 manat cərimə edilmişdir. Hadisə zamanı onun idarə etdiyi “VAZ 21074” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilə “xxxx” ASC-nin İsmayıllı filialı tərəfindən hesablanaraq 818 manat ziyan dəydiyi müəyyən edilmişdir. Bundan başqa o, avtomobilini təmir etdirmək üçün əlavə olaraq 600 mnat vəsait tələb olunmuşdur. Lakin cavabdeh bu vəsaitləri ona ödəməkdən imtina edir. Cavabdehdən 818 manat dəymiş zərər, 600 manat əlavə xərclər, 30 manat ödədiyi dövlət rüsumu – cəmi 1448 manat pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində iddiaçı idarə etdiyi “VAZ 21074” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı-Qaraməryəm isqtiqamətində hərəkət edərkən Göytəpə kəndi ərazisində onun nəzarət etdiyi bir baş inəyi yola çıxması nəticəsində vurmuşdur. O, iddiaçını həmin vaxt avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün günahlandırır. Hadisə zamanı xəsarət alan olmamış, lakin qəza nəticəsində iddiaçıya məxsus “VAZ 21074” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Həmin maddi zərər məbləğini ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx xxxxxx 2020-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2010-cu il buraxılışlı, ** HH *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomaşın Pı̇ rvəliyev Rahı̇ d Duroğlan oğlunun adına qeydə alınmışdır. xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarının surətindən görünür ki, Cəbı̇ yev Əfqan Ənvər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında inzibati cərimə edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli “xxxx” ASC-nin İsmayıllı filialı tərəfindən tərtib edilmiş 049 nömrəli arayışın surətindən görünür ki, “VAZ 21074” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyanın 818 manat məbləğində olduğu müəyyən edilmişdir. xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində iddiaçı idarə etdiyi “VAZ 21074” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı-Qaraməryəm isqtiqamətində hərəkət edərkən Göytəpə kəndi ərazisində cavabdeh yaşadığı kəndin camaatın heyvanlarını otlaq sahəsinə apararkən inəklərdən birini yola çıxması nəticəsinə vurmuşdur. İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları yol-nəqliyyat hadisəsi yerinə gəlmiş, yol-nəqliyyat hadisəsi sxemi çəkilmiş, tərəflərin izahatı alınmış və cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün iddiaçı “VAZ 21074” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” ASC-nin İsmayıllı filialına gətirmiş və xx xxxxxxx 2020-ci il tarixli 049 nömrəli arayışa əsasən avtomobilə 818 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ilə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. Cavabdeh iddiaçıya vurduğu 818 manat və əlavə xərclər üçün çəkilmiş 600 manat məbləğində maddi ziyanı ödəmədiyi üçün sonuncu məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehdən vurduğu ziyana görə 818 manat dəymiş zərər, 600 manat əlavə xərclər, 30 manat ödədiyi dövlət rüsumu cəmi 1448 manat məbləğini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçı idarə etdiyi “VAZ 21074” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı-Qaraməryəm yolu istiqamətində hərəkətdə olarkən cavabdehin digər şəxslərin heyvanlarını otlaq sahəsinə apararkən bir baş inəyin yola çıxması nəticəsində iddiaçının idarə etdiyi avtomobilə 818 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehin digər şəxslərin heyvanlarını otlaq sahəsinə apararkən bir baş inəyin yola çıxması nəticəsində iddiaçının idarə etdiyi avtomobilə 818 manat məbləğində maddi zərər dəyməsi faktı məhkəmə iclasında sübuta yetirildiyindən iddia tələbi 818 manat dəymiş zərər hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 600 manat əlavə xərclərin cavabdehdən alınması hissəsinə münasibət bildirərək qeyd edir ki, 600 manat məbləğində işlərin görülməsi xərclərinin nədən ibarət olması və həmin xərclərin hansı formada çəkilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cəbı̇ yev Əfqan Ənvər oğlundan vurulmuş dəymiş zərərə görə 818 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 848 (səkkiz yüz qırx səkkiz) manat alınaraq iddiaçı Pı̇ rvəlı̇ zadə Ramı̇ q Rahı̇ d oğluna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar