Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-293/2025 22.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8200 manat pulun və ödənilmiş 102 manat dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 17 saylı notariat ofisində bağlanmış reyestrdə 1S-2466 nömrə ilə qeydə alınmış 16 fevral 2022-ci il tarixdə kredit müqaviləsinin 7-ci bəndində ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınmalı olması qeyd edilmişdir. Eyni zamanda hazırkı iddia ərizəsinin məzmunundan tərəflər arasında bağlanmış kredit müqaviləsinin bağlanması və ya mahiyyəti barədə mübahisənin olduğu müəyyən edilmir. Ona görə də iddiaçı cavabdehdən tələb etdiyi pul məbləğini məhkəmə qaydasında deyil, kredit müqaviləsinin 7-ci bəndində qeyd olunan qaydada notarius tərəfindən aparılan icra qeydi əsasında tələb etməlidir. Əgər gələcəkdə tərəflər arasında kredit müqaviləsinin bağlanması və ya mahiyyəti barədə mübahisə olarsa iddiaçı mübahisənin yaranması əsasını göstərməklə aidiyyatı qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Belə ki, hazırkı iddia ərizəsinin məzmunundan tərəflər arasında bağlanmış kredit müqaviləsinin bağlanması və ya mahiyyəti barədə mübahisənin olduğu müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 102 (bir yüz iki) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149.2.5, 150.0.5, 152.1, 153 və 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 102 (bir yüz iki) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-293/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-293/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver