Məhkəmə qərarları › İş №2(037)-368/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-368/2022

28.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-368/2022 28.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 28 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc olaraq verdiyi 850 manat, əldən çıxmış fayda kimi 120 manat, dəymiş zərər kimi 30 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla, cəmi 1030 (bir min otuz ) manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş iddia ərizəsində Cavabdeh rəsmi qeydiyyatda olduğu yerin İsmayıllı şəhəri, 30 A kvartalı olması göstərilmişdir. Cavabdehin iddia ərizəsində ünvanının İsmayıllı şəhəri, 30 A kvartalı olması əsası ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonra cavabdehin iddia ərizəsində qeyd olunduğu ünvanına İsmayıllı şəhəri, 30 A kvartalına bildiriş göndərilmişdir. Cavabdehə göndərilmiş bildiriş İsmayıllı şəhəri, 30 A kvartalı ünvanında qəbul edilmişdir. Cavabdehin rəsmi qeydiyyat ünvanın olduğu yerin dəqiqləşdirilməsi məqsədi ilə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə sorğu edildikdən sonra məlum olmuşdur ki, cavabdehin rəsmi qeydiyyat ünvanı İsmayıllı rayonu deyil, Cəbrayıl rayonu, Çərəkən Ərazi Dairəsi, Əfəndilər kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, iş başqa məhkəmədə baxılmağa verilir. Məhkəmə hesab edir ki,iş üzrə Cavabdeh rəsmi qeydiyyat ünvanı ünvan 2çün Cəbrayıl Rayon Məhkəməsinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 44, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar