Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1718/2025 17.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilməmiş pul vəsaitinin inflyasiyaya uğraması səbəbindən indeksləşdirilməsi və bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11000 manat pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərər olaraq həmin vəsaitin 6000 manat pulun 04 avqust 2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək, 5000 manat pulun 04 avqust 2009-cu il tarixdən xx.xx.2024-cü ilı tarixədək, 4500 manat pulun 04 avqust 2009-cu ildən 05 mart 2024-cü il tarixədək 3500 manat pulun 04 avqust 2009-cu ildən hazırkı müddətə qədər indeksləşdirilərək yaranan fərqin ona ödənilməsi və 11000 manat pulun qaytarılmaması ilə əlaqədar 04 avqust 2009-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün, 5000 manat pulun qaytarılmaması ilə əlaqədar 04 avqust 2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, 4500 manat pulun 04 avqust 2009-cu ildən 05 mart 2024-cü il tarixədək, 3500 manat pulun 04 avqust 2009-cu ildən hazırkı müddətə olan müddəti üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi məhkəməyə qeyri-prosessual formada verilmiş, ərizənin giriş hissəsində tələbkar, borclular və maraqlı şəxslər kimi qeyd olunmaqla ərizə formasında verilməli olduğu halda, həmin qaydada deyil, iddiaçı və cavabdehlər kimi qeyd olunmaqla, iddia icraatı qaydasında iddia ərizəsi kimi məhkəməyə göndərilmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir,yəni ərizənin giriş,təsviri əsaslandırıcı və nəticə hissələrinin qeyd olunmasını və giriş hissəsində iddiaçı və cavabdeh kimi qeyd olunmasına dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki,iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilməmiş pul vəsaitinin inflyasiyaya uğraması səbəbindən indeksləşdirilməsi və bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1718/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1718/2025
17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver