Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-171/2025 12.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 12 fevral 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat məbləğinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Mitəlov X3 Rayon Məhkəməsinin 1(037)-48/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuş və ona müvafiq aktla 01 ədəd “Attenti V6” markalı 35656148 nömrəli mobil qurğu komplekti təhvil verilmişdir. Cavabdeh mobil nəzarət qurğusu siqnal ötürülməməsi səbəbindəən bir dəfə dəyişdirilmiş, məhkuma tətbiq olunan mobil qurğu xx.xx.2022-ci il tarixdə 35656215 nömrəli “Attenti” markalı mobil qurğu ilə əvəz olunmuşdur.xx.xx.2022-ci il tarixdə məhkumdan alınan mobil qurğu təhvil götürülərək Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin 35656148 nömrəli “Attenti” markalı mobil qurğunun vəziyyəti haqqında ED000078 nömrəli rəyində qeyd olunmuşdur ki, ana platada yanğın izləri müşahidə olunur,təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Belə olan halda hesab edirlər ki, cavabdehin mülki məsuliyyətsizliyindən elektron nəzarət vasitəsi yararsız vəziyyətə salınmışdır.Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş avadanlığın 1 ədədinin dəyəri 2277.40 manat təşkil edir.Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də cavabdehdən mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi - böyük icra məmuru (probasiya üzrə) X4 məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında məhkəməyə dəftərxana vasitəsilə məktub göndərərək mülki iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. İsmayıllı Rayon Məhkəməsinin 1(037)-48/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq olunmuş və müvafiq aktla ona 01 ədəd “Attenti V6” markalı 35656148 nömrəli mobil qurğu komplekti təhvil verilmişdir. Ona tətbiq olunmuş mobil nəzarət qurğusu siqnal ötürülməməsi səbəbindəən bir dəfə dəyişdirilərək xx.xx.2022-ci il tarixdə 35656215 nömrəli “Attenti” markalı mobil qurğu ilə əvəz olunmuşdur. O, nəzarət vasitəsini qəsdən yararsız vəziyyətə salmamışdır. Nəzarət vasitəsi damda işləyərkən ehtiyatsızlıqdan düşərək zədələnmişdir. Nəzarət vasitəsinin zədələnməsi ilə bağlı İddiaçı rəisinin qəbulunda olmuşdur. Nəzarət vasitəsinin yararsız vəziyyətdə olması ilə bağlı ona xəbərdarlıq olunmamışdır. O, Bakı şəhərində avtoyuma məntəqəsində işləyir. Hazırda ondan tələb edilən nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat məbləğini tam ödəməyə maddi imkanı yoxdur. Əgər vaxt verilərsə ondan tələb edilən nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat məbləğini hissə-hissə ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,1(037)-48/2022 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” 09 sentyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh yaşadığı ünvanda elektron qolbaq tətbiq edilərək ona 01 ədəd “Attenti” markalı 35656148 nömrəli mobil qurğu, 01 ədəd 03553 №li “Attenti” markalı elektron qolbaq və enerji adaptor təhvil verilərək məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə” 03 oktyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh İddiaçınə dəvət olunaraq elektron qurğusuna baxış keçirilən zaman mobil qurğunun korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış, lakin mobil qurğu texniki səbəbdən enerji yığmadığı, sönməsi və X1 izləmə məlumatlarını ötürmədiyi müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə 35656215 №li “Attenti” markalı ENV komplekti ilə əvəz olunmuşdur. xx.xx.2022-ci il tarixli, ED 000074 nömrəli “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəyin surətindən görünür ki, məhkum Cavabdeh üzərinə quraşdırılmış “Attenti V6” markalı 35656148 nömrəli elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun düzgün istifadə edilməməsi səbəbindən ana platada yanğın izləri müşahidə olunduğu və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin məktubunun surətindən görünür ki, elektron qolbaq mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat məbləğindədir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki,məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(037)-48/2022 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” 09 sentyabr 2022-ci il tarixli protokola əsasən cavabdehə yaşadığı ünvanda elektron qolbaq tətbiq edilərək ona 01 ədəd “Attenti” markalı 35656148 nömrəli mobil qurğu, 01 ədəd 03553 №li “Attenti” markalı elektron qolbaq və enerji adaptor təhvil verilərək məhkəmə hökmünün (qərarının) tələbləri,cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə” 03 oktyabr 2022-ci il tarixli protokola əsasən cavabdeh İddiaçınə dəvət olunaraq elektron qurğusuna baxış keçirilən zaman mobil qurğunun korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış, lakin mobil qurğu texniki səbəbdən enerji yığmadığı, sönməsi və X1 izləmə məlumatlarını ötürmədiyi müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə 35656215 №li “Attenti” markalı ENV komplekti ilə əvəz olunmuşdur. xx.xx.2022-ci il tarixli, ED 000074 nömrəli “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəylə cavabdehin üzərinə quraşdırılmış “Attenti V6” markalı 35656148 nömrəli elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun düzgün istifadə edilməməsi səbəbindən ana platada yanğın izləri müşahidə olunduğu və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin məktubun surətindən görünür ki, elektron qolbaq mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat məbləğindədir. İddiaçı cavabdehdən mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına verilməsini tələb edir. Cavabdeh nəzarət vasitəsini qəsdən yararsız vəziyyətə salmadığını, nəzarət vasitəsi damda işləyərkən ehtiyatsızlıqdan düşərək zədələndiyini, nəzarət vasitəsinin yararsız vəziyyətdə olması ilə bağlı ona xəbərdarlıq olunmadığını, hazırda ondan tələb edilən nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat məbləğini tam ödəməyə maddi imkanı olmadığını, əgər vaxt verilərsə ondan tələb edilən nəzarət vasitəsinin dəyəri olan 2277.40 manat məbləğini hissə-hissə ödəyə biləcəyini bildirir və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla 2277,40 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 2277,40 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 2277,40 manat maddi ziyan məbləği alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla cavabdehdən 42.77 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh təhkim edilmiş mobil nəzarət qurğusunun dəyəri olan 2277.40 (iki min iki yüz yemiş yeddi manat qırx qəpik) manat pul məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına (X2, M/H:AZ41NABZ ******************** VÖEN: **********, KOD 210005, SWİFT: CTREAZ 22, Bakı şəhər Maliyyə İdarəsi, H/H AZ 66CTRE********************, VÖEN **********, Büdcə səviyyəsinin kodu:1, Büdcə təsnifatının kodu: 142330) hesaba ödənilsin. Cavabdeh 42.77 (qırx iki manat yetmiş yeddi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-171/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-171/2025
12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver