Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1522/2024 25.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı pul tələbinə dair mülki işə 25 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 562 manat əsas borc və 196,7 manat vurulmuş maddi zərər – cəmi 758,7 manat, Cavabdeh2 414 manat əsas borc və 144,9 manat vurulmuş maddi zərər – cəmi 558,9 manat, Cavabdeh3 819 manat əsas borc və 163,8 manat vurulmuş maddi zərər – cəmi 982,8 manat, Cavabdeh4 390 manat əsas borc və 117 manat vurulmuş maddi zərər – cəmi 507 manat, Cavabdeh5 212 manat əsas borc və 53 manat vurulmuş maddi zərər – cəmi 265 manat, Cavabdeh6 300 manat əsas borc və 60 manat vurulmuş maddi zərər – cəmi 360 manat, Cavabdeh7 167 manat əsas borc və 33,4 manat vurulmuş maddi zərər – cəmi 200,4 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58 manat cavabdehlərdən hər biri barədə təmin olunmuş məbləğə uyğun olaraq alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı şəhərində yük avtomobillərinin ehtiyat hissələrinin satışı ilə məşğul olur. Cavabdehlər “Kamaz” markalı avomobillərin sürücüləri olmaqla ondan müxtəlif vaxtlarda nağd və nisyə şəkildə ehtiyat hissələri almış, pulu 2-3 ay ərzində hissəhissə ödəyəcəklərinə dair üzərilərinə şifahi öhdəlik götürmüşlər. Belə ki, Cavabdeh2 2017-ci ildə nisyə aldığı ehtiyat hissələrinin dəyərindən 414 manatını bu günədək ödəməmiş, nəticədə ona hər ilə 5 faiz olmaqla, cəmi 144,9 manat zərər vurmuşdur. Cavabdeh3 2020-ci ildə nisyə aldığı ehtiyat hissələrinin dəyərindən 819 manatını bu günədək ödəməmiş, nəticədə ona hər ilə 5 faiz olmaqla, cəmi 163,8 manat zərər vurmuşdur. Cavabdeh4 2018-ci ildə nisyə aldığı ehtiyat hissələrinin dəyərindən 390 manatını bu günədək ödəməmiş, nəticədə ona hər ilə 5 faiz olmaqla, cəmi 117 manat zərər vurmuşdur. Cavabdeh5 2019-cu ildə nisyə aldığı ehtiyat hissələrinin dəyərindən 212 manatını bu günədək ödəməmiş, nəticədə ona hər ilə 5 faiz olmaqla, cəmi 53 manat zərər vurmuşdur. Cavabdeh6 2020-ci ildə nisyə aldığı ehtiyat hissələrinin dəyərindən 300 manatını bu günədək ödəməmiş, nəticədə ona hər ilə 5 faiz olmaqla, cəmi 60 manat zərər vurmuşdur. Cavabdeh7 2020-ci ildə nisyə aldığı ehtiyat hissələrinin dəyərindən 167 manatını bu günədək ödəməmiş, nəticədə ona hər ilə 5 faiz olmaqla, cəmi 33,4 manat zərər vurmuşdur. Beləliklə, cavabdehlər ümumilikdə 2366 manat borclu olduqları pulu ödəməməklə ona ümumilikdə 573,35 manat maddi zərər vurmuşlar. İddia tələbi üzrə Cavabdeh1 məhkəməyə iddia verildikdən sonra borcunu tam ödəmişdir. Hazırda Cavabdeh1 qarşı heç bir iddia tələbi yoxdur. Cavabdeh2 414 manat əsas borc və 144,9 manat vurulmuş maddi zərər – cəmi 558,9 manat, Cavabdeh3 819 manat əsas borc və 163,8 manat vurulmuş maddi zərər – cəmi 982,8 manat, Cavabdeh4 390 manat əsas borc və 117 manat vurulmuş maddi zərər – cəmi 507 manat, Cavabdeh5 212 manat əsas borc və 53 manat vurulmuş maddi zərər – cəmi 265 manat, Cavabdeh6 300 manat əsas borc və 60 manat vurulmuş maddi zərər – cəmi 360 manat, Cavabdeh7 167 manat əsas borc və 33,4 manat vurulmuş maddi zərər – cəmi 200,4 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58 manat cavabdehlərdən hər biri barədə təmin olunmuş məbləğə uyğun olaraq alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh3 izahat verərək göstərdi ki, 2005-ci ildən 2020-ci ilə qədər iddiaçı ilə bir işləmişdir. Həmin vaxtlar sürücü işləmişdir. Bir müddət sonra işləməmiş və borcu ilə bağlı iddiaçının oğlu danışmışdır. O, iddiaçıya olan borcunu ödəyəcək və borcunu boynundan atmır. Əlinə pul düşən kimi borcunu bağlayacaqdır. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh4 izahat verərək göstərdi ki, onun iddiaçıya 1000 manat borcu olmuş və iddiaçıya 600 manatını vermişdir. Onun iddiaçıya 400 manat borcu var. İddiaçının oğluna ödəyəcəyini bildirmişdir. İddiaçı nalayiq ifadələr işlətdiyinə görə hazırki borcu ödəməmişdir. İddiaçıya ayda 5-10 manat ödəyəcəkdir. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdehlərə avtomobil ehoyat hissələrinin nisyə verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatının müqayisəli təhlili nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı cavabdehlərə müxtəlif vaxtlarda nağd və nisyə qaydada avtomobil ehtiyat hissələri satmışdır. Cavabdehlər nisyə aldıqları ehtiyat hissələrinin dəyərini iddiaçıya qaytarmamışlar. Ona görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi,bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən məbləğdə olan ehtiyat hissələrini cavabdehlərin mülkiyyətinə vermiş, cavabdehlər isə razılaşdırılmış məbləğin bir qismini ödəmiş, qalan hissəsini isə ödəməyi öhdəsinə götürmüşlər. Belə olan halda cavabdehlərin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı Cavabdeh1 562 manat əsas borc və 196,7 manat vurulmuş maddi zərər – cəmi 758,7 manat tələb etsə də idzahatında Cavabdeh1 borcunu bağladığını bildirərək ona qarşı heç bir tələbinin olmadığını qeyd edir. Belə olan halda iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməli, digər cavabdehlərə münasibətdə iddia tələbi əsas borc hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərər hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlərə dörd il müddət ərzində ona dəymiş zərər məbləğini tələb edir. Cavabdehlər borclarını qaytarmadıqlarından illik 5 faiz məbləğində faiz borcları yaranmışdır. Ona görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbləri baxımından iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh2 82,8 (414*5/100=20,7*4=82,8) manat vurulmuş maddi zərər, Cavabdeh3 163,8 (819*5/100=40,95*4=163,8) manat vurulmuş maddi zərər, Cavabdeh4 78 (390*5/100=19,5*4=78) manat vurulmuş maddi zərər, Cavabdeh5 212 manat əsas borc, 42,4 (212*5/100=10,6*4=42,4) manat vurulmuş maddi zərər, Cavabdeh6 60 (300*5/100=15*4=60) manat vurulmuş maddi zərər, Cavabdeh7 33,4 (167*5/100=8,35*4=33,4) manat vurulmuş maddi zərər alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 414 manat əsas borc, 82,8 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 504 (beş yüz dörd) manat 73 (yetmiş üç) qəpik, Cavabdeh3 819 manat əsas borc, 163,8 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 990 (doqquz yüz doxsan) manat 73 (yetmiş üç) qəpik, Cavabdeh4 390 manat əsas borc, 78 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 475 (dörd yüz yetmiş beş) manat 93 (doxsan üç) qəpik, Cavabdeh5 212 manat əsas borc, 42,4 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 262 (iki yüz altmış iki) manat 33 (otuz üç) qəpik, Cavabdeh6 300 manat əsas borc, 60 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 367 (üç yüz altmış yeddi) manat alınaraq 93 (doxsan üç) qəpik, Cavabdeh7 167 manat əsas borc, 33,4 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 208 (iki yüz səkkiz) manat 33 (otuz üç) qəpik alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə təmin edilmiş tələbin məbləği 2762,4 manatdır. Ona görə də cavabdehlərdən həmin məbləğə uyğun olaraq 7,93 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə ödənilmiş 58 manat dövlət rüsumunun 10,38 manatı iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 414 manat əsas borc, 82,8 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 504 (beş yüz dörd) manat 73 (yetmiş üç) qəpik alınaraq İddiaçı ödənilsin. Cavabdeh3 819 manat əsas borc, 163,8 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 990 (doqquz yüz doxsan) manat 73 (yetmiş üç) qəpik alınaraq İddiaçı ödənilsin. Cavabdeh4 390 manat əsas borc, 78 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 475 (dörd yüz yetmiş beş) manat 93 (doxsan üç) qəpik alınaraq İddiaçı ödənilsin. Cavabdeh5 212 manat əsas borc, 42,4 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 262 (iki yüz altmış iki) manat 33 (otuz üç) qəpik alınaraq İddiaçı ödənilsin. Cavabdeh6 300 manat əsas borc, 60 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 367 (üç yüz altmış yeddi) manat alınaraq 93 (doxsan üç) qəpik İddiaçı ödənilsin. Cavabdeh7 167 manat əsas borc, 33,4 manat vurulmuş maddi zərər və 7,93 manat ödənilmiş dövlət rüsumu – cəmi 208 (iki yüz səkkiz) manat 33 (otuz üç) qəpik alınaraq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş 58 manat dövlət rüsumunun 10,38 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1522/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1522/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver