Məhkəmə qərarları › İş №2(037)-256/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-256/2023

18.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-256/2023 18.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 18 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə dəymiş 1338 manat və ödənilmiş 34 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1372 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “QAZ 210290” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşınla etibarnamə əsasında avtomobili idarə edən əmisi 13 dekabr 2022-ci il tarixdə saat 05:00 radələrində Muğanlı-İsmayıllı maqistral yolunun İsmayıllı rayonu,Diyallı kəndi ərazisindən keçən 36-cı km hissəsində hərəkətdə olarkən qəfil magistral yola çıxmış camış heyvanını vurmuş və nəticədə avtomobilinə 1338 manat məbləğində maddi ziyan dəymişdir.Avtomobilinə dəymiş maddi ziyan heyvanın sahibi Cavabdeh tərəfindən ödənilməmişdir.Ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 13 dekabr 2022-ci il tarixdə saat 05:00 radələrində təsərrüfatında olan bir baş camışı Taleh Mədətov idarə etdiyi avtomobillə Muğanlı-İsmayıllı magistral yolunun İsmayıllı rayon Diyallı kəndi ərazisindən keçən 36-cı km hissəsində hərəkətdə olarkən vurmuş və heyvan tələf olmuşdur. Ona dəymiş ziyan Taleh Mədətov tərəfindən ödənilməmişdir.X1 günahı üzündən baş vermişdir. Belə ki, əgər Taleh Mədətov avtomaşını yüksək sürətlə idarə etməsəydi hadisə baş verməzdi və nəticədə ona məxsus təsərrüfatında olan bir baş camış tələf olmazdı. O, iddiaçının avtomobilinə zərə vurmamışdır, əksinə onun camışına zərər dəymişdir.Belə ki,o yaşlı qadın olmaqla ancaq heyvandarlıqla məşğul olaraq dolanır, onun qeyd edilən pulu ödəmə imkanı yoxdur.Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını,onların izahat və etirazlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq,iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam,hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək,belə hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(037)-522/2022 saylı Qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 020 saylı qüsur aktının surətindən görünür ki, “QAZ 210290” markalı,** BH *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan və təmir işlərinin dəyəri ümumilikdə 1338 manatdır. İş materiallarına əlavə olunmuş,Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2739 saylı rəyindən görünür ki, “QAZ 210290” markalı,** BH *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1223 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən,zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.2-ci maddəsinə əsasən,delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur.Bu zaman heyvanın nəzarət altında olduğunun,itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur.Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki,mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir:zərərin mövcud olması,zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması,zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi,hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur.Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki,qanunvericiliyin tələbinə əsasən, cavabdeh ona məxsus heyvanın sahibi olaraq üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görməmiş,qanunvericiliyin tələblərini pozaraq iddiaçıya ziyan vurmuşdur.Ona görə də Cavabdeh törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və o vurduğu zərərin əvəzini ödəməlidir. Belə ki, məhkəmə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2739 saylı rəyi ilə razılaşaraq,sözügedən rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, rəydə müəyyənləşdirilmiş 1223 manat məbləğində zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1,21.2,1096.1,1096.2,1097.1 və 1097.3-cü maddələrində və sözügedən mübahisə ilə bağlı istinad olunan maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması,zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə cavabdehin etiraz mülahizəsinə hüquqi qiymət verməyi zəruri hesab edərək bildirir ki, iddiaçının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu (yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulmaqla),zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasındakı səbəbli əlaqənin olduğunu sübut edən dəlillər,o cümlədən,məhkəmə araşdırması zamanı cavabdehin etiraz mülahizəsini əsaslandıran hallara dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı sözügedən mübahisə üzrə cavabdehin təqsiri qanuni qüvvəyə minmiş TP ******* saylı elektron qərarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli,yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun 32.23 (otuz iki manat iyirmi üç qəpik) manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli,ödənilmiş dövlət rüsumunun qalan 1.77 (bir manat yetmiş yeddi qəpik) manatı isə iddiaçının özünə aid edilməli və 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki,onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1223 manat maddi zərər və 32.23 manat dövlət rüsumu olmaqla, cəmi 1255.23 (bir min iki yüz əlli beş manat iyirmi üç qəpik) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595,büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005,VÖEN-**********, müxbir hesab-AZ41NABZ ********************,SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN- **********,hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar