Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-148/2024 05.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 05 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilinə dəymiş 2340 manat məbləğində maddi ziyan və ödənilmiş 45 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 oktyabr 2023-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi mülkiyyətində olan "Opel Astra” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax magistral yolunun 185-ci km-də hərəkətdə olarkən İsmayıllı rayonu,Qubaxəlilli kənd sakini Cavabdeh məxsus inəyin magistral yolda nəzarətsiz qalması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə ona məxsus avtomobilə küllü miqdarda maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı fakt Yol polisi tərəfindən araşdırılmış,müvafiq izahatlar alınmış və Cavabdeh barəsində 18 oktyabr 2023-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati X3 tərtib edilmişdir. Avtomaşınına dəymiş ziyanla bağlı aldığı qüsur aktına əsasən "Opel Astra” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 2175 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa avtomobilini Bakı şəhərində təmir etdirmək üçün evakuatordan istifadə etmiş və yol xərci kimi 165 manat pul ödəmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 3(037)-530/2023 nömrəli qərarı ilə baş vermiş yol hərəkəti hadisəsinə hüquqi qiymət verilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində ”Opel Astra” markalı **-CM-*** dövlət nömrə nişanlı avtomobilinə küllü miqdarda ziyan dəymişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş,məhkəməyə dəftərxana vasitəsilə teleqram göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında məhkəməyə dəftərxana vasitəsilə göndərdiyi vəsatətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən mülki işə sübut kimi əlavə etdiyi barəsində yazılmış inzibati protokol əsassızdır. Belə ki,həmin inzibati iş üzrə keçirilən məhkəmə iclasında iştirak etməmiş, onun hüquqi təhsili və anlayışı olmadığına görə eyni zamanda həmin inzibati protokol barədə qəbul edilmiş qərar ona vaxtında çatmamışdır. Həmin iş üzrə o özünü cavabdeh şəxs hesab etmir, ümumiyyətlə isə qarşı tərəfin yəni İddiaçı iddiasını əsassız hesab edir. Belə ki, həmin hadisə rəsmi sənədlərdə yazıldığı kimi baş verməmişdir. Hadisə baş verən tarixdə və saatda İddiaçı idarə etdiyi "Opel Astra” markalı 50-CM -024 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax magistral yolunda Bakı istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəflətən magistral yolda radio aşkarlayıcının olduğunu görmüş idarə etdiyi avtomobilə yüksək məbləğdə cərimə yazılmasın deyə magistral yolun kənarı ilə avtomobildə olan hərəkətli hissələrin sürətinin tənzimlənməsi əyləcindən istifadə elməyə çalışmışdır.Həmin vaxtı magistral yolun kənar hissəsinə çəkilmiş sarı xəttdən kənarda otlayan bir baş ona məxsus iribuynuzlu mal heyvanını vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. (yəni hadisə magistral yolda deyil magistral yolun kənar hissəsində baş vermişdir). Məlum hadisə ilə bağlı barəsində yazılmış inzibati protokol üzrə məhkəməyə təqdim edilmiş sübutlar əsasında məlum olacaqdır ki, hadisə onun dediyi kimi yəni magistral yoldan kənarda baş vermişdir ki, bunun da məsuliyyətini İddiaçı daşıyır. Hadisə baş verdikdən sonra hadisə yerinə həmin ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi idarəsinin 4-cü tağımının Mehdi adlı inspektoru gəlmişdir. Mehdi adlı inspektorla İddiaçı onun savadsız olduğunu tam müəyyən etdikdən sonra Mehdi adlı inspektor ona məlum olmayan hər hansı bir maraqlandırıcı maraq müqabilində hadisənin günahkarı onun olması üçün əlində olan bütün imkanlardan istifadə etmiş və məqsədinə nail olaraq onu günahkar hesab etmişdir. Avtomobilə isə iddiaçının qeyd etdiyi məbləğdə zərər dəyməmiş və qeyd edilən yararsız hala düşmüş ehtiyyat hissələri şişirdilərək yazılmışdır. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2005-ci il buraxılışlı, ** CM *** dövlət qeydiyyat nişanlı “X4” minik markalı avtomobil İddiaçı adına qeydə alınmışdır. İV Tağım YPX inspektoru polis serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati X3unun surətindən görünür ki, Cavabdeh barəsində İXM-nin 338.5.5 və 338.7-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. İsmayıllı servis sahibkar Qəribov Anar tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktının sürətindən görünür ki, “X4” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 2175 manat məbləğində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 3(037)-530/2023 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirili bilinib 100 manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2024-cü il tarixli, 3-16-16/2-9/1193- 8/477/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan sahibkar X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı “Opel Astra” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2175 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. 11 dekabr 2023-cü il tarixli,********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, ekspert rəyini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 18 oktyabr 2023-cü il tarixdə saat təxminən 20:00 radələrində iddiaçı idarə etdiyi "Opel Astra” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı-Şamaxı-Yevlax magistral yolunun 185-ci km-də hərəkətdə olarkən İsmayıllı rayonu,Qubaxəlilli kənd sakini Cavabdeh məxsus inəyin magistral yolda nəzarətsiz qalması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh barəsində 18 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən inzibati X3 tərtib edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 3(037)-530/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İsmayıllı servis sahibkar Qəribov Anar tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında “X4” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 2175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2024-cü il tarixli, 3-16-16/2-9/1193- 8/477/2024 nömrəli ekspert rəyində nəzəri hesablama yolu ilə, iş materiallarında olan sahibkar X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı “Opel Astra” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2175 manat müəyyən edilmişdir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş,məhkəməyə göndərdiyi vəsatətdə hadisənin onun təqsiri üzündən baş vermədiyini, iddiaçıya məxsus avtomaşına iddia tələbində göstərilən 2340 manat məbləğində maddi ziyan dəymədiyini, qeyd edilən məbləğin şişirdilmiş olduğunu və göstərilən məbləğin həqiqəti əks etdirmədiyini qeyd edərək iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçı mülkiyyətində olan idarə etdiyi “Opel Astra” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax magistral yolunun 185-ci km-də hərəkətdə olarkən cavabdehə məxsus inəyin magistral yolda nəzarətsiz qalması nəticəsində qəza törətmiş, baş vermiş qəza nəticəsində sonuncuya məxsus avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2024-cü il tarixli, 3-16-16/2-9/1193-8/477/2024 nömrəli ekspert rəyinə əsasən “Opel Astra” markalı,** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2175 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşır və hesab edir ki, iddia tələbi qismən – 2175 manat həddində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 165 manat evakuator xərcinin cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 165 manat evakuator xidmətindən istifadə etməsi xərcini tələb etsə də, avtomobilini Bakı şəhərində təmir etdirmək üçün evakuatordan istifadə etməsini və yol xərci kimi 165 manat pul ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə təmin edilmiş tələbin məbləği 2175 manatdır. Ona görə də cavabdehdən 2175 manat və həmin məbləğə uyğun olaraq 41.75 manat ödənilmiş dövlət rüsumu da alınaraq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 3.25 manatı iddiaçının özünə aid edilməlidir. Cavabdehin vəsatətinə əsasən məhkəmə-əmtəəşünaslıq ekpsertizası təyin edildiyindən mülki iş üzrə ekspertiza xərci olan 100 manat məbləği də cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 2175 manat və dövlət rüsumuna görə 41.75 manat olmaqla, cəmi 2216.75 (iki min iki yüz on altı manat yetmiş beş qəpik) manat pul alınıb İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan 3.25 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595,büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005,VÖEN-**********,müxbir hesab-AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN -**********, hesab AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-148/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-148/2024
05.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver