Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-36/2022 02.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə iştirakı llə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Fətalı̇ yev Ərəstun Rafı̇ q oğluna qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 02 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək, Fətalı̇ yev Ərəstun Rafı̇ q oğlundan 1364,35 manat əsas borc, 33,65 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 29.09.2016-cı il tarixli, 393- 29.09.2016-SM151 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X3 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəli əsasında Nüybar Fətəliyeva müqavilə ilə müəyyən edilmiş müddətdə borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. X4 17 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra onun vərəsəsi müəyyən edilmişdir. Vərəsə (hazırki iş üzrə cavabdeh) 29.09.2016-cı il tarixli, 393-29.09.2016-SM151 saylı kredit müqaviləsi üzrə aylıq ödənişləri gecikdirmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra edilmədiyinə görə iddiaçının mərhum Nüybar Fətəliyevanın vərəsəsinə qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, kredit müqaviləsi üzrə borcun ödənilməsini təmin etməyərək kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. İddiaçı ümumilikdə 1364,35 manat kredit borcunun, 33,65 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehdən tutulmasını tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Fətalı̇ yev Ərəstun Rafı̇ q oğlu lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Fətalı̇ yev Ərəstun Rafı̇ q oğlunun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 29.09.2016-cı il tarixli, 393-29.09.2016-SM151 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı tərəfindən X3 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 1500 (bir min beş yüz) manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 25.01.2017-ci il tarixli, AZ-İ 842493 saylı ölüm haqqında şəhatətnamənin surətindən görünür ki, X4 17.01.2017-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş 03.10.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 17 yanvar 2017-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Fətalı̇ yev Ərəstun Rafı̇ q oğludur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, X2 29.09.2016-cı il tarixli, 393-29.09.2016-SM151 saylı kredit müqaviləsi üzrə 10.05.2021-ci il tarixə 1364,35 manat kredit borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2021-ci il tarixli PKİD/MİŞ-0258 saylı bildirişin surətindən görünür ki, X2 vərəsəsi olan cavabdehdən 29.09.2016-cı il tarixli, 393- 29.09.2016-SM151 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 1364,35 manat kredit borcunun beş gün ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı tərəfindən X3 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 1500 (bir min beş yüz) manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən Nüybar Fətəliyevaya müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 1500 manat əsas borc və 562,11 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. O, 17 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. Nüybar Fətəliyevanın vəfatından sonra onun vərəsəsi olan cavabdeh ondan qalan miras əmlakı qəbul etmişdir. 29.09.2016-cı il tarixli, 393-29.09.2016-SM151 saylı kredit müqaviləsi üzrə aylıq ödənişlər gecikdirilmişdir. Hazırda 29.09.2016-cı il tarixli, 393-29.09.2016-SM151 saylı kredit müqaviləsi üzrə iddiaçı cəmi 1364,35 manat kredit borcu, 33,65 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsi və ona əlavə edilmiş sənədlərə, həmçinin, 03.10.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X4 vəfat etdikdən sonra 29.09.2016-cı il tarixli, 393-29.09.2016-SM151 saylı kredit müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, X2 vəfatından sonra ondan qalan miras əmlakı onun əri - hazırki iş üzrə cavabdeh Fətalı̇ yev Ərəstun Rafı̇ q oğlu qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 29.09.2016-cı il tarixli, 393-29.09.2016- SM151 saylı kredit müqaviləsi üzrə X2 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi hazırki iş üzrə cavabdehin üzərinə düşür. Belə ki, iş materiallarından və iddiaçının nümayəndəsinin izahatından görünür ki, cavabdeh X2 vəfatından sonra ondan qalan miras əmlakı qəbul etmiş və həmin miras əmlak barədə cavabdehin payı müəyyənləşdirilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X4 ilə iddiaçı arasında bağlanmış 29.09.2016-cı il tarixli, 393-29.09.2016-SM151 saylı kredit müqaviləsi üzrə öhdəliklərə görə hazırki iş üzrə cavabdeh bilavasitə birgə maddi məsuliyyət daşıdığı üçün qeyd olunan kredit müqaviləsi üzrə cəmi 1364,35 manat kredit borcu bilavasitə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehdən 33,65 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləği alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. X1 vərəsəsi Fətalı̇ yev Ərəstun Rafı̇ q oğlundan 1364,35 manat əsas borc, 33,65 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1398 (bir min üç yüz doxsan səkkiz) manat 40 (qırx) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-36/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-36/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver