Məhkəmə qərarları › İş №2(037)-1518/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1518/2022

19.12.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1518/2022 19.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 19 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Ərizəçi ərizə ilə müraciət edərək oğlu 27 avqust 1997-ci il tarixdə İsmayıllı rayon İsmayıllı kəndində anadan olmuş X8 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, oğlu X14 27 avqust 1997-ci il tarixdə İsmayıllı rayonunun İsmayıllı kəndində doğulmuş və daha sonra Diyallı kəndinə köçdüklərindən həmin kənddə böyüyüb boya-başa çatmışdır. Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandığı, ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabrdan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuşdur. Oğlu Elnur da 28 sentabr 2020-ci il tarixdə SHXÇDX-nin İsmayıllı rayon Şöbəsi tərəfindən qismən səfərbərliklə toplanışa çağrılmış və xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədə əsgər hərbi rütbəsində xidmətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayanda, onunla 07 oktyabr 2020-ci il tarixədək digər şəxslərə aid mobil nömrələrlə əlaqə saxlayırdıq. 07 oktyabr 2020-ci il tarixdən sonra oğlunun zəng etdiyi nömrələrə dəfələrlə zəng etsələr də, həmin nömrələrdən onlara ərazidə əsgərlərin çox olduğunu, kimin haqqında soruşduqlarını bilmədiklərini bildirdilər. SHXÇDX-nin İsmayıllı rayon şöbəsi tərəfindən qismən səfərbərliklə toplanışa çağrılmış və N nömrəli hərbi hissədə əsgər kimi xidmət edən xalasının nəvəsi X6 anası X3 ilə telefon əlaqəsi saxlayan zaman o oğlu Orxanın 29 oktyabr 2020-ci il tarixədək oğlu Elnuru gördüyünü bildirmişdir. 2020-ci ilin noyabr ayında Şuşa şəhəri uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olmuş xalasının nəvəsi Orxan Lətiflinin anası ilə telefon danışığı zamanı verdiyi məlumat oğlu Elnur barədə sonuncu məlumat oldu. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci il tarixdə qutardı. Lakin bu günədək oğlunun barəsində hər hansı məlumat əldə edə bilməmişdir. Ötən 2 ildən çox müddət ərzində oğlundan heç bir məlumat almadığına görə oğlunun 44 günlük Vətən müharibəsində həlak olduğunu güman edir. Oğlunun 44 günlük Vətən müharibəsində həlak olması barədə rəsmi sənəd olmadığına görə ona Şəhid statusu verilmir. Oğlunun ölmüş elan edilməsi isə yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X12 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, 27 avqust 1997-ci ildə İsmayıllı rayonun İsmayıllı kəndində anadan olmuş X8 ölüm haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları“ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Ərizəçi oğlunun ölümünə dair tibbi şəhadətnaməni təqdim edə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamış və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. X4 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Qardaşı 28 sentyabr 2020-ci il tarixdə SHXÇDX-nin İsmayıllı rayon Şöbəsi tərəfindən qismən səfərbərliklə toplanışa çağrılmış və xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədə əsgər hərbi rütbəsində xidmətə başlamışdır. Qardaşı ilə 07 oktyabr 2020-ci il tarixədək digər şəxslərə aid mobil nömrələrlə telefon əlaqələri olmuş, sonradan əlaqələri kəsilmişdir. SHXÇDX-nin İsmayıllı rayon şöbəsi tərəfindən qismən səfərbərliklə toplanışa çağrılmış və qardaşı ilə eyni hərbi hissədə əsgər kimi xidmət edən anasının xalasının nəvəsi X6 anası X3 ilə telefon əlaqəsi saxlayan zaman qardaşını 29 oktyabr 2020-ci il tarixədək gördüyünü bildirmişdir. 2020-ci ilin noyabr ayında Şuşa şəhəri uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olmuş anasının xalasının nəvəsi Orxan Lətiflinin anası ilə telefon danışığı zamanı qardaşı barədə verdiyi məlumat sonuncu məlumat olmuşdur. Hərbi əməliyyatların qutarmasından iki ildən çox müddət keçmiş, lakin qardaşından heç bir məlumat ala bilməmişlər. O, qardaşının 44 günlük Vətən Müharibəsində gedən döyüşlərdə həlak olmasını güman edir. X1 və X7 X4 ilə eyniməzmunlu ifadə verərək Elnur Qədirlinin 44 günlük Vətən Müharibəsində gedən döyüşlərdə həlak olmasını güman etdiklərini təsdiq etdilər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: X10 məxsus şəxsiyyət vəsiqəsinin məlimatlarından görünür ki, X14 27 avqust 1997-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində anadan olmuşdur. İsmayıllı rayon Qeydiyyt Şöbəsinin 06 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, 27 avqust 1997-ci ildə anadan olmuş X8 atası X16, anası Ərizəçidır, bu barədə kitabın 190-cı səhifəsində xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet saytından əldə edilmiş Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçuların Siyahısından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü əsgər X2 müharibəsi zamanı itkin düşmüşdür. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin 11 noyabr 2022-ci il tarixli 324 nömrəli arayışından görünür ki, 27 avqust 1997-ci il təvəllüdlü X14 30 sentyabr 2020-ci il tarixdə SHXÇDX-nin İsmayıllı rayon şöbəsindən Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və müvafiq hərbi hissəyə təhvil verilmişdir. X5 “Vətən müharibəsi” zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Maraqlı şəxs 06 oktyabr 2022-ci il tarixli 05/Q-526 nömrəli məktubundan görünür ki, X8 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və bununla əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin oğlu Elnur Qədirli 28 sentyabr 2020-ci il tarixdə SHXÇDX-nin İsmayıllı rayon Şöbəsi tərəfindən qismən səfərbərliklə toplanışa çağrılmış və xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədə əsgər hərbi rütbəsində xidmətə başlamışdır. 07 oktyabr 2020-ci il tarixədək ərizəçinin oğlu ilə digər şəxslərə aid mobil nömrələrlə telefon əlaqəsi olmuş, sonradan əlaqələri kəsilmişdir. SHXÇDX-nin İsmayıllı rayon şöbəsi tərəfindən qismən səfərbərliklə toplanışa çağrılmış və Elnur Qədirli ilə eyni hərbi hissədə əsgər kimi xidmət edən ərizəçinin xalasının nəvəsi X6 anası X3 ilə telefon əlaqəsi saxlayan zaman Elnur Qədirlini 29 oktyabr 2020-ci il tarixədək gördüyünü bildirmişdir. 2020-ci ilin noyabr ayında Şuşa şəhəri uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olmuş ərizəçinin xalasının nəvəsi Orxan Lətiflinin anası ilə telefon danışığı zamanı verdiyi məlumat Elnur Qədirli barədə sonuncu məlumat olmuşdur. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci il tarixdə qutarmış, lakin hazırki günədək ərizəçi oğlunun barəsində hər hansı məlumat əldə edə bilməmişdir. Ərizəçi ötən 2 ildən çox müddət ərzində oğlundan heç bir məlumat almadığına görə oğlunun 44 günlük Vətən müharibəsində (İİ Qarabağ Müharibəsində) gedən döyüşlərdə həlak olduğunu güman edir. Elnur Qədirlinin 44 günlük Vətən müharibəsində (İİ Qarabağ Müharibəsində) gedən döyüşlərdə həlak olması barədə rəsmi sənəd olmadığına görə ona Şəhid statusu verilmir. Maraqlı şəxs tərəfindən Elnur Qədirlinin ölümünün qeydə alınmasından imtina edilmiş və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Respublikasının Mülki Məcəlləsinin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məccəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, X14 ilə eyni hərbi hissədə ximət etmiş, 2020-ci ilin noyabr ayında Şuşa şəhəri uğrunda gedən döyüş əməliyyatları zamanı Şəhid olmuş X13 anası ilə telefon əlaqəsi zamanı Elnur Qədirlini 29 oktyabr 2020-ci il tarixədək gördüyünü bildirmiş və həmin gündən sonra Elnur Qədirli barədə heç bir məlumat olmamışdır. Ona görə də məhkəmə Elnur Qədirlinin 29 oktyabr 2020-ci il tarixdə həlak olduğunu güman edir və həmin günü onun ölüm günü hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçinin oğlu Elnur Qədirli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyündən, hərbi əməliyyatların qurtarmasından iki il keçdiyindən və onun ölmüş elan edilməsi yalnız məhkəmə qaydasında mümkün olduğundan ərizə təmin edilməli, X8 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməli və Elnur Qədirlinin ölüm günü onun həlakının güman edildiyi gün, yəni 29 oktyabr 2020-ci il tarix hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 315.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 27 avqust 1997-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində anadan olmuş X14 ölmüş elan edilsin. X8 ölüm günü onun həlakının güman edildiyi gün, yəni 29 oktyabr 2020-ci il tarix hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar