Məhkəmə qərarları › İş №2(037)-228/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-228/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-228/2023 13.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 13 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 4353 manat və 64 manat dövlət rüsumu olmaqla, cəmi 4417 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh həmkəndlisidir və aralarında normal münasibət olmuşdur. 2015-ci ilin aprel ayının əvvəlində cavabdeh yanına gələrək kredit götürmək istədiyini və ona zamin durmağını və götürdüyü krediti heç bir problem yaratmadan ödəyəcəyini bildirmişdir. O, cavabdehin səmimiyyətinə inanaraq ona zamin durmağa razılıq vermişdir. "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli LD/********** saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 3500 ABŞ dolları məbləğində kredit verilmiş,kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq onunla kredit təşkilatı arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin ilin noyabr ayında isə cavabdehin götürdüyü kredit Azərbaycan manatına çevirilmişdir. Cavabdeh bir daha narahat olmamağını, krediti faizləri ilə birlikdə vaxtlı-vaxtında bütünlüklə ödəyəcəyi, onu heç vaxt narahat etməyəcəyi barədə şifahi vəd vermişdir. Bütün bunlara baxmayaraq cavabdeh kreditlə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh kredit borcunu ödəmədiyindən kredit təşkilatı məhkəməyə müraciət etmişdir.İsmayıllı rayon Məhkəməsinin 2(037)-911/2016 saylı məhkəmə əmrinə əsasən cavabdehdən və ondan ümumilikdə 4816.12 manat məbləğinin alınıb kredit təşkilatına ödənilməsi əmr edilərək icraya yönəldilmişdir.Həmin məbləğin cavabdehdən və digər zamindən tutulması mümkün olmadığından qeyd edilən məbləğ bütünlüklə ondan tutulmuş, həmçinin icra ödənişi kimi əlavə olaraq 337 manat da tutularaq icra işinin icraatına xitam verilmişdir. Sonradan cavabdeh ona bir neçə dəfəyə 800 manat ödəmiş, qalan 4353 manat məbləği isə bu günədək ona ödəməmişdir. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin kredit borcuna görə ödədiyi məbləğin geri qaytarılması üçün məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 64 manat dövlət rüsumu ödəmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən etiraf etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun kəndçisidir. 2015-ci ilin aprel ayında pula ehtiyacı olduğundan bankdan kredit götürmək qərarına gəlmişdir.Bu məqsədlə iddiaçıya yaxınlaşmış və ondan zamin durmağını xahiş etmişdir. İddiaçı onunla razılaşmış və 2015-ci ilin aprel ayında onunla birlikdə "xxxx" MMC-yə gedərək kredit müqaviləsi üzrə zamin durmuşdur. O, öz adına "xxxx" MMC-dən xx.xx.2015-ci il tarixli LD/********** saylı kredit müqaviləsi üzrə 3500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli LD/********** saylı kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə kredit təşkilatı arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə aylıq ödənişlərini bir müddət ödəsə də sonradan keçirdiyi avto qəza nəticəsində atası rəhmətə getmiş, o isə travma alaraq səhətində problemlər yaranmış və işləyə bilmədiyindən kredit borcu üzrə aylıq ödənişlərini ödəyə bilməmişdir. O, kredit borcunu ödəmədiyindən iddiaçı zamin kimi kredit təşkilatına olan kredit borcunu tam ödəmişdir. O, iddiaçıya kredit borcuna görə ödədiyi puldan 800 manat ödəmişdir. Bundan əlavə kredit borcuna görə iddiaçıya 350 manat məbləğində kompensasiya ödənilmişdir. Hazırda onun iddiaçıya 3400 manat borcu qalmışdır və həmin borcu sonuncuya bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. İddiaçıya olan borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəkdir. Ona görə də iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, cavabdeh oğlu iddiaçı isə həmkəndlisidir. İddiaçı oğlunun kredit borcuna görə zamin durmuşdur. Baş vermiş avto qəza nəticəsində əri vəfat etmiş, oğlu isə travma alaraq səhətində problemlər yaranmışdır. Oğlu səhətində olan problemlərlə bağlı heç bir yerdə işləmir. Eyni zamanda himayəsində üç azyaşlı uşağı var və yaşadığı ev yaşayış üçün əlverişli deyildir.Oğlunun kredit borcu iddiaçı tərəfindən ödənilsə də bank hər dəfə ona zəng edərək kreditin ödənilməsini tələb etmişdir.O,bir neçə dəfə iddiaçıya müraciət edərək oğlunun kredit borcunun tam ödənilməsinə dair sənədi istəsə də, sonuncu həmin sənədləri ona təqdim etməmişdir.Oğlu iddiaçıya kredit borcuna görə kredit təşkilatına ödədiyi puldan 800 manat ödəmişdir.Bundan əlavə oğlunun kredit borcuna görə iddiaçıya 350 manat məbləğində kompensasiya ödənilmişdir. Hazırda oğlunun iddiaçıya 3400 manat borcu qalmışdır. Oğlunun iddiaçıya olan 3400 manat borcunu sonuncuya bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Oğlu iddiaçıya olan borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəkdir. İsmayıllı rayon icra şöbəsinin xx.xx.2016-cı il tarixli 1025/2016 nömrəli icraata başlamaq haqqında qərarından görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(037)-911/2016 nömrəli məhkəmə əmrinə əsasən İddiaçı 4816.12 manat məbləğinin alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İsmayıllı rayon icra və probasiya Şöbəsinin icra məmuru ı dərəcəli ədliyyə qulluqçusu Rahim Mustafayevin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)-911/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 64 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli LD/********** saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 3500 ABŞ dolları məbləğində kredit verilmiş,kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə kredit təşkilatı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyi üçün kreditor Cavabdeh kredit borcunu ödəmədiyindən "xxxx" MMC məhkəməyə müraciət etmiş, İsmayıllı rayon Məhkəməsinin 2(037)-911/2016 saylı məhkəmə əmrinə əsasən iddiaçı və cavabdehdən ümumilikdə 4816.12 manat məbləğinin alınıb "xxxx" MMC-yə ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri icraya yönəldilmişdir. İsmayıllı rayon icra şöbəsinin xx.xx.2016-cı il tarixli 1025/2016 nömrəli icraata başlamaq haqqında qərarında İsmayıllı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(037)-911/2016 nömrəli məhkəmə əmrinə əsasən iddiaçıdan 4816.12 manat məbləğinin alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(037)- 911/2016 nömrəli məhkəmə əmrində qeyd edilən 4816.12 manat məbləği iddiaçı tərəfindən tam ödənildiyindən İsmayıllı rayon icra və probasiya Şöbəsinin icra məmuru Rahim Mustafayevin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə İsmayıllı rayon Məhkəməsinin 2(037)-911/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir.İddiaçı cavabdehdən 4353 manat və 64 manat dövlət rüsumu olmaqla, cəmi 4417 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahış edir. Cavabdeh iddiaçıya kredit borcuna görə ödədiyi puldan 800 manat ödədiyini,eyni zamanda onun kredit borcuna görə iddiaçıya 350 manat məbləğində kompensasiya ödənildiyini və hazırda onun iddiaçıya 3400 manat borcu qaldığını,həmin borcu sonuncuya bir dəfəyə ödəməyə maddi imkanı olmadığını və iddiaçıya olan borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin etiraz mülahizəsində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh borcundan 800 manat ödədiyini, eyni zamanda kredit borcuna görə iddiaçıya 350 manat məbləğində kompensasiya verildiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin kredit borcunun iddiaçı tərəfindən ödənilməsi cavadehin etirafı və İsmayıllı rayon icra və probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə təsdiq edildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 4353 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 64 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220,227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4353 manat pul və 64 manat dövlət rüsumu olmaqla, cəmi 4417 (dörd min dörd yüz on yeddi) manat məbləği alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar