Məhkəmə qərarları › İş №2(037)-194/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-194/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-194/2021 20.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" BOKT MMC-nin cavabdehlər Bəşı̇ rov Tərlan Fı̇ krət oğlu, Bəşı̇ rova Aylan Fı̇ krət qızı, Bəşı̇ rov Fı̇ krət Əlı̇ övsət oğlu, Bəşı̇ rov Sərdar Sədyar oğlu, Bəşı̇ rov Sədi Sədyar oğlu, Bəşı̇ rov Sədyar Fı̇ krət oğlu, Hüseynov Mayı̇ s Saday oğlu, Cavabdeh2, Məhərrəmov Cavı̇ d Aydın oğlu, Məhərrəmova Səlı̇ mə Asəf qızı, Cavabdeh5 Mayı̇ s qızı, Hüseynova Həqı̇ qət Sarxan qızı, Məhərrəmlı̇ Yusı̇ f Cavı̇ d oğlu, Məhərrəmlı̇ Xədı̇ cə Füzuli qızı, Məhərrəmlı̇ Güləbətı̇ n Füzuli qızı, Hüseynova Səbı̇ rə Ağalı qızı, Cavabdeh14 Mayı̇ s qızı, Cavabdeh15, Mehdı̇ yev İxtı̇ yar Etı̇ bar oğlu, Mehdı̇ zadə Vüsalə İxtı̇ yar qızı və Cavabdeh21 Nı̇ zam oğluna qarşı istifadə hüququnun xitam verilməsi tələbinə dair mülki işə 20 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "İddiaçı" BOKT MMC iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Bəşı̇ rov Tərlan Fı̇ krət oğlu, Bəşı̇ rova Aylan Fı̇ krət qızı, Bəşı̇ rov Fı̇ krət Əlı̇ övsət oğlu, Bəşı̇ rov Sərdar Sədyar oğlu, Bəşı̇ rov Sədi Sədyar oğlu, Bəşı̇ rov Sədyar Fı̇ krət oğlu, Hüseynov Mayı̇ s Saday oğlu, Cavabdeh2, Məhərrəmov Cavı̇ d Aydın oğlu, Məhərrəmova Səlı̇ mə Asəf qızı, Cavabdeh5 Mayı̇ s qızı, Hüseynova Həqı̇ qət Sarxan qızı, Məhərrəmlı̇ Yusı̇ f Cavı̇ d oğlu, Məhərrəmlı̇ Xədı̇ cə Füzuli qızı, Məhərrəmlı̇ Güləbətı̇ n Füzuli qızı, Hüseynova Səbı̇ rə Ağalı qızı, Cavabdeh14 Mayı̇ s qızı, Cavabdeh15, Mehdı̇ yev İxtı̇ yar Etı̇ bar oğlu, Mehdı̇ zadə Vüsalə İxtı̇ yar qızı və Cavabdeh21 Nı̇ zam oğlunun Daşınmaz Əmlak Dövlət Reyestrində 5 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınan MA Seriyalı №0363960 nömrəli çıxarışa əsasən fərdi yaşayış evi üzrə istifadə hüququnun xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 27 mart 2012-ci tarixdən başlayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz Əmlak Dövlət Reyestrində 5 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınan MA Seriyalı №0363960 nömrəli çıxarışa əsasən, İsmayıllı şəhəri, S.Vurğun küçəsi, D-4, 06 nömrəli ev iddiaçıya məxsusdur. Həmin ünvan sonradan dəyişilərək ev 6, D-4 ev 6 və ya D-2 ev 6 kimi də qeyd olunmuşdur. Qeyd olunan mənzil iddiaçının adına qeydiyyatına keçərkən, mənzilin qeydiyyatında olan cavabdehlər hal-hazıradək qeydiyyatdan çıxmamış və həmin mənzildə yaşayırlar. Cavabdehlər yalnız iddiaçının icazəsinə əsasən hazırki vaxta qədər həmin mənzildə yaşamışlar. Cavabdehlərin Daşınmaz Əmlak Dövlət Reyestrində 5 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınan MA Seriyalı №0363960 nömrəli çıxarışa əsasən fərdi yaşayış evi üzrə istifadə hüququnun xitam verilməsini və mənzildən çıxarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh9 iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə “Fazil” kəndli fermer təsərrüfatı arasında 04 avqust 2009-cu il tarixdə 36716 nömrəli kredit müqaviləsi bağlanmış və müqavilə üzrə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. O, İsmayıllı şəhəri, S.Vurğun küçəsi, D-4, ev 6 ünvanında 0,095 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka qoymuş və bununla bağlı 11 avqust 2009cu il tarixdə onunla iddiaçı arasında ipoteka müqaviləsi bağlanmışdır. O, müəyyən səbəblərdən kredit borcunu qaytara bilməmişdir. Qeyd olunan fərdi yaşayış evində qeydiyyatda olanlar barədə İsmayıllı RİHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyindən arayış almışdır. Həmin arayışda adları ailə üzvləri onun mülkiyyətində olan fərdi yaşayış evinin ipoteka qoyulmasına etirazları olmadığı barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişlər. Həmin vaxt oğlu Cavabdeh18 cəzaçəkmə müəssisəsində olmuşdur. Oğlu Cavabdeh18 evi tərk etmə barədə razılığı alınmadığından o, fərdi yaşayış evinə istifadə hüququnu itirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh18 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh9 onun atasıdır. Atası İsmayıllı şəhəri, S.Vurğun küçəsi, D-4, ev 6 ünvanında 0,095 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka qoymuş və bununla bağlı 11 avqust 2009-cu il tarixdə atası ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanmışdır. O, həmin vaxt cəzaçəkmə müəssisəsində olmuşdur. Bu səbəbdən onun evi tərk etmə barədə razılığı alınmamışdır. İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(037)-221/2014 nömrəli qətnaməsinə əsasənə onun həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamədən apelyasiya şikayəti vermiş və Şəki Apelyasiya Məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(107)-209/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(037)-221/2014 nömrəli qətnaməsi onun həmin fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilmişdir. Qeyd olunan fərdi yaşayış evinə istifadə hüququnu itirməmiş və həmin evdən çıxarıla bilməz. İpoteka predmetinə istifadə hüququna xitam verilməsi və hazırda yaşadığı evdən çıxarılması onun mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. İddia tələbinin cavabdehlər Cavabdeh9 Əlövsət oğlu, Cavabdeh7, Cavabdeh18 və Cavabdeh8 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan-4, ev 6 ünvanında yerləşən mənzildən çıxarılmasına dair hissəsi üzrə icraata məhkəmənin 29 mart 2021-ci il tarixli qərardadı ilə xitam verilmişdir. 27 mart 2012-ci il tarixli, MA Seriyalı №0363960 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0,095 hektar həyətyanı torpaq sahəsində yerləşən İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi "İddiaçı" BOKT QSC-nin xüsusi mülkiyyətindədir. İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(037)-221/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh18, Cavabdeh9 Əlövsət oğlu, X5, Cavabdeh7, Cavabdeh8, X2 və X3 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan-4 də xüsusi mülkiyyətdə olan 0,095 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 131.8 kv.m yaşayış, 107.4 kv.m köməkçi sahədən və 239.2 kv.m ümumi sahədən ibarət 06 saylı fərdi yaşayış evindən və 0.095 hektar həyətyanı torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(107)-209/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(037)-221/2014 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh18 və X3 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan-4 də xüsusi mülkiyyətdə olan 0,095 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 131.8 kv.m yaşayış, 107.4 kv.m köməkçi sahədən və 239.2 kv.m ümumi sahədən ibarət 06 saylı fərdi yaşayış evindən və 0.095 hektar həyətyanı torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməmiş, cavabdehlər Cavabdeh9 Əlövsət oğlu, X5, Cavabdeh7, Cavabdeh8 və X1 həmin yaşayış evi və həyətyanı torpaq sahəsindən çıxarılmaları hissəsində dəyişdirilmədən saxlanılmışdır. 13 yanvar 2021-ci il tarixli DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, Tərlan Bəşı̇ rov, Aylan Bəşı̇ rova, Fikrət Bəşı̇ rov, Sərdar Bəşı̇ rov, Sədi Bəşı̇ rov və Sədyar Bəşı̇ rov İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4, ev 6 ünvanında, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh2, Cavabdeh3, Cavabdeh12̇, Cavabdeh15 və Cavabdeh4 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, ev 6 ünvanında, Cavabdeh20 və Cavabdeh19 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, ev 6-A ünvanında, Cavabdeh13, Cavabdeh14, Cavabdeh5 və Cavabdeh6 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 2, ev 6 ünvanında və Cavabdeh21 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 2, ev 6-A ünvanında qeydiyyatdadırlar. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi cavabdehlər Bəşı̇ rov Tərlan Fı̇ krət oğlu, Bəşı̇ rova Aylan Fı̇ krət qızı və Bəşı̇ rov Fı̇ krət Əlı̇ övsət oğluna qarşı mənzildən istifadə hüququna xitam verilməsinə aid hissədə təmin edilməli, Cavabdeh18 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və digər cavabdehlərə qarşı mənzil üzrə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına aid hissələrdə isə rədd edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə “Fazil” kəndli fermer təsərrüfatı arasında 04 avqust 2009-cu il tarixdə 36716 nömrəli kredit müqaviləsi bağlanmış və müqavilə üzrə 10000 ABŞ dolları məbləğində Cavabdeh9 kredit verilmişdir. Cavabdeh9 kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi İsmayıllı şəhəri, S.Vurğun küçəsi, D-4, ev 6 ünvanında 0,095 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka qoymuş və bu barədə 11 avqust 2009-cu il tarixdə iddiaçı ilə Cavabdeh9 arasında ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh9 kredit borcunu qaytara bilmədiyindən, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətində olması barədə 27 mart 2012-ci il tarixli çıxarış almışdır. İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(037)-221/2014 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh18, Cavabdeh9, Təminə Bəşirova, Cavabdeh7, Cavabdeh8, Gülnarə Bəşirova və X6 şəhəri, S.Vurğun küçəsi, dalan-4 də xüsusi mülkiyyətdə olan 0,095 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 131.8 kv.m yaşayış, 107.4 kv.m köməkçi sahədən və 239.2 kv.m ümumi sahədən ibarət 06 saylı fərdi yaşayış evindən və 0.095 hektar həyətyanı torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(107)-209/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(037)- 221/2014 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh18 və X6 şəhəri, S.Vurğun küçəsi, dalan-4 də xüsusi mülkiyyətdə olan 0,095 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 131.8 kv.m yaşayış, 107.4 kv.m köməkçi sahədən və 239.2 kv.m ümumi sahədən ibarət 06 saylı fərdi yaşayış evindən və 0.095 hektar həyətyanı torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməmiş, cavabdehlər Cavabdeh9, Təminə Bəşirova, Cavabdeh7, Cavabdeh8 və Gülnarə Bəşirovanın həmin yaşayış evi və həyətyanı torpaq sahəsindən çıxarılmaları hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddia tələbinin cavabdehlər Tərlan Bəşı̇ rov, Aylan Bəşı̇ rovaı və Fikrət Bəşı̇ rovun İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlər Tərlan Bəşı̇ rov, Aylan Bəşı̇ rova və Fikrət Bəşı̇ rovun İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan-4 də xüsusi mülkiyyətdə olan 0,095 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 131.8 kv.m yaşayış, 107.4 kv.m köməkçi sahədən və 239.2 kv.m ümumi sahədən ibarət 06 saylı fərdi yaşayış evindən və 0.095 hektar həyətyanı torpaq sahəsindən çıxarılması barədə Şəki Apelyasiya Məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(107)-209/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi var. Hazırkı iddianın predmetinə aid olan İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzili qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər Tərlan Bəşı̇ rov, Aylan Bəşı̇ rova və Fikrət Bəşı̇ rovun həmin torpaq sahəsindən istifadə etməkdə davam etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələnir. Şərh olunan əsaslara görə və qeyd olunan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Tərlan Bəşı̇ rov, Aylan Bəşı̇ rova və Fikrət Bəşı̇ rovun İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh18 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(037)- 221/2014 nömrəli qətnaməsinə əsasənə Cavabdeh18 qeyd olunan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 05 mart 2015-ci il tarixli 2(107)- 209/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(037)-221/2014 nömrəli qətnaməsi Cavabdeh18 həmin fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi Cavabdeh18 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair hissədə rədd edilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 2.3-cü maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri valideynlərinin razılığı ilə müəyyən edilir. Məhkəmə iddia tələbinin cavabdehlər Sərdar Bəşı̇ rov və Sədi Bəşı̇ rovun İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzil üzrə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlər Sərdar Bəşı̇ rov (2008-ci il təvəllüdlü) və Sədi Bəşı̇ rov (2009-cu il təvəllüdlü) Cavabdeh18 övladlarıdır. Məhkəmə Cavabdeh18 qeyd olunan fərdi yaşayış evinə istifadə hüququnu itirməməsi və həmin evdən çıxarılmamasını qərara almışdır. Uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi cavabdehlər Sərdar Bəşı̇ rov və Sədi Bəşı̇ rovun İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzil üzrə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh2, Cavabdeh3, Cavabdeh12̇, Cavabdeh15, Cavabdeh4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh5, Cavabdeh6, İxtiyar Mehdı̇ yev, Vüsalə Mehdı̇ zadə və Cavabdeh21 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzil üzrə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 13 yanvar 2021-ci il tarixli DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, cavabdehlər Cavabdeh10, Cavabdeh11, Cavabdeh2, Cavabdeh3, Cavabdeh12̇, Cavabdeh15, Cavabdeh4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh5, Cavabdeh6, İxtiyar Mehdı̇ yev, Vüsalə Mehdı̇ zadə və Cavabdeh21 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4, ev 6 ünvanında qeydiyyatda deyil, qeyd olunan ünvana qonşu olan müxtəlif ünvanlarda qeydiyyatdadırlar. İddiaçı işə aidiyyatı olmayan başqa şəxsləri cavabdeh qismində işə cəlb etmişdir. Məhkəmə hesab edir ki, həmin şəxslərə qarşı iddia tələbi əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh2, Cavabdeh3, Cavabdeh12̇, Cavabdeh15, Cavabdeh4, Cavabdeh13, Cavabdeh14, Cavabdeh5, Cavabdeh6, İxtiyar Mehdı̇ yev, Vüsalə Mehdı̇ zadə və Cavabdeh21 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzil üzrə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair hissədə də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Bəşı̇ rov Tərlan Fı̇ krət oğlu, Bəşı̇ rova Aylan Fı̇ krət qızı və Bəşı̇ rov Fı̇ krət Əlı̇ övsət oğlunun İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzildən istifadə hüququna xitam verilsin. İddia tələbi Cavabdeh18 İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair hissədə rədd edilsin. İddia tələbi Bəşı̇ rov Sərdar Sədyar oğlu, Bəşı̇ rov Sədi Sədyar oğlu, Cavabdeh1, Cavabdeh10, Cavabdeh11, Cavabdeh2, Məhərrəmov Cavı̇ d Aydın oğlu, Məhərrəmlı̇ Güləbətı̇ n Füzuli qızı, Cavabdeh15, Məhərrəmova Səlı̇ mə Asəf qızı, Hüseynova Səbı̇ rə Ağalı qızı, Cavabdeh14 Mayı̇ s qızı, Cavabdeh5 Mayı̇ s qızı, Hüseynova Həqı̇ qət Sarxan qızı, Mehdı̇ yev İxtı̇ yar Etı̇ bar oğlu, Mehdı̇ zadə Vüsalə İxtı̇ yar qızı və Cavabdeh21 Nı̇ zam oğlunun İsmayıllı şəhəri, S.Vurğun küçəsi, dalan 4-də yerləşən 06 saylı mənzil üzrə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar