Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-250/2021 17.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Xəlı̇ lov Batırcan Nəsrəddı̇ n oğlu, Xəlı̇ lova Gülxanım Nəbi qızı və Xəlı̇ lov Məhəddı̇ n Nəsrəddı̇ n oğluna qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Xəlı̇ lov Batırcan Nəsrəddı̇ n oğlu (bundan sonra birinci cavabdeh), Xəlı̇ lova Gülxanım Nəbi qızı (bundan sonra ikinci cavabdeh) və Xəlı̇ lov Məhəddı̇ n Nəsrəddı̇ n oğlundan (bundan sonra üçüncü cavabdeh) müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 5080 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasının xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2008-ci ilin aprel-may aylarında həmkəndlisi və qohumu üçüncü cavabdeh ona müraciət edərək qardaşı birinci cavabdehə ev almaq istədiklərini, lakin pulu çatmadığından birinci cavabdeh özünə və ailəsinə məxsus əvvəllər üzüm bağı olmuş torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Üçüncü cavabdehə torpaq sahəsinin alğı-satqısının rəsmiləşdirilməsi ilə bağlı problem olacağını bildirdikdə sonuncu onu arxayın etmiş və heç bir problem olmayacağını demişdir. O, üçüncü cavabdehə inanaraq birinci cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətində olan əvvəllər üzüm bağı olmuş pay torpaq sahəsinin 0,52 hektar hissəsini 300 manat ödəməklə şifahi alğı-satqı yolu ilə satın almışdır. Aralarındakı alğı-satqı barədə üçüncü cavabdeh öz xətti ilə sadə yazılı formada müqavilə tərtib etmiş və həmin müqaviləyə əsasən həmin torpağın mülkiyyətçiləri torpağı ona satdıqlarını imzaları ilə təsdiq etmişlər. 2017-ci ildə birinci cavabdehin anası Sayalı Xəlilova vəfat etmişdir. Ötən müddət ərzində o, birinci cavabdehə torpaq sahəsinin alğı-satqısının rəsmiləşdirilməsi üçün notariat kontoruna getmək istədiyini bildirdikdə o, torpaq sənədlərinin qardaşında olduğunu, anasının vəfat etdiyini və vərəsəlik aça bilmədiyini deməklə müxtəlif bəhanələrlə bundan yayınmışdır. 2019-cu ildə cavabdehlərin həmin torpaq sahəsini başqa şəxslərə satdıqları ona məlum olmuşdur. Bununla da cavabdehlər ona maddi zərər vurmuşlar. Həmin torpaq sahəsindən faktiki vəziyyətdə istifadə etmiş və torpağın tam yararlı hala gətirilməsi üçün xeyli vəsait sərf etmişdir. Hazırda həmin torpaq sahəsinin bir hektarının orta bazar qiyməti 3500-4000 manat təşkil edir. Belə olan halda 0,52 hektar torpaq sahəsinin orta bazar qiyməti 2080 manat təşkil edir. Bundan başqa o, həmin torpaq sahəsini satın aldıqdan sonra vaxtilə üzüm bağı yeri olduğuna görə vəhşiləşmiş tənəkləri, beton dirəkləri, məftilləri çıxarıb ərazidən daşıtdırmaqla sahəni əkinə yararlı hala gətirmək üçün 1500 manat, həmin torpaq sahəsini münbitləşdirmək üçün hər il hər maşını 50 manat olmaqla, ən azı 10 maşın peyin daşıtdırmaqla təqribən 30 maşın peyin vermiş, bunun üçün 1500 manat xərc çəkmişdir. O, həmin torpaq sahəsinə ümumilikdə 5080 manat xərc çəkmişdir. Cavabdehlərdən ona dəymiş zərərin ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 5080 manat məbləğinin alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçı ilə həmkəndlidir. O, əvvəllər üzüm bağı olmuş torpaq sahəsini iddiaçıya istifadə etməsi üçün müvəqqəti vermişdir. Onunla iddiaçı həmin yer üçün 300 manata razılaşmışlar. İddiaçının atası ona 200 manat pul vermiş, lakin sonradan qalan pulu istəməmişdir. Aralarında tərtib edilmiş sadə yazılı formada müqavilənin mahiyyətini bilmədən imza çəkmişdir. O, iddiaçıya torpaq sahəsini satmamışdır. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə ikinci cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Üçüncü cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, birinci cavabdeh onun qardaşıdır. İddiaçı ilə birinci cavabdeh arasında olan mübahisə ona aid deyil. Həmin mübahisəni iddiaçı ilə birinci cavabdeh öz aralarında həll etməlidirlər. İddiaçının ona qarşı iddia tələbini əsassız hesab edir və ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X6 ifadə verərək göstərdi ki, iddiaçı onun qardaşıdır. Birinci cavabdeh əvvəllər üzüm bağı olmuş torpaq sahəsini qardaşına satmışdır. O, öz torpaq sahəsini qardaşının torpaq sahəsinə birləşdirmişlər. Onlar həmin torpaq sahələrini tam yararlı hala salmış və əkib becərmişlər. Qardaşı torpağın tam yararlı hala gətirilməsi üçün 1500 manatdan çox xərc çəkdiyini, həmin torpağın münbitləşdirilməsi üçün hər il peyin verdiyini və bunun üçün 1500 manatdan çox xərc çəkdiyini görmüşdür. X2 ifadə verərək göstərdi ki, iddiaçı ilə torpaq qonşusudur. Birinci cavabdeh əvvəllər üzüm bağı olmuş torpaq sahəsini iddiaçıya satdığını bilir, lakin neçəyə satdığını isə bilmir. İddiaçı torpağın tam yararlı hala gətirilməsi üçün 1500 manatdan çox xərc çəkdiyini və həmin torpağın münbitləşdirilməsi üçün hər il peyin verdiyini bilir. X1 ifadə verərək göstərdi ki, iddiaçı onun dayısıoğludur. Birinci cavabdeh əvvəllər üzüm bağı olmuş torpaq sahəsini iddiaçıya satmışdır. Həmin ərazidə onun da torpaq sahəsi var və onlar həmin torpaq sahələrinin təmizlənməsi üçün 2 il əziyyət çəkmişlər. İddiaçı torpağın tam yararlı hala gətirilməsi üçün 1500 manatdan çox xərc çəkdiyini, həmin torpağın münbitləşdirilməsi üçün hər il peyin verdiyini və bunun üçün xərc çəkdiyini bilir. X4 ifadə verərək göstərdi ki, iddiaçı ilə torpaq qonşusudur. Birinci cavabdeh əvvəllər üzüm bağı olmuş torpaq sahəsini iddiaçıya satdığını bilir. İddiaçı həmin torpaq sahəsinin təmizlənməsi üçün əziyyət çəkdiyini görmüşdür. İddiaçı torpağın tam yararlı hala gətirilməsi üçün 1500 manatdan çox xərc çəkdiyini, həmin torpağın münbitləşdirilməsi üçün hər il peyin verdiyini və bunun üçün 1500 manatdan çox xərc çəkdiyini bilir. X5 ifadə verərək göstərdi ki, iddiaçı onun atasıdır. Atası birinci cavabdehdən əvvəllər üzüm bağı olmuş torpaq sahəsini almışdır. Atası birinci cavabdehə torpağın satın alınması üçün 300 manat pul vermişdir. Həmin vaxt birinci cavabdehin qardaşı üçüncü cavabdehdə orada olmuşdur. Atası həmin torpaq sahəsini təmizləmiş və yararlı vəziyyətə gətirmişdir. Atası torpağın tam yararlı hala gətirilməsi üçün 1500 manatdan çox xərc çəkmiş, həmin torpağın münbitləşdirilməsi üçün hər il peyin vermiş və bunun üçün də 1500 manatdan çox xərc çəkmişdir. 05 yanvar 2018-ci il tarixli RX Seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 0,5294 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və X8 ümumi birgə mülkiyyətindədir. Tərəflər arasında bağlanmış sadə yazılı formada müqavilədə Sayalı Xəlilova, Cavabdeh1 və Cavabdeh2 razılıq əsasında onlara məxsus pay torpaq sahələrindən 0,55 hektar hissəsini İddiaçı satmaları qeyd edilmişdir. Müqavilənin doğruluğunu mülkiyyətçilər imzaları ilə təsdiq etmişlər. İsmayıllı rayon Kəlbənd bələdiyyəsinin 17 fevral 2021-ci il tarixli 19 nömrəli arayışından görünür ki, İsmayıllı rayon Kəlbənd kəndi ərazində vətəndaşlara məxsus torpaq sahəsinin hal-hazırda satış qiyməti 3500-4000 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi birinci və ikinci cavabdehə aid hissədə qismən təmin edilməli, üçüncü cavabdehə aid hissədə isə rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2008-ci ildə birinci cavabdeh özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən əvvəllər üzüm bağı olmuş 0,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçıya satmaq barədə razılığa gəlmiş və iddiaçı qeyd olunan torpaq sahəsinin aralarında razılaşdırılmış dəyərini birinci cavabdehə ödəmişdir. Bundan sonra birinci cavabdeh həmin torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. Qeyd olunan torpaq sahəsi əvvəllər üzüm bağı olmuş və iddiaçı həmin torpaq sahəsinin tam yararlı hala gətirilməsi üçün xərc çəkmişdir. Tərəflər həmin torpaq sahəsini notarial qaydada alğı-satqı edə bilməmiş və aralarında bu barədə sadə yazılı formada müqavilə tərtib etmişlər. Ötən müddət ərzində iddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də birinci cavabdeh bundan yayınmışdır. 2019-cu ildə birinci cavabdehin həmin torpaq sahəsini başqa şəxslərə satdığı iddiaçıya məlum olmuşdur. Mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri İsmayıllı rayon Kəlbənd bələdiyyəsinin arayışına əsasən 1 hektarı 3500-4000 manat təşkil edir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, birinci və ikinci cavabdehlər iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldıqları halda həmin torpaq sahəsini iddiaçıya satmamaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxslər sayılırlar. Birinci və ikinci cavabdehlər əsassız varlanmadan əldə etdikləri vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq həmin torpaq sahəsinin 1 hektarı 3700 manat məbləğində dəyəri əsas götürülməklə, iddia tələbi qismən təmin olunaraq 0,52 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 1924 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Habelə məhkəmə iddiaçının torpağın tam yararlı hala gətirilməsi üçün çəkilən xərcləri 1500 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin üçüncü cavabdehə qarşı hissəsinə münasibət bildirərək qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi birinci cavabdeh və onun ailə üzvlərinə məxsus olmuş və həmin torpaq sahəsini iddiaçıya satmaq adı ilə ondan pul almışlar. Üçüncü cavabdeh bu barədə müqavilə tərtib etmiş və birinci cavabdeh və onun ailə üzvləri müqavilənin doğruluğunu imzaları ilə təsdiq etmişlər. İddiaçı üçüncü cavabdehdən vurulmuş maddi zərərin ödənilməsini tələb etməkdə haqlı deyil. Belə ki, üçüncü cavabdeh iddiaçıya torpaq sahəsi satmamış və ya iddiaçıdan pul almamışdır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi üçüncü cavabdehə qarşı hissədə rədd edilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi cavabdehlər Xəlı̇ lov Batırcan Nəsrəddı̇ n oğlu və Xəlı̇ lova Gülxanım Nəbi qızına qarşı hissədə qismən təmin edilsin. Cavabdehlər Xəlı̇ lov Batırcan Nəsrəddı̇ n oğlu və Xəlı̇ lova Gülxanım Nəbi qızından vurulmuş maddi zərərin əvəzi kimi müştərək qaydada 3424 (üç min dörd yüz iyirmi dörd) manat alınaraq İddiaçı verilsin. İddia tələbi cavabdeh Xəlı̇ lov Məhəddı̇ n Nəsrəddı̇ n oğluna qarşı hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-250/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-250/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver