Məhkəmə qərarları › İş №2(037)-222/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-222/2023

06.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-222/2023 06.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən hakim Hüseynov İlqar Vidayət oğlu, e-2(037)-858/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə iddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı məhkəmə qətnamələrinin (qərarlarının) icrası ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarlarının məcburi icraya yönəldilməsi, borclu şəxsin inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə müvafiq tədbirlərin görülməsinin təmin edilməsini, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair tədbirlər görülməsinin təmin edilməsini, işin icra vəziyyəti və görülmüş işlər, müvafiq sorğu və arayışlar barədə onların surətlərinin təqdim edilməsi ilə bağlı sübutların təmin edilməsini, Cavabdeh məsuliyyətə cəlb olunması barədə xüsusi qərardad çıxarılmasının təmin edilməsini, Cavabdeh tərəfindən "xxxx" MMC şirkətinə 1000 manat məbləğində kompensasiya ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində nəzərdə tutulmuş iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar ərizənin xahiş etdi hissəsində düzgün göstərilməmişdir. İddiaçı ərizəsində icra məmurunun hərəkətlərindən şikayət verdiyi, icra tədbirlərinin görülməsini xahiş etdiyi halda, həm icra məmurundan pul tələb etmiş, həm də onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Lakin o, pul tələbi və xüsusi qərardadın çıxarılması ilə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, iddia ərizəsini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməli və qanunvericilikdə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: - ərizənin verildiyi məhkəmənin adı; - iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); - iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; - müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; - ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmçinin, “X1” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. “X1” Azərbaycan Respublikasının qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə — şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, iddiaçı tərəfindən ərizəyə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumunun ödənilməsindən azadolmaya dair hər hansı bir sənəd əlavə edilməmişdir. Həmin Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: e-2(037)-858/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə iddiaçı "xxxx" MMCnin direktoru İddiaçı məhkəmə qətnamələrinin (qərarlarının) icrası ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyinə dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar