Məhkəmə qərarları › İş №2(037)-165/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-165/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-165/2021 12.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Məmmədov Ası̇ f Yusı̇ f oğlu, Cavabdeh2, Ağayeva Sevı̇ nc Rafı̇ q qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Əzı̇ m qızına qarşı kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "İddiaçı" QSC iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Məmmədov Ası̇ f Yusı̇ f oğlu və Cavabdeh2 müştərək qaydada 35R000002821 saylı kredit razılaşması üzrə 16027.93 ABŞ dolları kredit borcu, 17593.5 ABŞ dolları faiz borcu və 19261.76 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 52883.19 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının iddiaçı "İddiaçı" QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu İsmayıllı kəndində tam mülkiyyətdə olan 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 52883.19 ABŞ dolları məbləğində borcun 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına "İddiaçı" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5n, Məmmədov Ası̇ f Yusı̇ f oğlu və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu İsmayıllı kəndində tam mülkiyyətdə olan 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli, 4 otaqlı, 80.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə və evinə Məmmədov Ası̇ f Yusı̇ f oğlu, Cavabdeh2, Ağayeva Sevı̇ nc Rafı̇ q qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Əzı̇ m qızının istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi ərizə göndərərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrini məhkəmə onların hazırki işin mahiyyəti üzrə həll olunmasında maraqlı olmamaları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Məmmədov Ası̇ f Yusı̇ f oğlu, Cavabdeh2, Ağayeva Sevı̇ nc Rafı̇ q qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Əzı̇ m qızına qarşı kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətinə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar