Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-23/2021 14.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Səlı̇ mova Sevı̇ nc Səməndər qızının Cavabdeh Əlı̇ kömək oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Səlı̇ mova Sevı̇ nc Səməndər qızı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Əlı̇ kömək oğlundan (bundan sonra cavabdeh) 1700 manat real dəymiş ziyan, hüququnun bərpası ilə əlaqədar ödədiyi 31 manat dövlət rüsumu – cəmi 1731 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə ona məxsus İsmayıllı rayonu Ağbulaq kəndində yerləşən fərdi yaşayış evini cavabdehə ayda 100 manata razılaşaraq kirayəyə vermişdir. Cavabdeh və ailəsinə kəndin ərazisində dövlət hesabına ev tikilirdi və razılığa əsasən evləri tikilib qurtarana qədər onun evində qalacaqdılar. Ona məxsus evi kirayəyə götürdükləri vəziyyətdə qaytaracaqlarına cavabdehlə razılaşmışlar. Cavabdehin həmin vaxt pulu olmamış və 2020-ci ilin may ayında bütün ayların pulunu ödəyəcəyinə söz vermişdir. O, iyul ayında evinə gələndə cavabdeh və ailəsinin öz evlərinə köçdüyünü və onun evinin yararsız hala salındığını görmüşdür. Cavabdehin və ailəsinin yanvar ayında öz evlərinə köçdüyü ona sonradan məlum olmuşdur. Cavabdeh ona 350 manat kirayə haqqı kimi pul vermişdir. Cavabdeh 7 ay kirayə haqqı olaraq 700 manat və evin təmiri üçün 1000 manat ona verməlidir. Cavabdeh həmin pulları verməkdən boyun qaçırmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehdən 1700 manat real dəymiş ziyan, hüququnun bərpası ilə əlaqədar ödədiyi 31 manat dövlət rüsumu – cəmi 1731 manat pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun əmisi qızıdır. 2013-cü ildə zəlzələ ilə əlaqədar evini sökmüşlər və ona görə də qalmağa yeri olmamışdır. O, ailəsi ilə birlikdə iddiaçının evində ayda 100 manat kirayə haqqı verməklə qalacaqlarına razılığa gəlmişlər. Həmin evin istilik sistemi olmadığından odun sobası yandırmış və evdə buxarlanma olduğundan divar və döşəmədə kiflənmə yaranmışdır. O, iddiaçının evinin tavanın təmizləyə bilər. O, ailəsi ilə birlikdə 2020-ci ilin yanvar ayında öz evlərinə köçmüş və bu barədə iddiaçını məlumatlandırmışlar. İddiaçı isə evinə 7 ay keçdikdən sonra gəlmiş və həmin müddət ərzində ev qapalı vəziyyətdə olduğundan yararsız hala düşmüşdür. O, kirayə qaldığı ayların pulunu iddiaçıya ödəmiş, lakin iddiaçı ondan kirayə qalmadığı ayların pulunu tələb edir. O, iddiaçının evini yararsız hala salmamış və iddiaçıya ziyan vurmamışdır. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X1 cavabdehin izahatına uyğun eyni məzmunlu ifadə verərək göstərdi ki, cavabdeh onun əridir. Onlar iddiaçıya məxsus evdə kirayə yaşadıqları müddət ərzində ev nəmişlik olmuşdur. O, bu barədə ilk öncə iddiaçının bacısını və sonradan isə iddiaçını məlumatlandırmışdır. Onlar ailəsi ilə birlikdə 2020-ci ilin yanvar ayında öz evlərinə köçmüş və bu barədə iddiaçını məlumatlandırmışlar. İddiaçı isə evinə 7 ay keçdikdən sonra gəlmiş və həmin müddət ərzində ev qapalı vəziyyətdə olduğundan yararsız hala düşmüşdür. Onlar kirayə qaldıqları ayların pullarını iddiaçıya ödəmişlər. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-ci il tarixli, 10/4055 nömrəli ekspert rəyindən müəyyən edilir ki, İsmayıllı rayonu Ağbulaq kəndində yerləşən fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 747 manatdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 31,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Araşdrıma zamanı müəyyən edildi ki, iddiaçı qarşılıqlı razılığa əsasən özünə məxsus İsmayıllı rayonu Ağbulaq kəndində yerləşən fərdi yaşayış evini cavabdeh və ailəsinə ayda 100 manat ödəməklə kirayəyə vermişdir. Cavabdeh ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində 3 ay yarım qalmış və iddiaçıya kirayə qaldıqları ayların pullarını ödəmişlər. Cavabdeh ailəsi ilə birlikdə 2020-ci ilin yanvar ayında evlərinə köçmüş və bu barədə iddiaçını məlumatlandırsalar da iddiaçı evinə 7 ay keçdikdən sonra gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi 700 manat kirayə haqqı hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddia tələbinin 1000 manat dəymiş ziyan hissəsinə münasibətdə Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-ci il tarixli, 10/4055 nömrəli ekspert rəyi ilə razılaşır və qərara gəlir ki, dəymiş ziyan məbləği 747 manat məbləğində qiymətləndirilməklə iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 31 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğindən 25 (iyirimi beş) manat iddiaçıdan və 25 (iyirimi beş) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əlı̇ kömək oğlundan 747 manat dəymiş ziyan, 31 manat ödənilmiş rüsum məbləği – cəmi 778 (yeddi yüz yetmiş səkkiz) manat alınaraq iddiaçı Səlı̇ mova Sevı̇ nc Səməndər qızına verilsin. İddiaçı Səlı̇ mova Sevı̇ nc Səməndər qızından 25 (iyirmi beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Cavabdeh Əlı̇ kömək oğlundan 25 (iyirmi beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-23/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-23/2021
14.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver