Məhkəmə qərarları › İş №2(037)-191/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-191/2025

17.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-191/2025 17.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı 6 saylı X1 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 17 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı 6 saylı X1 Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 494.59 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı X1 Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2024-cü il tarixli 000742 saylı akta əsasən 494.59 manat məbləğində maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəməmişdir. Cavabdehdən 494.59 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu,Bizlan kəndində yaşayır. 26 oktyabr 2024-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 7 saylı dolayında 09 oktyabr 2024-cü il tarixli №170/21 saylı əmrə əsasən yoxlama keçirilmişdir. Talıstan Meşəbəyliyinin 7 saylı dolayında olan ərazilərdə kəsilmiş ağacların onun tərəfindən deyil, başqa şəxslər tərəfindən kəsilmişdir. Həmin ağaclar mərkəzin əməkdaşları tərəfindən yoxlama keçirilən vaxtı deyil, bir neçə gün əvvəl kəsilmişdir. Ağaclar kəsilən ərazidə göl olduğundan həmin əraziyə müxtəlif vaxtlarda balıq tutmaq üçün getmişdir. 26 oktyabr 2024-cü il tarixdə balıq tutmaq üçün həmin ərazidə olarkən bir neçə gün əvvəl kəsilmiş hazır doğranmış odunlar olduğunu görüb maşınına yükləmişdir. Mərkəzin əməkdaşları ərazidə yoxlama keçirərkən odunları maşına yüklədiyini görüb onun barəsində inzibati protokol tərtib edərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Hüquqi savadı olmadığından inzibati protokolu və inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirməmişdir. Onun barəsində inzibati protokol tərtib etmiş baş meşəbəyi Ramil Mehdiyev mərkəzin əməkdaşları tərəfindən keçirilən yoxlamada iştirak etməmişdir. Əgər yoxlamada iştirak edən şəxslər ağacların onun tərəfindən kəsilməsini sübut edərlərsə cərimə məbləğini ödəməyə hazırdır. Kəsilmiş ağaclar quru vəziyyətdə olmaqla əvvəlcədən başqa şəxslər tərəfindən kəsilmişdir. O, Talıstan Meşəbəyliyinin 7 saylı dolayında yerləşən ərazilərdə ağaclar kəsməmiş və meşə fonduna ziyan vurmamışdır.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan 26 oktyabr 2024-cü il tarixli 000742 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəllərinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 26 oktyabr 2024-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 7 saylı dolayında 09 oktyabr 2024-cü il tarixli №170/21 saylı əmrə əsasən keçirilən yoxlama zamanı ərazidə vələs cinsindən diametri 4 sm-dən 10 ədəd, 8 sm-dən 11 ədəd, 12 sm-dən 14 ədəd, 16 sm-dən 11 ədəd, 20 sm-dən 2 ədəd, 24 sm-dən 3 ədəd, cəmi vələs cinsindən 51 ədəd, palıd cinsindən diametri 4 sm-dən 4 ədəd, 8 sm-dən 5 ədəd,12 sm-dən 10 ədəd, 16 sm-dən 4 ədəd, 20 sm-dən 4 ədəd cəmi palıd cinsindən 27 ədəd, ağcaqayın cinsindən diametri 4 sm-dən 14 ədəd, 8 sm-dan 8 ədəd,12 sm-dən 6 ədəd, 16 sm-dən 4 ədəd,20 sm-dən 3 ədəd olmaqla,cəmi ağcaqayın cinsindən 35 ədəd,göyrüş cinsindən diametri 4 sm-dən 14 ədəd,8 sm-dən 12 ədəd, 12 sm-dən 3 ədəd olmaqla cəmi göyrüş cinsindən 33 ədəd, fıstıq cinsindən diametri 8 sm-dən 2 ədəd, 12 sm-dən 5 ədəd, 16 sm-dən 4 ədəd,24 sm-dən 1 ədəd,28 sm-dən 2 ədəd olmaqla, cəmi fıstıq cinsindən 14 ədəd, gilas cinsindən diametri 16 sm-dən 1 ədəd, yemişan cinsindən diametri 8 sm-dən 2 ədəd, 12 sm-dən 2 ədəd,16 sm-dən 1 ədəd olmaqla, cəmi yemişan cinsindən 5 ədəd olmaqla, ümumilikdə 167 ədəd müxtəlif növ cinsdən ağac yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 167 ədəd, cəmi həcmi 5.65 kub.metr, ümumi məbləğ 494.59 manat olduğu müəyyən edilmişdir. İşdə olan Şamaxı RMTM-nin Talıstan meşəbəyliyinin 7 saylı dolayında 26 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəllərindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış, aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 162 ədəd, cəmi həcmi 5.58 kub.metr, ümumi məbləğ 480.31 manat və 5 ədəd, cəmi həcmi 0.07 kub.metr, ümumi məbləğ 14.28 manat ümumilikdə cəmi 494.59 manat məbləğində müəyyən edilmişdir. İşdə olan 30 oktyabr 2024-cü il tarixli, MN №1763299 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 6 Saylı X1 Mərkəzinin direktor müavini baş meşəbəyi X2 tərəfindən İsmayıllı rayonu,Talıstan meşəbəyliyinin 7 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Bizlan kənd sakini Cavabdeh barəsində İXMnin 253.1-ci maddəsi ilə 30 oktyabr 2024-cü il tarixli, MN №1763299 nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. İşdə olan 14 noyabr 2024-cü il tarixli, MN №1785964 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli MN №1785964 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İsmayıllı rayon Bizlan kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 480.31 manat məbləğində cərimə edilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 26 oktyabr 2024-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 7 saylı dolayında 09 oktyabr 2024-cü il tarixli №170/21 saylı əmrə əsasən keçirilən yoxlama zamanı müxtəlif cinslərdən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı müəyyən olunmuşdur ki, vələs cinsindən diametri 4 sm-dən 10 ədəd, 8 sm-dən 11 ədəd,12 sm-dən 14 ədəd,16 sm-dən 11 ədəd, 20 sm-dən 2 ədəd,24 sm-dən 3 ədəd, cəmi vələs cinsindən 51 ədəd, palıd cinsindən diametri 4 sm-dən 4 ədəd, 8 sm-dən 5 ədəd,12 sm-dən 10 ədəd, 16 sm-dən 4 ədəd, 20 sm-dən 4 ədəd cəmi palıd cinsindən 27 ədəd,ağcaqayın cinsindən diametri 4 sm-dən 14 ədəd,8 sm-dan 8 ədəd,12 sm-dən 6 ədəd,16 sm-dən 4 ədəd, 20 sm-dən 3 ədəd olmaqla, cəmi ağcaqayın cinsindən 35 ədəd, göyrüş cinsindən diametri 4 sm-dən 14 ədəd,8 sm-dən 12 ədəd, 12 sm-dən 3 ədəd olmaqla cəmi göyrüş cinsindən 33 ədəd, fıstıq cinsindən diametri 8 sm-dən 2 ədəd, 12 smdən 5 ədəd, 16 sm-dən 4 ədəd, 24 sm-dən 1 ədəd, 28 sm-dən 2 ədəd olmaqla, cəmi fıstıq cinsindən 14 ədəd, gilas cinsindən diametri 16 sm-dən 1 ədəd, yemişan cinsindən diametri 8 sm-dən 2 ədəd,12 sm-dən 2 ədəd,16 sm-dən 1 ədəd olmaqla,cəmi yemişan cinsindən 5 ədəd olmaqla, ümumilikdə 167 ədəd müxtəlif növ cinslərdən ibarət ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 167 ədəd, cəmi həcmi 5.65 kub.metr, ümumi məbləğ 494.59 manat olduğu müəyyən edilmişdir. İddiaçının nümayəndəsi cavabdehin qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2024-cü il tarixli 000742 saylı akta əsasən 494.59 manat məbləğində maddi ziyan vurduğunu,dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəmədiyini bildirir və cavabdehdən 494.59 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Talıstan Meşəbəyliyinin 7 saylı dolayında olan ərazilərdə kəsilmiş ağacların onun tərəfindən deyil, başqa şəxslər tərəfindən kəsildiyini, həmin ağaclar mərkəzin əməkdaşları tərəfindən yoxlama keçirilən vaxtı deyil, bir neçə gün əvvəl kəsildiyini, ağaclar kəsilən ərazidə göl olduğundan həmin əraziyə müxtəlif vaxtlarda balıq tutmaq üçün getdiyini, ərazidə olarkən bir neçə gün əvvəl kəsilmiş hazır doğranmış odunlar olduğunu görüb maşınına yüklədiyini, mərkəzin əməkdaşları ərazidə yoxlama keçirərkən odunları maşına yüklədiyini görüb onun barəsində inzibati protokol tərtib etdiklərini, hüquqi savadı olmadığından inzibati protokolu mübahisələndirmədiyini, əgər ağacların onun tərəfindən kəsilməsini təsdiq edəcək sübut olarsa cərimə məbləğini ödəməyə hazır olduğunu,kəsilmiş ağacların əvvəlcədən başqa şəxslər tərəfindən kəsildiyini, Talıstan Meşəbəyliyinin 7 saylı dolayında yerləşən ərazilərdə ağaclar kəsmədiyini və meşə fonduna ziyan vurmadığını bildirir və qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. “Ətraf mühitin mühafizəsi“ haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 494.59 manat maddi ziyan məbləği alınaraq 6 saylı X1 Mərkəzı̇ nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı mülki iş üzrə iddiaçı 6 saylı X1 Mərkəzi dövlət rüsumu ödəməkdən azad olunduğundan hazırkı tələblə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 30 manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: “ İddia tələbi təmin edilsin. Cavabdeh 494.59 manat maddi ziyan məbləği alınıb iddiaçı 6 saylı X1 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. “ Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar