Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1449/2025 11.03.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs, Maraqlı şəxs, üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "Aqrarkredit” QSC BOKT-a qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs, Maraqlı şəxs, üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "Aqrarkredit” QSC BOKT-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına Reyestr nömrəsi **********24-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2009-cu il tarixli Seriya MH, ******* saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxış iclası 11 mart 2026-cı il tarixə saat 12:00-a təyin edilərək məhkəmə baxış iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmişdir. Tərəflər qeyd olunan vaxtda məhkəmə baxış iclasına gəlməmişlər, məhkəməyə gəlmədiklərinin səbəbləri barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəmə baxış iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən məhkəməyə müraciət edılərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs, Maraqlı şəxs, üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "Aqrarkredit” QSC BOKT-a qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1449/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1449/2025
11.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver