Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-163/2025 02.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı inzibati xəta nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 02 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən inzibati xəta nəticəsində vurduğu 4144 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 manat olmaqla, cəmi 4206 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, onun qanuni mülkiyyətində “Opel” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobili idarə etmək üçün qanuni şəkildə atası Allahyar Muradova sürücülük hüququ ilə etibar etmişdir. 26 noyabr 2024-cü il tarixdə saat 22:00 radələrində həmin avtomobillə atası İsmayıllı şəhəri ərazisində Heydər Əliyev prospektində “Bolluq” market istiqamətində hərəkətdə olarkən cavabdeh idarə etdiyi “Nissan” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobillə atasının idarə etdiyi avtomobili arxadan vurmuşdur. Nəticədə qeyd olunan avtomobilə 4144 manat zərər dəymişdir. Bundan başqa avtomobildə olan sərnişinlər sağlamlığa zərər vurmayan yüngül dərəcəli xəsarət almışlar. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırılma aparılmış və cinayət işi başlanmasının rədd edilməsi haqqında 06 dekabr 2024-cü il tarixli MK-1/1516 saylı qərar qəbul olunmuşdur. Həmin qərarla cavabdeh haqqında İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün materiallar şöbənin dövlət yol polisi bölməsinə verilmişdir. Cavabdehlə ona vurulan zərərin ödənilməsi ilə bağlı bir neçə dəfə söhbət aparılmış, lakin buna baxmayaraq vurduğu maddi zərəri könüllü ödəməkdən imtina etmişdir. Cavabdehdən inzibati xəta nəticəsində vurduğu 4144 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 manat olmaqla, cəmi 4206 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçı avtomobilə 4144 manat maddi zərər dəydiyini bildirsə də həmin məbləğ yüksək və şişirdilmişdir. Həmin məbləği tam ödəməyə imkanı yoxdur. Maddi zərər məbləğini hissəhissə ödəyə bilər. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 27 iyul 2023-cü il tarixli, BD415405 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 28 iyul 2023-cü il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “Opel Astra” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 25 iyun 2026-cı il tarixədək X1 etibar etmişdir. İsmayıllı rayon Polis Şöbəsinin 06 dekabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Fiziki şəxs sahibkar X3 tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Opel Astra” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 4144 manat məbləğində müəyyən edilmişdir. 09 dekabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 62 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Opel Astra” minik markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan “Opel Astra” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 25 iyun 2026-cı il tarixədək atası X1 etibar etmişdir. 26 noyabr 2024-cü il tarixdə saat 22:00 radələrində həmin avtomobillə atası İsmayıllı şəhəri ərazisində Heydər Əliyev prospektində “Bolluq” market istiqamətində hərəkətdə olarkən cavabdeh idarə etdiyi “Nissan” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobillə atasının idarə etdiyi avtomobili arxadan vurmuşdur. Nəticədə qüsur aktı üzrə həmin avtomobilə dəymiş maddi ziyan 4144 manat məbləğində müəyyən edilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin 06 dekabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İddiaçı cavabdehdən inzibati xəta nəticəsində vurduğu 4144 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 manat olmaqla, cəmi 4206 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh maddi zərər məbləğini hissə-hissə ödəyə biləcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, baş vermiş qəza nəticəsində iddiaçıya məxsus avtomobilə 4144 manat məbləğində maddi ziyan vurulması faktı məhkəmə iclasında tam sübuta yetirilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 62 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh inzibati xəta nəticəsində vurulmuş 4144 manat maddi zərər və 62 manat ödənilmiş dövlət rüsumu – cəmi 4206 (dörd min iki yüz altı) manat alınaraq iddiaçı “İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-163/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-163/2025
02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver