Məhkəmə qərarları › İş №2(037)-389/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-389/2024

06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-389/2024 06.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı 6 Saylı X2 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 06 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı 6 saylı X2 Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 1124.62 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı X2 Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh meşə qanunvericiliyini pozduğuna görə cərimə olunmuşdur.Cavabdeh meşə fondu torpaqlarının münbit qatını korlaması nəticəsində Meşə Fonduna xx.xx.2023-cü il tarixli 005585 saylı akta əsasən 1124.62 manat məbləğində maddi ziyan vurmuşdur.Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə rəsmi və şifahi müraciətlər olunmuş,lakin cavabdeh dəymiş ziyanın ödənilməsini təmin etməmişdir. Cavabdehdən dəymiş ziyanın ödənilməsi tələb edilsə də,heç bir nəticəsi olmamış,bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdehdən 1124.62 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı X2 Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X2 Mərkəzinin 20 iyul 2023-cü il tarixli, 3-14-27-10/2-R-53-3/2023 nömrəli məktubunun surətindən görünür ki, 6 saylı X2 Mərkəzi tərəfindən Cavabdeh yaşadığı İsmayıllı şəhəri,M.F.Axundov küçəsi 61 ünvanına 20 iyul 2023-cü il tarixdə məktub göndərilmiş, məktubda Girdiman meşəbəyliyinin 2 saylı dolayının 42-ci kvartalında özünü “Dərya” ailəvi istirahət mərkəzinin sahibi kimi təqdim etmiş şəxs Cavabdeh Aşıqbayram gölünün ətrafında fəaliyyət göstərən müqaviləsi çoxdan bitmiş turizm və rekreasiya mərkəzində qanunsuz torpaq qazıntı işləri apardığı üçün X5 münbit qatın korlanmasına görə 1124.62 manat ziyan dəydiyi,İXM-nin inzibati xəta haqqında 244.2-ci maddəsinə əsasən protokol tərtib edilməsinə zərurət yaranması barədə Cavabdeh xəbərdarlıq edilərək X5 vurulmuş ziyanı inzibati xəta haqqında qərar qəbul olunduqdan və göndərildikdən sonra 10 gün müddət ərzində (Kapital Bank ASC-nin filiallarından Mərkəzin AZ40CTRE******************** hesab nömrəsinə) ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli 005585 nömrəli aktdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə 6 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən X1 2 saylı dolayın Aşıqbayram gölünün ətrafında fəaliyyət göstərən turizm rekreasiya məqsədi ilə işləyən “Dərya” ailəvi istirahət mərkəzinə baxış keçirilmiş, baxış zamanı həmin iaşə obyektinin sahibi kimi özünü təqdim edən Cavabdeh obyektə dəvət edərək ondan iaşə obyektinin müqaviləsinin olubolmaması soruşulmuş,müqavilənin köhnə illərdə olduğunu bildirmiş və hal-hazırda heç bir müqavilə olmadan qanunsuz ərazidə münbit qatı korlayıb yerində aşağıdakı ölçülərdə 1 ədəd 5.4x8.0 metr, 1 ədəd 4.40x3.60 metr, 1ədəd 3.90x3.20 metr,3 ədəd 4.00x3.10 metr, 1ədəd 5.00x3.60 metr, 1ədəd 3.60x8.60 metr və 23.00x12.60 metr əsaslı tikililər tikmişdir. Əsaslı bina üçün zal qalan 8 ədəd isə söhbətgah tikilmişdir. Bundan əlavə 23.00x2.0 metr=46 paqon metr əraziyə və 10.0x5.0 metr=50 kv.metr əraziyə münbit qatın üstünə, qum-çınqıl tökmüş halda görmüşlər.Əraziyə yaxın yerlərdə isə məişət tullantıları atılmışdır.Həmin tikilən tikililər qanunsuz və heç bir müqavilə şərtlərinə uyğun deyildir. 23.00 mx12.60 m=289.8 kv.metr, 23.00 m x 2.00 m=46 kv.metr, 10.00 x5.00 m=50 kv.metr olmaqla, cəmisi 385.8 kv.metr ərazidə münbit qatı korlanıb yerinə tikilən tikililər həmin ərazidən 50 kv.metr-də isə daş-çınqıl sökülərək münbit qatı təmizlənmişdir.Qalan 8 ədəd müxtəlif ölçülərdə tikilmiş söhbətgahlar əvvəlki illərdə tikilmişdir. “Dərya” ailəvi istirahət mərkəzin rəhbərləri heç bir müqaviləsi və əsası olmadan ərazidə qanunsuz münbit qatı korlayan yerdə tikililər tikmişdir. Buna görə də həmin obyektə münbit qatın korlanmasına görə inzibati xəta haqqında protokol tətbiq edilməsi zərurəti yaranmışdır. Dəymiş ziyanın hesablanması akta əlavə olunmuşdur. “Dərya” ailəvi istirahət mərkəzinə tərtib edilmiş aktda X5 dəymiş ziyan aşağıdakı kimi əsaslı tikintinin (kuxna,zal,teras) 23.00.12.60=289.8 kv.metr, həmin tikintinin yerində əvvəldən tikilmiş taxta tikili 12.00 mx12.60 m=151.2 kv.metr hesablanmışdır. Sökülərək yerində hal-hazırkı tikilən bina fəaliyyət göstərir. 289.8 kv.metr - 151.2 kv.m = 138.6 x 0.03 = 4.16 kub.metr, (0.03 münbit qatın qalınlığı), bundan əlavə 23.00 m x 2.0m = 46.0kv.m x 0.03=1.38 kub.m, yəni ümumilikdə 4.16+1.38=5.54 kub.metr münbit qatın korlanması aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli qərarı ilə torpağın üst münbit qatının qanunsuz götürülməsi zamanı hər 1 kub.metr üçün 290 manat məbləğ hesablanmışdır. Dəymiş ziyanın hesablanması üçün 1 dəfə cərimələnən subyektlər üçün 0.07 əmsalı təsdiq edilir. 290 manat x 0.7=203 manat, 5.54 kub.metr x203 manat = 1124.62 manat, ödəniləcək məbləğ 1124.62 manat təşkil edir. Maddi ziyan məbləği hesablanaraq 1124.62 manat olduğu müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X2 Mərkəzinin 20 iyul 2023-cü il tarixli, 3-14-27-10/2-R-53-3/2023 nömrəli məktubuna əlavə edilmiş 6 saylı RMTM-nin Girdiman meşəbəyliyinin 2 saylı dolayında xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, “Dərya” ailəvi istirahət mərkəzinə 17 iyul 2023-cü il tarixdə tətbiq edilmiş 005585 nömrəli akta əlavə olaraq X5 dəymiş ziyan hesablanaraq əsaslı tikintinin ölçüləri (kuxna,zal,terras) əsaslı tikintinin ölçüləri 23.00 m x12.60m=289.8 kv.metr, həmin təzə tikilən tikintidən əvvəl orada fəaliyyət göstərən sonra sökülən binanın ölçüləri 12.00 m x 12.60 m =151.2 kv.metr,həmin ölçüləri çıxandan sonra 289.8 kv.metr-151.2 kv.m=138.6 x 0.03 m = 4.16, 0.03 m münbit qatın qalınlığı, 23.00 mx2.0m=46kv.metr x 0.03=1.38 kub.metr, yəni ümumilikdə 4.16 kub.m+1.38 kub.m=5.54 kub.metr, 5.54 kub.metr x 203 manat=1124.62 manat, ödəniləsi məbləğ 1124.62 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş torpağın üst münbit qatının qanunsuz götürülməsi zamanı hər 1 kub.metr üçün təbiətə dəymiş ziyanın məbləği 290 manat məbləğində hesablanmışdır. Dəymiş ziyan hesablanarkən birinci dəfə cərimələnən subyektlər üçün 0.07 əmsalı tətbiq edilir. 1.290 m x 0.7=203 manat. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki,xx.xx.2023-cü il tarixdə 6 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən X1 2 saylı dolayın Aşıqbayram gölünün ətrafında fəaliyyət göstərən turizm rekreasiya məqsədi ilə işləyən “Dərya” ailəvi istirahət mərkəzinə baxış keçirilmişdir.Baxış zamanı həmin iaşə obyektinin sahibi kimi özünü təqdim edən Cavabdeh obyektə dəvət edilərək ondan iaşə obyektinin müqaviləsinin olub-olmaması soruşulmuş, sonuncu müqavilənin köhnə illərdə olduğunu bildirmiş və hal-hazırda heç bir müqavilə olmadan qanunsuz ərazidə münbit qatı korlayıb yerində aşağıdakı ölçülərdə 1 ədəd 5.4x8.0 metr, 1 ədəd 4.40x3.60 metr, 1ədəd 3.90x3.20 metr,3 ədəd 4.00x3.10 metr, 1ədəd 5.00x3.60 metr, 1ədəd 3.60x8.60 metr və 23.00x12.60 metr əsaslı tikililər tikmişdir. Əsaslı bina üçün zal, qalan 8 ədəd isə söhbətgah tikilmişdir. Bundan əlavə 23.00x2.0 metr=46 paqon metr əraziyə və 10.0x5.0 metr=50 kv.metr əraziyə münbit qatın üstünə, qum-çınqıl tökülmüş halda görmüşlər. Əraziyə yaxın yerlərdə isə məişət tullantıları atılmışdır.Həmin tikilən tikililər qanunsuz və heç bir müqavilə şərtlərinə uyğun deyildir.23.00 mx12.60 m=289.8 kv.metr, 23.00 m x 2.00 m=46 kv.metr, 10.00 x5.00 m=50 kv.metr olmaqla, cəmisi 385.8 kv.metr ərazidə münbit qatı korlanıb yerinə tikilən tikililər həmin ərazidən 50 kv.metr-də isə daş-çınqıl sökülərək münbit qatı təmizlənmişdir. Qalan 8 ədəd müxtəlif ölçülərdə tikilmiş söhbətgahlar əvvəlki illərdə tikilmişdir. “Dərya” ailəvi istirahət mərkəzin rəhbərləri heç bir müqaviləsi və əsası olmadan ərazidə qanunsuz münbit qatı korlayan yerdə tikililər tikmişdir. Buna görə də həmin obyektə münbit qatın korlanmasına görə inzibati xəta haqqında protokol tətbiq edilmişdir. “Dərya” ailəvi istirahət mərkəzinə tərtib edilmiş aktda X5 dəymiş ziyan aşağıdakı kimi əsaslı tikintinin (kuxna, zal, teras) 23.00.12.60 = 289.8 kv.metr, həmin tikintinin yerində əvvəldən tikilmiş taxta tikili 12.00 m x 12.60 m=151.2 kv.metr hesablanmışdır. Sökülərək yerində hal-hazırkı tikilən bina fəaliyyət göstərir. 289.8 kv.metr - 151.2 kv.m = 138.6 x 0.03 =4.16 kub.metr, (0.03 münbit qatın qalınlığı), bundan əlavə 23.00 m x 2.0 m = 46.0 kv.m x 0.03=1.38 kub.metr, yəni ümumilikdə 4.16 + 1.38 = 5.54 kub.metr münbit qatın korlanması aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli qərarı ilə torpağın üst münbit qatının qanunsuz götürülməsi zamanı hər 1 kub.metr üçün 290 manat məbləğ hesablanmışdır. Dəymiş ziyanın hesablanması üçün 1 dəfə cərimələnən subyektlər üçün 0.07 əmsalı təsdiq edilir. 290 manat x 0.7=203 manat, 5.54 kub.metr x203 manat=1124.62 manat, ödəniləcək məbləğ 1124.62 manat təşkil edir. Maddi ziyan məbləği hesablanaraq 1124.62 manat olduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt və həmin akt əsasında tərtib edilmiş həcm qiymət cədvəlinə uyğun olaraq cavabdehdən 1124.62 manat maddi ziyan məbləğinin ödəməsi tələb edilsə də cavabdeh ödəməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 1124.62 manat pul alınaraq 6 saylı X2 Mərkəzı̇ nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1124.62 (bir min bir yüz iyirmi dörd manat altmış iki qəpik) manat maddi ziyan məbləği alınıb iddiaçı 6 saylı X2 Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar