Məhkəmə qərarları › İş №2(037)-299/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-299/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-299/2021 09.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 Bəxtı̇ yar oğlu, Şı̇ rəlı̇ yev Svetlana Kamı̇ l qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 Bəxtı̇ yar oğlu (bundan sonra birinci cavabdeh) Şı̇ rəlı̇ yeva Svetlana Kamı̇ l qızı (bundan sonra ikinci cavabdeh), Cavabdeh3 (bundan sonra üçüncü cavabdeh) və Cavabdeh4 (bundan sonra dördüncü cavabdeh) müştərək qaydada xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi üzrə 1504,28 manat kredit borcu, 6,85 manat faiz borcu, 262,69 manat cərimə, ümumilikdə 1773,82 manat borcun, xx.xx.2019-cu il tarixli 003A193513133 saylı kredit müqaviləsi üzrə 6026.01 manat kredit borcu, 25,47 manat faiz borcu, 1252,94 manat cərimə olmaqla, ümumilikdə 7304,42 manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci Cavabdeh1 Bəxtı̇ yar oğlu iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmı̇ yyətindən xx.xx.2019-cu il tarixdə bağlanmış 003A********** saylı və xx.xx.2019-cu il tarixdə bağlanmış 003A193513133 saylı kredit müqavilələrinə əsasən 1504,28 manat məbləğində kredit götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan maddi vəziyyətində əsaslı dəyişiklik olduğu üçün ödəyə bilməmişdir. Ona görə də iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini və kredit borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər cavabdehlər Şı̇ rəlı̇ yev Svetlana Kamı̇ l qızı, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrlərini bildirməmişlər. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməmələrinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 1 % dərəcəsi ilə 60 ay müddətinə 1504,28 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli 003G**********01, 003G**********02, 003G**********03 saylı zaminlik müqavilələrinə əsasən birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən ikinci, üçüncü və dördüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Bundan başqa, İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 1 % dərəcəsi ilə 60 ay müddətinə 6026,01 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli 003G**********001, 003G**********002, 003G**********003 saylı zaminlik müqavilələrinə əsasən birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən ikinci, üçüncü və dördüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. xx xxxxxx 2021-ci il tarixli 1346, 1347, 1347, 1349 saylı və xx xxxxxx 2028-ci il tarixli 2101, 2102, 2103, 2104, 2105, 2106 saylı xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə cavabdehlərə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. xx xxxxxx 2021-ci il tarixli 5093 saylı maliyyə arayışından görünür ki, birinci cavabdehin xx xxxxxx 2021-ci il tarixinə xx xxxxxx 2019-cu il tarixli 003A********** saylı kredit razılaşmasına əsasən 1773,82 manat kredit borcu qalmışdır. xx xxxxxx 2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 1 % dərəcəsi ilə 60 ay müddətinə 1504,28 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli 003G**********01, 003G**********02, 003G**********03 saylı zaminlik müqavilələrinə əsasən birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən ikinci, üçüncü və dördüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Bundan başqa, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 1 % dərəcəsi ilə 60 ay müddətinə 6026,01 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli 003G**********001, 003G**********002, 003G**********003 saylı zaminlik müqavilələrinə əsasən birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən ikinci, üçüncü və dördüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. xx xxxxxx 2019-cu il tarixli 003A********** saylı kredit razılaşmasına əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində 1504,28 manat əsas və 6,85 manat faiz borcu olmaqla, cəmi 9675.26 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx xxxxxx 2019-cu il tarixli 003A********** saylı kredit razılaşması üzrə 1773,82 manat və 003a********** saylı kredit razılaşması üzrə 7304,42 manat kredit borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli 003A********** saylı müqavilə üzrə 1504,28 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 262,69 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 20 manata, eyni zamanda xx.xx.2019-cu il tarixli 003A********** saylı müqavilə üzrə 6026,01 manat əsas borca görə hesablanmış 1252,94 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 50 manata endirilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlər Cavabdeh1 Bəxtı̇ yar oğlu, Şı̇ rəlı̇ yev Svetlana Kamı̇ l qızı, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi üzrə 1504,28 manat kredit borcu, 6,85 manat faiz borcu, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli 003A193513133 saylı kredit müqaviləsi üzrə 6026.01 manat kredit borcu, 25,47 manat faiz borcu, 50 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7662,61 manat məbləğində borc tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh1 Bəxtı̇ yar oğlu ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 003A********** saylı və xx.xx.2019-cu il tarixdə bağlanmış 003A193513133 saylı kredit müqavilələrinə xitam verilsin. Cavabdehlər Cavabdeh1 Bəxtı̇ yar oğlu, Şı̇ rəlı̇ yev Svetlana Kamı̇ l qızı, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi üzrə 1504,28 manat kredit borcu, 6,85 manat faiz borcu, 20 manat cərimə, xx.xx.2019-cu il tarixli 003A193513133 saylı kredit müqaviləsi üzrə 6026.01 manat kredit borcu, 25,47 manat faiz borcu, 50 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7662,61 manat borc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar