Məhkəmə qərarları › İş №2(037)-167/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-167/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-167/2021 31.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Hüseynov Zamı̇ n Sədı̇ oğlu və Hüseynov Ramı̇ n Sədı̇ oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyəti iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Hüseynov Zamı̇ n Sədı̇ oğlu və Hüseynov Ramı̇ n Sədı̇ oğlundan müştərək qaydada 001R********** saylı kredit razılaşması üzrə 5171.06 manat kredit borcu, 525.29 manat faiz borcu və 807.44 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6503.79 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə prosesi zamanı iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyəti ərizə göndərərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrini məhkəmə onların hazırki işin mahiyyəti üzrə həll olunmasında maraqlı olmamaları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Hüseynov Zamı̇ n Sədı̇ oğlu və Hüseynov Ramı̇ n Sədı̇ oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətinə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar