Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-200/2025 22.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 22 yanvar 2025-ci il tarixdə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 iyun 2011-ci il təvəllüdlü X2 və 25 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İsmayıllı Rayon Məhkəməsinin 2(037)-671/2018 saylı 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iki uşağın saxlanması üçün ona ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasına gəlməmiş, ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılaraq qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirlməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət təqdim etdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-200/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-200/2025
22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver