Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-186/2023 09.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 09 yanvar 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1665,76 manat əsas, 5,23 manat faiz, 6,88 manat cərimə - cəmi 1677,87 manat borc məbləği və 36,78 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 16 dekabr 2022-ci il tarixdə cavabdehlərə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehlərə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri birinci cavabdeh 27 dekabr 2022-ci il tarixdə, ikinci cavabdeh isə 28 dekabr 2022-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavadeh arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə illik 1 faizlə 60 ay müddətinə 2755,46 manat kredit verilmişdir. Kredit borcunun təminatı olaraq iddiaçı ilə ikinci cavabdeh arasında 16 dekab 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin birinci cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 dekabr 2022-ci il tarixə birinci cavabdehin banka 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1665,76 manat əsas, 5,23 manat faiz və 13,76 manat cərimə olmaqla cəmi 1684,75 manat borcu yaranmışdır. Cavabdehdən cərimə məbləğinin 50%-i miqdarı, yəni 6,88 manat məbləği tələb olunur. İddiaçı cavabdehlərdən müştərək qaydada 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1665,76 manat əsas, 5,23 manat faiz, 6,88 manat cərimə - cəmi 1677,87 manat borc məbləği və 36,78 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 11-MZ2-1-0-448-14 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 1 faizlə beş il müddətinə 2755,46 manat kredit verilmişdir. 11-MZ2-1-0-448-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 2755,46 manat əsas, 84,24 manat faiz – cəmi 2839,7 manat ödəməyi öhdəsinə götürmüşdür. 11-MZ2-1-0-448-14 nömrəli zaminlik müqaviləsindən görünür ki, ikinci cavabdeh iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə birinci cavabdehin bank qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. KBD-12734 nömrəli xəbərdarlığın surətindən görünür ki, müqavilə üzrə borcun beş gün ərzində ödənilməsi cavabdehlərdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 09 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, birinci cavabdehin 16 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1665,76 manat əsas, 5,23 manat faiz və 13,76 manat cərimə borcu vardır. 13 dekabr 2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 36,78 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli 11-MZ2-1-0-448-14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə illik 1 faizlə beş il müddətinə 2755,46 manat kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 2755,46 manat əsas, 84,24 manat faiz – cəmi 2839,7 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə birinci cavabdehin öhdəliyinin icrasının təminatı olaraq iddiaçı ilə ikinci cavabdeh arasında 11- MZ2-1-0-448-14 nömrəli 16 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Birinci cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1665,76 manat əsas, 5,23 manat faiz, 6,88 manat cərimə - cəmi 1677,87 manat borc məbləği və 36,78 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehlər kredit borcunu, ona hesablanmış faiz və cəriməni ödəməli olduqlarından, lakin borcunu müqavilə şərtlərinə uyğun ödəmədiklərindən və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqlarından iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1665,76 manat əsas, 5,23 manat faiz, 6,88 manat cərimə və 36,78 manat dövlət rüsumu – cəmi 1714 (bir min yeddi yüz on dörd) manat 65 (altmış beş) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-186/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-186/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver