Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-270/2021 05.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Sığorta Şirkətində sığortalanmış “Ford Fusion” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 330 manat sığorta ödənişi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20,40 manat dövlət rüsumu, cəmi 350,40 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxx 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi ”Daevo BS090” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol hərəkəti qaydalarını pozaraq İddiaçı Sığorta Şirkətində sığortalanmış “Ford Fusion” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tərtib olunmuş İXP ******* saylı DYPİ İnzibati Xəta haqqında Protokolunda cavabdehin təqsirli olması öz əksini tapmışdır. xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Ford Fusion” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilə 330 manat ziyan dəymişdir. RK-PAT ********** saylı sığorta müqaviləsinə və 081081 saylı sığorta aktına əsasən iddiaçı 330 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi İddiaçı Sığorta Şirkətində sığortalı olan zərərçəkən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkənə dəymiş zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə ödənilmiş sığorta ödənişini tələb hüququ sığortaçıya keçmişdir. Ona görə də İddiaçı Sığorta Şirkətində sığortalanmış ““Ford Fusion” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində cavabdehdən 330,40 manat sığorta ödənişi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20,40 manat dövlət rüsumu, cəmi 350,40 manat məbləğin alınaraq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edir. xx xxxx 2013-cü il tarixli AD seriyalı 537869 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, ** TX *** dövlət qeydiyyat nişanlı, 3FA6P0HD2ER367072 ban nömrəli, “Ford Fusion” markalı avtomobil X1 məxsusdur. xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokola əlavə edilmiş digər sənədlərin surətlərindən müəyyən edilir ki, cavabdeh xx xxxxxx 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Ford Fusion” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 330 manat həcmində olması müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubunun surətindən müəyyən edilir ki, iddiaçının ödədiyi 330 manat sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tələb edilmiş, sığorta ödənişi 10 iş günü ərzində ödənilməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Araşdırma zamanı müəyyən edildi ki, xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi ”Daevo BS090” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol hərəkəti qaydalarını pozaraq İddiaçı Sığorta Şirkətində sığortalanmış “Ford Fusion” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tərtib olunmuş İXP ******* saylı DYPİ İnzibati Xəta haqqında Protokolunda cavabdehin təqsirli olması öz əksini tapmışdır. xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Ford Fusion” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilə 330 manat ziyan dəymişdir. RK-PAT ********** saylı sığorta müqaviləsinə və 081081 saylı sığorta aktına əsasən iddiaçı 330 manat sığorta ödənişi həyata keçirmişdir. Ona görə də İddiaçı Sığorta Şirkətində sığortalanmış ““Ford Fusion” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində cavabdehdən 330,40 manat sığorta ödənişi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20,40 manat dövlət rüsumu, cəmi 350,40 manat məbləğin alınaraq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol ilə yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “Ford Fusion” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 330 manat sığorta məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 20,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkətində sığortalanmış “Ford Fusion” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 330 (üç yüz otuz manat) manat sığorta ödənişi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 350,40 (üz yüz əlli manat qırx qəpik) manat alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-270/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-270/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver