Məhkəmə qərarları › İş №2(037)-361/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-361/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-361/2025 07.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 07 may 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2024-cü il tarixli 427 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə Cavabdeh tərəfindən avtomobilin digər şəxsə verilməsinə görə 1000 manat, avtomobilin verildiyi şəxs tərəfindən həmin avtomobildən istifadə edilməklə avtoxuliqanlıq edildiyinə görə 2500 manat, əldən çıxmış fayda olaraq avtomobilin 4 gün müddətində istifadəsiz qalmaqla bir günlük icarə haqqı məbləği olan 70 manatın 70 faizi olmaqla hər gün üçün 49 manat hesablanmaqla cəmi 196 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 56,96 manat – cəmi 3752 (üç min yeddi yüz əlli iki) manat 96 (doxsan altı) qəpik pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiacının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, tərəflər arasında 05 dekabr 2024-cü il tarixli 427 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən mülkiyyət hüququ ilə icarəyə verənə məxsus olan 2014-cü il buraxılışlı, **-OG-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" minik markalı avtomobil icarəyə verən "xxxx" MMC tərəfindən icarəçi Cavabdeh müvəqqəti istifadəsinə (icarəsinə) verilmişdir. İcarəçi həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən **-OG-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" minik markalı avtomobil 05 dekabr 2024-cü il tarixdə icarəçi Cavabdeh təhvil verilmişdir. Həmin müqavilənin 2.1.6-cı maddəsinə əsasən icarəyə verən istifadə zamanı baş vermiş zədə və nasazlığa görə heç bir məsuliyyət daşımır və bu icarəyə verənin öz öhdəliklərini düzgün yerinə yetirə bilməməsi kimi qiymətləndirilmir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən icarəçi avtonəqliyyat vasitəsini təyinatına uyğun istifadə edir və avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği vaxtında icarəyə verənə ödəyir. Həmin müqavilənin 2.2.5-ci maddəsinə əsasən icarəçi avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyə verən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam maddi məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icarəçi avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1 sutkası üçün 70 manat ödəyir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi (bu müqavilənin 2.2.5-ci maddəsində nəzərdə tutulmuş razılıq olmadan) üçüncü şəxslərin istifadəsində olarsa, icarəçi hər hal üzrə 1000 (bir min) manat cərimə ödəyəcək və avtonəqliyyat vasitəsi icarəçidən geri götürülərək birtərəfli qaydada müqaviləyə xitam veriləcək. Həmin müqavilənin 3.6-cı maddəsinə əsasən avtonəqliyyat vasitəsinin icarəçi tərəfindən təslim edilməsi 2 saata gecikdirildiyi halda birgünlük icarə haqqının 20 %-i, 3 saata gecikdirildiyi halda birgünlük icarə haqqının 40%-i, 4 saata gecikdirildiyi halda birgünlük icarə haqqının 60 %-i məbləğində, bu müddət 4 saatdan artıq olduqda isə bir gün üçün icarə haqqı dəyərində icarəyə verənə cərimə ödəyir. Həmin müqavilənin 3.8-ci maddəsinə əsasən qəza baş verən zaman müqavilənin 3.2-ci bəndində göstərilən 1000 azn depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir (sığorta ödənişindən ǝlavǝ). Həmin müqavilənin 3.11-ci maddəsinə əsasən gecikdirilən hər gün üçün ümumi dəymiş zərərin 0.5 %-i qədərindən faiz hesablanacaq. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən bu müqavilə xx.xx.2024-cü il saat 15:30-dan xx.xx.2024-cü il saat 15:30-dək qüvvədədir. Həmin müqavilənin 8.4-cü maddəsinə əsasən idarə etməni digər şəxs ötürməyə görə icarəçi icarəyə verənə 1000 manat cərimə ödəməlidir. Həmin müqavilənin 8.5-ci maddəsinə əsasən avtomobillə avtoxuliqanlıq etməyə görə icarəçi icarəyə verənə 2500 manat cərimə ödəməlidir. Həmin müqavilənin 9.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə köhnəlmə əmsalı nəzərdə tutulur. Cavabdeh onun icarəsinə verilmiş **-OG-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" minik markalı avtomobili digər şəxsə X1 idarəetməsinə verməklə müqavilə şərtlərinin tələbini pozmuş və həmin müqavilənin 8.4-cü maddəsinə əsasən 1000 manat cərimə ödəmək vəzifəsi daşıyır. Bundan başqa, cavabdeh icarəsinə verilmiş **-OG-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" minik markalı avtomobili idarəetməsinə verdiyi digər şəxs X2 tərəfindən həmin avtomobildən istifadə edilməklə avtoxuliqanlıq edilməklə müqavilə şərtlərinin tələbini pozmuş və həmin müqavilənin 8.5-ci maddəsinə əsasən 2500 manat cərimə ödəmək vəzifəsi daşıyır. Həmçinin **-OG-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" minik markalı avtomobil cavabdeh tərəfindən digər şəxsin istifadəsinə verildiyinə görə 4 gün müddətində istifadəsiz qalmış və bunun nəticəsində müqavilədə nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqı olan 70 manatın 70 faizi dəyərində, yəni 49 manat hesablanmaqla cəmi 196 manat gəlir əldən çıxmışdır. Göründüyü kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya avtomobilin digər şəxsə verilməsinə görə 1000 manat, avtomobilin verildiyi şəxs tərəfindən həmin avtomobildən istifadə edilməklə avtoxuliqanlıq edildiyinə görə 2500 manat, əldən çıxmış fayda olaraq avtomobilin 4 gün müddətində istifadəsiz qalmaqla bir günlük icarə haqqı məbləği olan 70 manatın 70 faizi dəyəri olmaqla hər gün üçün 49 manat hesablanmaqla cəmi 196 manat olmaqla, cəmi 3696 manat məbləğində maddi zərər dəymişdir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan: 05 dekabr 2024-cü il tarixli 427 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, 2014-cü il buraxılışlı, **-OG-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" minik markalı avtomobil icarəyə verən "xxxx" MMC tərəfindən icarəçi Cavabdeh müvəqqəti istifadəsinə (icarəsinə) verilmişdir. 05 dekabr 2024-cü il tarixli yol vərəqəsindən görünür ki, "xxxx" MMC tərəfindən 2014-cü il buraxılışlı, **-OG-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" minik markalı avtomobil 05 dekabr 2024-cü il saat 15:30-dan 06 dekabr 2024-cü il saat 15:30-dək müddətə sürülməsi üçün Cavabdeh verilmişdir. Bakı şəhəri Suraxanı rayon DYPŞ-nın İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, X2 barəsində İXM-nin 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə inzibati protokol tərtib edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2024-cü il tarixli 3(010)- 5602/2024 nömrəli qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. 21 yanvar 2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehdən 3696 manat dəymiş maddi zərər məbləğinin üç gün ərzində ödənilməsini tələb etmiş, əks halda borc ödənilmədiyi halda İsmayıllı Rayon Məhkəməsinə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 30 yanvar 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə müraciət etmək üçün 57 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 05 dekabr 2024-cü il tarixli 427 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 2014-cü il buraxılışlı, **-OG-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" minik markalı avtomobil icarəyə verən "xxxx" MMC tərəfindən icarəçi Cavabdeh müvəqqəti istifadəsinə (icarəsinə) verilmişdir. Yol vərəqəsi üzrə iddiaçı ərəfindən 2014-cü il buraxılışlı, **-OG-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" minik markalı avtomobil 05 dekabr 2024-cü il saat 15:30-dan 06 dekabr 2024-cü il saat 15:30-dək müddətə sürülməsi üçün cavabdehə verilmişdir. Cavabdeh tərəfindən 2014-cü il buraxılışlı, **-OG-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" minik markalı avtomobil digər şəxs - X1 istifadəsinə verilmişdir. Bakı şəhəri Suraxanı rayon DYPŞ-nın İXP ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə X2 barəsində İXM-nin 332.1, 332.2 və 511.1.3-cü maddələri ilə inzibati protokol tərtib edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2024-cü il tarixli 3(010)-5602/2024 nömrəli qərarına əsasən X2 Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İddiaçı cavabdehdən 3696 manat dəymiş maddi zərər məbləğinin üç gün ərzində ödənilməsini tələb etmiş, əks halda borc ödənilmədiyi halda İsmayıllı Rayon Məhkəməsinə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 05 dekabr 2024-cü il tarixli 427 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin: 2.1.1-ci maddəsinə əsasən icarəyə verən avtonəqliyyat vasitəsini müqavilənin imzalandığı andan icarəçiyə təhvil verir. 2.2.1-ci maddəsinə əsasən icarəçi avtonəqliyyat vasitəsini təyinatına uyğun istifadə edir və avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği vaxtında icarəyə verənə ödəyir. 2.2.5-ci maddəsinə əsasən icarəçi avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyat vasitəsinə, onun hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyə verən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam maddi məsuliyyət daşıyır. 3.1-ci maddəsinə əsasən icarəçi avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1 sutkası üçün 70 manat ödəyir. 3.5-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi (bu müqavilənin 2.2.5- ci maddəsində nəzərdə tutulmuş razılıq olmadan) üçüncü şəxslərin istifadəsində olarsa, icarəçi hər hal üzrə 1000 (bir min) manat cərimə ödəyəcək və avtonəqliyyat vasitəsi icarəçidən geri götürülərək birtərəfli qaydada müqaviləyə xitam veriləcək. 3.6-cı maddəsinə əsasən avtonəqliyyat vasitəsinin icarəçi tərəfindən təslim edilməsi 2 saata gecikdirildiyi halda birgünlük icarə haqqının 20 %-i, 3 saata gecikdirildiyi halda birgünlük icarə haqqının 40%-i, 4 saata gecikdirildiyi halda birgünlük icarə haqqının 60 %-i məbləğində, bu müddət 4 saatdan artıq olduqda isə bir gün üçün icarə haqqı dəyərində icarəyə verənə cərimə ödəyir. 3.8-ci maddəsinə əsasən qəza baş verən zaman müqavilənin 3.2-ci bəndində göstərilən 1000 manat depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir (sığorta ödənişindən ǝlavǝ). 3.11-ci maddəsinə əsasən gecikdirilən hər gün üçün ümumi dəymiş zərərin 0.5 %-i qədərində faiz hesablanacaq. 7.1-ci maddəsinə əsasən bu müqavilə xx.xx.2024-cü il saat 15:30-dan xx.xx.2024-cü il saat 15:30-dək qüvvədədir. 8.4-cü maddəsinə əsasən idarə etməni digər şəxs ötürməyə görə icarəçi icarəyə verənə 1000 manat cərimə ödəməlidir. 8.5-ci maddəsinə əsasən avtomobillə avtoxuliqanlıq etməyə görə icarəçi icarəyə verənə 2500 manat cərimə ödəməlidir. 9.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə köhnəlmə əmsalı nəzərdə tutulur. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış avtonəqliyyat vasitəsinin icarə müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh avtomobilin digər şəxsə verilməsinə görə 1000 manat, avtomobilin verildiyi şəxs tərəfindən həmin avtomobildən istifadə edilməklə avtoxuliqanlıq edildiyinə görə 2500 manat, əldən çıxmış fayda olaraq avtomobilin 4 gün müddətində istifadəsiz qalmaqla bir günlük icarə haqqı məbləği olan 70 manatın 70 faizi olmaqla hər gün üçün 49 manat hesablanmaqla cəmi 196 manat məbləğini ödəməli olduğundan və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 56,96 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2024-cü il tarixli 427 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi üzrə Cavabdeh tərəfindən avtomobilin digər şəxsə verilməsinə görə 1000 manat, avtomobilin verildiyi şəxs tərəfindən həmin avtomobildən istifadə edilməklə avtoxuliqanlıq edildiyinə görə 2500 manat, əldən çıxmış fayda olaraq avtomobilin 4 gün müddətində istifadəsiz qalmaqla bir günlük icarə haqqı məbləği olan 70 manatın 70 faizi olmaqla hər gün üçün 49 manat hesablanmaqla cəmi 196 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 56,96 manat – cəmi 3752 (üç min yeddi yüz əlli iki) manat 96 (doxsan altı) qəpik pulun Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar