Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-37/2023 25.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması tələbinə dair mülki işə 25 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən "xxxx" ASC-nin xeyrinə 362,41 manat əsas borc və 2,57 manat faiz borcu olmaqla, cəmi 364,98 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə X4 arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli, 15-xx-xx-065017 saylı kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 29 faiz olmaqla, 2471 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında 01 iyul 2016-cı il tarixdə imzalanmış “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” müqaviləyə əsasən kredit üzrə tələb hüququ "xxxx" ASC-yə güzəşt edilmiş və həmin kredit "xxxx" ASC-nin balansına keçmişdir. X5 29 aprel 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin 02 iyun 2022-ci il tarixli, 481 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Narıngül Hacıyevanın adına vərəsəlik işi Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizə əsasında açılmışdır. Bankın Göyçay filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Narıngül Hacıyevanın vəfat etdiyi tarixə banka 362,41 manat əsas və 2,57 faiz borcu olmaqla, cəmi 364,98 manat kredit borcu qalmışdır. Cavabdehlər mərhum Narıngül Hacıyevadaan qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən səy göstərilsə də cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Cavabdehlərdən "xxxx" ASC-nin xeyrinə 362,41 manat əsas borc və 2,57 manat faiz borcu olmaqla, cəmi 364,98 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. 16 sentyabr 2016-cı il tarixli, 15-xx-xx-065017 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən X3 illik 29% dərəcəsi ilə 60 ay müddətinə 2471 manat məbləğində kredit verilmiş, Narıngül Hacıyeva kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 16 sentyabr 2016-cı il tarixli, 15-xx-xx-065017 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X4 müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində cəmi 2471 manat əsas borc və 2235,06 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. 07 may 2021-ci il tarixli AZ-İİ № 162227 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29 aprel 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı Rayon Notariat Ofisinin 02 iyun 2022-ci il tarixli 481 nömrəli məktubundan görünür ki, 29 aprel 2021-ci il tarixdə vəfat etmiş X2 adına vərəsəlik işi açılmışdır. Lakin qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilməmişdir. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, 29 aprel 2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri xx xxxxxx 1971-ci ildə anadan olmuş Cavabdeh1 və həmin tarixdə Cavabdeh2dur. 22 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə mərhum X2 22 iyul 2022-ci il tarixədək iddiaçıya 362,41 manat əsas və 2,157 manat faiz borcu qalmışdır. 29 iyul 2022-ci il tarixli PKİD/MİŞ-0337 nömrəli bildirişin surətindən görünür ki, borclu X4 vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh1 və Cavabdeh2 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. 01 iyul 2016-cı il tarixli “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə "xxxx" ASC arasında kredit üzrə tələb hüququ "xxxx" ASC-nin balansına keçmişdir. 01 sentyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləği ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə X4 arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli, 15-xx-xx-065017 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 29% dərəcəsi ilə 60 ay müddətinə 2471 manat məbləğində kredit verilmiş, Narıngül Hacıyeva kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə "xxxx" ASC arasında 01 iyul 2016-cı il tarixdə imzalanmış “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” müqaviləyə əsasən kredit üzrə tələb hüququ "xxxx" ASC-nin balansına keçmişdir. Narıngül Hacıyeva müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində cəmi 2471 manat əsas borc və 2235,06 manat faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Narıngül Hacıyeva 29 aprel 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı Rayon Notariat Ofisinin 02 iyun 2022-ci il tarixli 481 nömrəli məktubunda qeyd etmişdir ki, 29 aprel 2021-ci il tarixdə vəfat etmiş Narıngül Hacıyevanın adına vərəsəlik işi açılmışdır. Lakin qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilməmişdir. Elektron notariat” X1 çıxarışa əsasən Narıngül Hacıyevanın vərəsələri xx xxxxxx 1971-ci ildə anadan olmuş Cavabdeh1 və həmin tarixdə Cavabdeh2dur. 22 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə mərhum Narıngül Hacıyevanın 22 iyul 2022-ci il tarixədək iddiaçıya 362,41 manat əsas və 2,157 manat faiz borcu qalmışdır. 29 iyul 2022-ci il tarixli bildirişlə X5 vəfat etdiyindən kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh1 və Cavabdeh2 tələb edilmiş, vərəsə kimi kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. İddiaçı cavabdehlərdən 362,41 manat əsas borc və 2,57 manat faiz borcu olmaqla, cəmi 364,98 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulmasını tələb edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 362,41 manat əsas və 2,57 manat faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin tutulmasına dair hissələri də təmin edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 362,41 manat əsas borc, 2,57 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 395 (üç yüz doxsan beş) manat 38 (otuz səkkiz) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-37/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-37/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver