Məhkəmə qərarları › İş №2(037)-226/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-226/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-226/2021 07.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Mehdı̇ yev Elvı̇ n Telman oğlu və Nəbı̇ yev Kərı̇ m Mahı̇ r oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "İddiaçı" QSC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Mehdı̇ yev Elvı̇ n Telman oğlu (bundan sonra ikinci cavabdeh) və Nəbı̇ yev Kərı̇ m Mahı̇ r oğlundan (bundan sonra üçüncü cavabdeh) müştərək qaydada 030R********** saylı kredit razılaşması üzrə 920,04 manat kredit borcu, 79,97 manat faiz borcu, 166 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1166,01 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Qapali Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərar almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 030L**********75 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı xx xxxxxxx 2019-cu il tarixli 030R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq 2,0833 faiz olmaqla, 1500 manat kredit götürmüşdür. Kredit razılaşması üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit razılaşmasının tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcunu xx xxxxx 2020-ci il tarixdən banka qaytarmamışdır. Birinci cavabdeh kredit borcundan 579,96 manat ödəmiş və 920,04 manat borcu qalmışdır. Birinci cavabdehin xx xxxxxxx 2020-ci il tarixə 182 gün üçün hesablanmış 79,97 manat faiz borcu və 166 manat cərimə borcu yaranmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 030R********** saylı kredit razılaşması üzrə 920,04 manat kredit borcu, 79,97 manat faiz borcu, 166 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1166,01 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Qapali Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxxxxx 2017-ci il tarixli 030L**********75 saylı uzunmüddətli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx xxxxxxx 2019-cu il tarixli 030R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 12 ay müddətinə aylıq 2,0833 faiz olmaqla 1500 manat kredit verilmişdir. xx xxxxxxx 2019-cu il tarixli 030S**********01 və 030S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli 030R********** saylı kredit xətti müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. xx xxxxxxx 2019-cu il tarixli 030R********** saylı kredit razılaşmasına əlavə olan ödəniş planından görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 1500 manat əsas və 215,24 manat faiz borcu olmaqla, cəmi 1715,24 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlərdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilərək əks halda barələrində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx xxxxxx 2021-ci il tarixli 2211 nömrəli maliyyə arayışından görünür ki, xx xxxxxxx 2019-cu il tarixli 030R********** saylı kredit razılaşması üzrə birinci cavabdehin xx xxxxxxx 2020-ci il tarixə 920,04 manat əsas borcu, 79,97 manat faiz borcu və 166 manat cərimə olmaqla, ümumilikdə cəmi 1166,01 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 030L**********75 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı xx xxxxxxx 2019-cu il tarixli 030R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq 2,0833 faiz olmaqla, 1500 manat kredit götürmüşdür. Kredit razılaşması üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ikinci cavabdeh arasında zaminlik müqaviləsi bağlanılmışdır. Kredit razılaşması üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit razılaşmasının tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcunu xx xxxxx 2020-ci il tarixdən banka qaytarmamışdır. Birinci cavabdeh kredit borcundan 579,96 manat ödəmiş və 920,04 manat borcu qalmışdır. Birinci cavabdehin xx xxxxxxx 2020-ci il tarixə 182 gün üçün hesablanmış 79,97 manat faiz borcu və 166 manat cərimə borcu yaranmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 030R********** saylı kredit razılaşması üzrə 920,04 manat kredit borcu, 79,97 manat faiz borcu, 166 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1166,01 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Qapali Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsini tələb edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrini işin nəticəsi ilə maraqlı olmamaları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada xx xxxxxxx 2019-cu il tarixli 030R********** saylı kredit razılaşması üzrə 920,04 manat kredit borcu və 79,97 manat faiz borcu tutulması tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən müştərək qaydada 166 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən – 50 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 30,00 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Mehdı̇ yev Elvı̇ n Telman oğlu və Nəbı̇ yev Kərı̇ m Mahı̇ r oğlundan müştərək qaydada 030R********** saylı kredit razılaşması üzrə 920,04 manat kredit borcu, 79,97 manat faiz borcu, 50 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1080 (bir min səksən) manat 01 (bir) qəpik tutularaq iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar