Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-336/2021 05.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh3, Məmmədov Fı̇ rdı̇ man Xanlar oğlu və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 05 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdehlər Cavabdeh3, Məmmədov Fı̇ rdı̇ man Xanlar oğlu və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək onlardan 1148,56 manat əsas borc və 0,68 manat faiz borcu olmaqla, cəmi 1149,24 manat məbləğində kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası 05 may 2021-ci il tarixə saat 11:20-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə baxış iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. İş materiallarında olan xəbərnamələrdən görünür ki, 05 may 2021-ci il tarixə saat 11:20-ə təyin edilmiş məhkəmə iclası barədə bildirişləri iddiaçının nümayəndəsi 23 aprel, cavabdehlər isə 20 aprel 2021-ci il tarixdə imza edərək almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh3, Məmmədov Fı̇ rdı̇ man Xanlar oğlu və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-336/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-336/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver