Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1452/2025 03.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə 03 fevral 2026-cı il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2200 manat məbləğin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 manat olmaqla, cəmi 2242 manat məbləğinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu,Quşencə kəndində yaşayır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaynatası vasitəsilə tanımışdır və qonşu kənddə yaşayırlar. Təqribən avqust ayının sonlarında Cavabdeh2lə rastlaşmışdır. O, əvvəlcədən bilirdi ki, Samir heyvan alğı-satqısı ilə məşğuldur. Samirlə söhbət zamanı ona sağılan ən azı 10-15 litr süd verən balalı inək lazım olduğunu bildirmişdir. Sentyabr ayının 5-də Samir ona zəng vuraraq istədiyi formada balalı inək tapdığını bildirmişdir. Həmin gün Samirlə görüşmüş və Cavabdeh3 da Samirin yanında olmuşdur və hər ikisi onu inandırdılar ki, inək əladır, yaxşı süd verir və heç bir problemi yoxdur. Əgər hər hansı problem çıxsa pulunu onlar ödəyəcəklər və həyətlərindən istədiyi heyvanı ona verəcəklər. Bundan sonra o Samir və Turalla birlikdə inək satan digər Cavabdeh1 yaşadığı evə getmişlər. Cavabdeh1 ona inəyin gündə 9-10 litr süd verdiyini bildirmişdir. Samir də inəyin dişinə baxıb inəyin cavan heyvan olduğunu və dişlərinin tam yerində olduğunu bildirmişdir. Aidə ilə inəyin alğısatqısını 2200 manata razılaşmışlar. Həmin gün Aidəyə 200 manat beh vermişdir. Səhəri gün 6 sentyabr tarixində gəlib inəyi aparmış və qalan 2000 manatı isə Aidəyə vermək üçün Turala vermişdir. İnək 6-7 sentyabr tarixlərində onda qalmışdır. Atası inəyin dişlərinə baxdıqda inəyin dişlərinin töküldüyünü, eyni zamanda inəyin südünün də olmadığını bildirmişdir. Ona görə sentyabr ayının 8-də inəyi elə Turalın maşını ilə geri qaytarmışdır. Aidə ona 2200 manat pulu bir həftəyə və ya uzağı 10 günə ödəyəcəyini bildirmişdir. Sonradan Aidə ona zəng edərək görüşmələrini bildirmişdir. O, Aidə ilə görüşmək üçün dediyi yerə getmişdir. Aidə həmin yerdə olmadığından ona zəng etmişdir. Aidə ona evə getdiyini bildirmişdir. O, Aidənin yaşadığı evə getmişdir. Aidə yaşadığı evdə ona başqa bir inəyi göstərmiş və qaytarılan inəyin əvəzinə onu verməyi təklif etmişdir. O, da Aidəyə evdəkiləri gətirərək inəyə baxmalarını, əgər inək yaxşı olarsa götürəcəyini bildirmişdir. O, ailə üzvləri ilə birlikdə Aidənin yaşadığı evə getmişlər. Həyətə daxil olanda qaynanası ilə Aidə arasında söz mübahisəsi olmuş və Aidə heyvanı verməkdən imtina etmiş və eyni zamanda pulu da qaytarmayacağını bildirmişdir. Hazırda Aidə 2200 manat pulu ona qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etmək üçün 42 manat dövlət rüsumu ödəmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən etiraf etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Mican kəndində yaşayır. İddiaçı təsərrüfatında olan inəyi almaq üçün Samir, Tural və digər şəxslərlə birlikdə həyətinə gəlmişdir. Həyətində inəyə baxmışlar və aralarında olan razılaşmaya əsasən inəyi 2200 manata İddiaçı satmışdır. İddiaçı inəyə görə ona 200 manat beh verdikdən sonra aparmışdır. Sonra Tural vasitəsilə qalan 2000 manat pulu da ona göndərmişdir. O, inəyi İddiaçı satanda ətraflı baxdıqdan sonra aparmasını bildirmişdir. İddiaçı də inəyə ətraflı baxdıqdan sonra aparmışdır. İddiaçı 2 gündən sonra ona zəng edərək inəyin az süd verdiyini, dişi olmadığını, qoca olduğunu, ona görə də inəyi qaytarmaq istədiyini bildirmişdir. O, da İddiaçı inəyi qaytarmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı Tural vasitəsilə inəyi ona qaytarmışdır. İddiaçı inəyi ona qaytardıqdan sonra inəyin xəstə olduğunu görmüş, dərhal baytar həkim dəvət etmişdir. Həkim inəyə baxdıqdan sonra heyvanın zəhərləndiyini bildirmişdir. Sonradan inək ölmüş və 100 manata qəssaba satmışdır. O, bir neçə gündən sonra İddiaçı zəng vurmuş və həyətində onunla görüşmüşdür. O, İddiaçı qaytarılan inəyin əvəzinə təsərrüfatında olan başqa bir heyvanı verə biləcəyini bildirmişdir. İddiaçı onunla razılaşmış və evdəkiləri gətirib inəyə baxmalarını, əgər inək yaxşı olarsa götürəcəyini bildirmişdir. Sonradan İddiaçı və ailə üzvləri həyətinə gəlmişlər. Həyətinə daxil olan kimi İddiaçı qaynanası ona qarğış etmişdir. Onun fikri pulu 500-500 manat olmaqla hissə-hissə İddiaçı qaytarmaq olmuşdur. Ancaq İddiaçı qaynanası ona qarğış etdiyindən əsəbləşərək inəyi və eyni zamanda Vüsaldan aldığı 2200 manat pulu verməkdən imtina etmişdir. O, İddiaçı 2200 manat deyil, 1000 manat qaytara bilər. Çünki təsərrüfatında olan inəyin ölməsi nəticəsində ona da maddi ziyan dəymişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bu işə heç bir aidiyyatları yoxdur. Belə ki, satdığı inəyə görə İddiaçı tərəfindən ona ödənilməli olan 2000 manat pul Cavabdeh3 vasitəsilə ona verilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndi (Kökəltmə) adlanan ərazidə yaşayır. İddiaçı qaynatası ona zəng edərək satılan inək lazım olduğunu bildirmişdir. O, da İddiaçı qaynatasına Aidə xanımda satılan inək olduğunu bildirmişdir. İddiaçı və ailə üzvləri Aidənin qapısında inəyi sağmışlar. İnəyin südü yaxşı olmuşdur. Aidə xanım inəyin dəyərindən 100 manat ona görə və 100 manat da Cavabdeh3 görə çıxmış və 2200 manata İddiaçı satmışdır. İddiaçı əmisi mala baxmış və yaxşı olduğunu bildirdikdən sonra İddiaçı malı aparmışdır. O, İddiaçı Aidə xanımdan aldığı inəyin yaxşı olması ilə bağlı üzərinə öhdəlik götürməmişdir. Onun bu işə görə cavabdehliyi yoxdur və işə cavabdeh qismində cəlb edilməsi qanunsuzdur. Hesab edir ki, onun adı cavabdehlər sırasından çıxarılmalıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh3 lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh3 iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı rayonu, İsmayıllı kəndi (Kökəltmə) adlanan ərazidə yaşayır. O, sürücü kimi Cavabdeh1 məxsus heyvanları satılmaq üçün bir neçə dəfə heyvan bazarına aparmışdır. O, İddiaçı Aidə xanımda satlıq inək olduğunu bildirmişdir. Səhəri günü İddiaçı və digər şəxslər ilə birlikdə Aidə xanımın həyətinə gəlmişlər. İddiaçı və ailə üzvləri Aidə xanımın həyətində inəyə baxmışlar. İddiaçı və yaxınları inəyə baxdıqdan sonra 2200 manata razılaşdılar və 200 manat Aidə xanıma beh verib onun maşını ilə evinə aparmışdır. Səhəri günü İddiaçı Aidə xanıma çatdırmaq üçün ona 2000 manat pul vermişdir.O, da İddiaçı götürdüyü 2000 manat pulu xəstəxananın həyətində Aidə xanıma vermişdir. Sonradan İddiaçı ona zəng edərək inəyin dişi olmadığını və az süd verdiyini bildirmişdir. İddiaçı aldığı inəyi onun maşınına qoyaraq aparıb Aidə xanıma qaytarmışdır. Sonradan Aidə xanım İddiaçı zəng edərək qaytarılan inəyin yerinə başqa heyvan verə biləcəyi barədə məlumat vermişdir. İddiaçı və yaxınları qaytarılan inəyin əvəzinə başqa inək götürmək üçün Aidə xanımın həyətinə getmişlər. İddiaçı qaynansı Aidə xanımın həyətində qarğış etdiyindən aralarında olan razılaşma pozulmuşdur. O, İddiaçı Aidə xanımdan aldığı inəyin yaxşı olması ilə bağlı üzərinə öhdəlik götürməmişdir. Onun bu işə heç aidiyəti yoxdur və təqsiri olmadığı halda onun balasına qarğış edirlər. Onun bu işə görə cavabdehliyi yoxdur və işə cavabdeh qismində cəlb edilməsi qanunsuzdur. Hesab edir ki, onun adı cavabdehlər sırasından çıxarılmalıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 14221103 büdcə səviyyəsi kodu vasitəsilə İsmayıllı Rayon Məhkəməsinin hesabına 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüquqları vardır. Dövlət hər kəsin hüquqlarını və azadlıqlarının müdafiəsinə təminat verir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübutların mümkünlüyü baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 581.1, 581.2 və 581.4-cü maddələrinə görə satıcı alıcıya keyfiyyəti alqısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Məcəllənin 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alqı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Məcəllənin 612.1-ci maddəsinə görə heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. İstehlakçı ilə satıcı arasında hüquqi münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. İstehlakçıların əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması və malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun, düzgün məlumat əldə etmək hüququdur (3-cü maddə). Qanunun 5.1 və 13.1-ci maddələrinə görə, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Göründüyü kimi, istehsalçı, satıcı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə, eləcə də mal haqqında istehsalçının (satıcının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Adıçəkilən Qanunun 8-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 1 və 2-ci bəndlərinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Yuxarıda sadalanan qanunvericilik normalarından da görünür ki, alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya müqavilə şərtlərinə, o cümlədən əşyanın keyfiyyətinə dair şərtlərə, bu barədə mövcud olan məcburi tələblərə uyğun əşya verməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmamasının yoxlanılmasına başlanmamışdan əvvəl mübahisə predmeti olan heyvanın xəstə olması halı müəyyən edilməlidir. Araşdırma zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh1 təsərrüfatında olan 1 baş inək heyvanını aralarında olan qarşılıqlı razılıq əsasında 2200 manata satın almışdır. Cavabdeh1 satdığı heyvanın dəyəri olan 2200 manat pulun 200 manatını İddiaçı beh şəklində, qalan 2000 manat məbləğini isə digər Cavabdeh3 vasitəsilə İddiaçı qəbul etmişdir. Sonradan İddiaçı aldığı heyvanı problemli olduğundan Cavabdeh1 qaytarmışdır. İddiaçı ilə Cavabdeh1 arasında qaytarılan heyvanın əvəzinə yenisinin verilməsi ilə bağlı razılaşma olsa da, sonradan aralarında razılaşma əldə edilməmiş, Cavabdeh1 satdığı 2200 manat dəyərində olan heyvanın əvəzində nə yenisini, nə də İddiaçı satdığı heyvana görə aldığı 2200 manat pulu sonuncuya qaytarmamışdır. İddiaçı Cavabdeh1 2200 manat məbləğində borcu olması sonuncu tərəfindən etiraf edilməsi ilə təsdiq edilir. Cavabdeh iddiaçıdan təsərüfatında olan inəyin alqı-satqısı üçün aldığı 2200 manat pulu sonuncuya qaytarmamışdır. Cavabdeh1 təsərrüfatında olan 1 baş inək heyvanını 2200 manata İddiaçı satması, satdığı heyvanın dəyəri olan 2200 manat pulun 200 manatını beh şəklində, qalan 2000 manat məbləğini isə İddiaçı ona çatdırılması üçün digər Cavabdeh3 verməsi, həmin pulu Mərkəzi Xəstəxananın həyətində sonuncudan təhvil alması, eyni zamanda satdığı heyvan problemi olduğundan bir neçə gün sonra İddiaçı tərəfindən ona qaytarıldığı, satdığı heyvana görə hazırda İddiaçı 2200 manat borcu olsa da, həmin borcdan yalnız 1000 manatını qaytara biləcəyi Cavabdeh1 tərəfindən təsdiq edildiyindən iddia tələbi qismən Cavabdeh1 2200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün o cümlədən, iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki,bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavabdehlər siyahısından çıxarılması məsələsini müzakirə etmiş, iddiaçı bu barədə yazılı razılıq təqdim etməyərək, Cavabdeh1 aldığı heyvana görə verdiyi 2200 manat məbləğini cavabdehlər Cavabdeh2 və Cavabdeh3 sözünə inanaraq verməsini qeyd edərək,hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini bildirmişdir. Ona görə də məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid olan hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında heyvanın alqı-satqısı ilə bağlı qarşılıqlı razılaşma və öhdəlik münasibətləri olmadığından və eyni zamanda Cavabdeh1 izahatında iddiaçı tərəfindən ona verilməli olan 2000 manat məbləğinin Cavabdeh3 tərəfindən ona verildiyini təsdiq etdiyindən iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 2200 manat məbləğində pul alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumu məbləği də Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2200 manat pul və 42 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2242 manat alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №2(037)-1452/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1452/2025
03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver