Məhkəmə qərarları › İş №2(037)-37/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-37/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-37/2022 12.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2̇ Akı̇ f oğlu və Daşdəmı̇ rov Yaşar Nadı̇ r oğluna qarşı kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 12 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 (bundan sonra birinci cavabdeh), Cavabdeh2̇ Akı̇ f oğlu (bundan sonra ikinci cavabdeh) və Daşdəmı̇ rov Yaşar Nadı̇ r oğlundan (bundan sonra üçüncü cavabdeh) 5552,44 manat əsas, 46,90 manat faiz borcu olmaqla, cəmi 5599,34 manat məbləğində pul vəsaitinin və iddia qaldırılması üçün ödənilmiş 76,40 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsinə əsasən birinci cavabdehin krediti Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5552,44 manat məbləğində restrukturizasiya olunmuşdur. 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsinin təminatı qismində bankla ikinci və üçüncü cavabdehlər arasında 19 noyabr 2019-cu il tarixli 011FİZAM47975002 və 011FİZAM47975402 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehin güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdehlərə dəfələrlə şifahi və yazılı qaydada müraciət etmələrinə baxmayaraq cavabdehlər tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün lazımi tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. İddiaçı birinci cavabdehlə arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən 5552,44 manat əsas, 46,90 manat faiz borcu olmaqla, cəmi 5599,34 manat məbləğində pul vəsaitinin və iddia qaldırılması üçün ödənilmiş 76,40 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra isə birinci cavabdeh kredit borcundan 11.11.2021-ci il tarixdə 100 manat və 06.12.2021-ci il tarixdə 95 manat məbləğində ödəniş aparmışdır. 12.01.2022-ci il tarixdə birinci cavabdeh tərəfindən kredit borcundan 90 manat ödəniş aparıldığı bankın sistemi vasitəsilə ona məlum olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 7000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin krediti ödəyə bilmədiyindən kredit borcu resturukturizasiya olunmuş və bankla arasında 19 noyabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsi bağlanmışdır. Güzəştli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5552,44 manat məbləğində kredit verilmişdir. Güzəştli kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Səbuhı̇ Məstanlı və Yaşar Daşdəmı̇ rovla "xxxx" ASC arasında 19 noyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. O, hazırda heç bir yerdə işləmir. Kredit borcundan 2021-ci ilin noyabr ayında 100 manat, dekabr ayında 95 manat və hazırki məhkəmə iclasından öncə 90 manat pul ödəmişdir. Maddi imkanı ağır olduğundan o, kredit borcunu ancaq hissə-hissə ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə ikinci və üçüncü cavabdeh lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ikinci və üçüncü cavabdehin məhkəməyə gəlməmələrinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini qərara almışdır. 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən birinci cavabdehə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5552,44 manat məbləğində kredit verilmişdir. 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, birinci cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş 60 ay müddətində 5552,44 manat əsas və 169,73 manat faiz borcu olmaqla, ümumilikdə 5722,13 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 12 oktyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 76,40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən məhkəmə prosesinin gedişində göndərilmiş 06 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsinə əsasən 06 yanvar 2022-ci il tarixinə ümumi yaranmış borc 5284,34 manat məbləğində olmuşdur. 12 yanvar 2022-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, birinci cavabdeh tərəfindən 90 manat məbləğ iddiaçının hesabına ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5552,44 manat məbləğində kredit verilmişdir. Həmin güzəştli kredit müqaviləsinin təminatı qismində iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında 19 noyabr 2019-cu il tarixli 011FİZAM47975002 və 011FİZAM47975402 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehin güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdehlərə dəfələrlə şifahi və yazılı qaydada müraciət etmələrinə baxmayaraq cavabdehlər tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün lazımi tədbir görülməmişdir. İddiaçı birinci cavabdehlə arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən 5552,44 manat əsas, 46,90 manat faiz borcu olmaqla, cəmi 5599,34 manat məbləğində pul vəsaitinin və iddia qaldırılması üçün ödənilmiş 76,40 manat dövlət rüsumunun müştərək qaydada tutulmasını tələb edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini, kredit borcunu hissə-hissə ödəyə biləcəyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci və üçüncü cavabdeh məhkəmə iclasına gəlmədiklərindən iddia tələbinə dair münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ikinci və üçüncü cavabdehin məhkəmə iclasına gəlməməsini onların işin nəticəsi ilə maraqlı olmamaları kimi qiymətləndirir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 06 yanvar 2022-ci il tarixli maliyyə arayışından isə birinci cavabdehin 06 yanvar 2022-ci il tarixinə ümumi yaranmış borcunun 5284,34 manat məbləğində olması və həmin borcdan da 12 yanvar 2022-ci il tarixdə 90 manat ödəməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə və cavabdehlərin iddiaçıya olan borcunu əks etdirən 06 yanvar 2022-ci il tarixli maliyyə arayışını və birinci cavabdeh tərəfindən təqdim edilmiş 12 yanvar 2022-ci il tarixli ödəniş qəbzini əsas götürüb məhkəmə qərara gəlir ki, iddia tələbi qismən, 5194,34 manat məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsinin 3.1.2-ci bəndində kredit alan ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada kredit borcunu banka ödəmədikdə bankın bu müqaviləni bitərəfli qaydada vaxtından əvvəl xitam vermək və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi və vurulmuş zərərin əvəzinin qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 76,40 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin olunan 5194,34 manat borc məbləği hissəsinə münasib olaraq 71,94 manat dövlət rüsumu məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş 4,46 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli 011CASA193230003 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2̇ Akı̇ f oğlu və Daşdəmı̇ rov Yaşar Nadı̇ r oğlundan 5194,34 manat əsas borc və 71,94 manat dövlət rüsumu olmaqla, cəmi 5266 (beş min iki yüz altmış altı) manat 28 (iyirmi səkkiz) qəpik məbləğ müştərək qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 4,46 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar