Məhkəmə qərarları › İş №2(037)-188/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-188/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-188/2021 11.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Vaqı̇ f oğlunun cavabdeh Mı̇ rzəyev Süleyman Füzulı̇ oğluna qarşı borcun qaytarılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Vaqı̇ f oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Mı̇ rzəyev Süleyman Füzulı̇ oğlundan (bundan sonra cavabdeh) kredit müqaviləsinə əsasən verdiyi 50000 manat borcun, 1250 manat faiz borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsi işə iddiaçının işirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-ci il tarixli kredit müqaviləsinə əsasən bir il müddətinə 50000 manat məbləğində sonuncuya borc pul verilmişdir. Həmin kredit müqaviləsinə əsasən cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində borcunu iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı cavabdehdən borcunu qaytarmağını tələb etsə də, lakin o, borcunu könüllü qaytarmaq istəməmişdir. Cavabdeh borcun qaytaracağı vaxtdan 6 ay borcun qaytarmasını gecikdirdiyinə görə 1250 manat faiz borcunu iddiaçıya ödəməlidir. İddiaçı kredit müqaviləsinə əsasən verdiyi 50000 manat borcun, 1250 manat faiz borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, “Təzə bazar” adlanan yerdə ticarətçi işləyir. X3 şərikdilər. Həmin bazarın sahibləri onlara iş təklif etmiş və razı olmuşlar. Həmin iş təklifinə əsasən onların hər birinə 50000 manat pul verməklə müxtəlif mallar alaraq satışını həyata keçirmək olmuşdur. Ona görə də iddiaçı ilə onlar arasında ayrı-ayrılıqda bir il müddətinə 50000 manat məbləğində borc pul verilməsinə dair xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi formal xarakter daşımışdır. Onlara ilkin olaraq 42500 manat pul verilmişdir. Sonradan onlara 25500 manat və 6800 manat dəyərində mal verilmişdir. Bundan başqa Türkiyə Respublikasından 10000 ABŞ dolları məbləğində mal alınaraq gətirmişlər. Onlara ümumi olaraq 91000 manata yaxın pul verilmişdir. Onlar dükanda şərait qurmaları üçün 7000-8000 manat məbləğində dəmir almışlar. Bazarın sahibləri onlara malların satışını həyata keçirmək üçün 2 ay vaxt vermişlər. Həmin vaxt bitdikdən sonra işlədikləri müddət ərzində bazarın sahiblərinə 5000 manata yaxın pul qaytarmışlar. Sonradan ölkədə baş verən pandemiya şəraiti ilə əlaqədar mallarını sata bilməmişlər və hazırda onlar pandemiya şəraitini nəzərə almırlar. Bundan başqa həmin şəxslərdən sata bilmədikləri malları internet vasitəsi ilə satmaq istədiklərini bildirdikdə buna razı olmamışlar. Hazırda malları dükanlarında qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin surətindən müəyyən edilir ki, İddiaçı Vaqı̇ f oğlu tərəfindən Mı̇ rzəyev Süleyman Füzulı̇ oğluna 1 il müddətinə 50000 manat məbləğində borc pul verilmişdir. xx xxxxxx 2021-ci il tarixli 30606 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-ci il tarixli kredit müqaviləsinə əsasən bir il müddətinə 50000 manat məbləğində cavabdehə borc pul verilmişdir. Həmin kredit müqaviləsinə əsasən cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində borcu iddiaçıya qaytaracağını öhdəsinə götürsə də borcu qaytarmamışdır. İddiaçı iddia tələbində kredit müqaviləsinə əsasən verdiyi 50000 manat borcun, 1250 manat faiz borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ona və şəriki Mahir Rzayevə 91000 manata yaxın pul verildiyini, həmin pullarla da mal aldıqlarını, lakin ölkədə baş verən pandemiya şəraiti ilə əlaqədar mallarını sata bilmədiklərini bildirərək qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iddia tələbinin 50000 manat borc hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının cavabdehə 50000 manat məbləğində borc pul verməsi barədə tərəflər arasında notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi olduğundan və cavabdeh həmin məbləğin təxminən 46000 manatını aldığını təsdiq etdiyindən iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin 8-ci bəndində göstərilir ki, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin 1250 manat faiz borcu hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı xx xxxxxx 2019-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə bir il müddətinə 50000 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcun qaytarılmasını müqavilənin bitmə vaxtından 6 ay gecikdirdiyinə görə 1250 manat faiz borcu yaranmışdır. Ona görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinin və tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbləri baxımından iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Mı̇ rzəyev Süleyman Füzulı̇ oğlundan 50000 manat borc, 1250 manat faiz, 30 manat dövlət rüsumu – cəmi 51280 (əlli bir min iki yüz səksən) manat tutularaq İddiaçı Vaqı̇ f oğluna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar