Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-394/2025 21.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı 6 saylı X1 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 21 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı 6 saylı X1 Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 211.41 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı X1 Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2024-cü il tarixli, 000813 nömrəli akta əsasən 91.72 manat və xx.xx.2022-ci il tarixli, 001536 nömrəli akta əsasən isə 119.69 manat olmaqla,ümumilikdə cəmi 211.41 manat məbləğində maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəməmişdir. Cavabdehdən 211.41 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 03 oktyabr 2022-ci il tarixli 001536 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 03 oktyabr 2022-ci il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 8 saylı meşə dolayının 67-ci kvartalında keçirilən yoxlama zamanı müxtəlif cinsdən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış,araşdırma zamanı həqiqətən palıd cinsindən olan diametri 20 sm-dən 1 ədəd, 24 sm-dən 2 ədəd, 28 sm-dən 1 ədəd, 36 smdən 1 ədəd, ağcaqayın cinsindən diametri 24 sm-dən 1 ədəd,cəmi 6 ədəd olmaqla ümumi kəsilmiş ağacların cəmi 6 ədəd olan müxtəlif cinslərdən ibarət ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 6 ədəd, ümumi məbləğ 119.69 manat olduğu müəyyən edilmişdir. 06 noyabr 2024-cü il tarixli 000813 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 06 noyabr 2024-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 8 saylı meşə dolayının 67-ci kvartalında keçirilən yoxlama zamanı palıd cinsdən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış,araşdırma zamanı həqiqətən palıd cinsindən olan diametri 20 sm-dən 3 ədəd, 24 sm-dən 1 ədəd, 28 sm-dən 3 ədəd,cəmi 7 ədəd olmaqla ümumi kəsilmiş ağacların cəmi 7 ədəd olan palıd cinsindən ibarət ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 7 ədəd, ümumi məbləğ 91.72 manat olduğu müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X1 Mərkəzinin 06 noyabr 2024-cü il tarixli, 3-14-27-10/2-202/2024 nömrəli məktubu və məktuba əlavə edilmiş 6 saylı RMTM-nin Talıstan meşəbəyliyinin 8 saylı dolayının 67-ci kvartalında 03 oktyabr 2022-ci il tarixdə və 06 noyabr 2024-cü il tarixdə tərtib edilmiş aktlara əlavə həcm qiymət cədvəlinin təsdiq olunmuş surətlərindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış, aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 03 oktyabr 2022-ci il tarixli 001536 nömrəli akta əsasən 6 ədəd və 06 noyabr 2024-cü il tarixli 000813 nömrəli akta əsasən 7 ədəd olmaqla, ümumi məbləğ 211.41 manat məbləğində müəyyən edilmişdir. 03 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, İsmayıllı rayon Talıstan meşəbəyliyinin mühafizə üzrə mühəndisi X2 tərəfindən İsmayıllı rayon Talıstan meşəbəyliyinin 8 saylı meşə dolayının 67-ci kvartalında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Xankəndi kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 03 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 18 oktyabr 2022-ci il tarixli, MN №1288866 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 03 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən İsmayıllı rayon Xankəndi kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. 06 noyabr 2024-cü il tarixli, MN №1763300 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, İsmayıllı rayon Talıstan meşəbəyliyinin mühafizə üzrə mühəndisi X2 tərəfindən İsmayıllı rayon Talıstan meşəbəyliyinin 8 saylı meşə dolayının 67-ci kvartalında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Xankəndi kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 06 noyabr 2024-cü il tarixli, MN №1763300 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 28 noyabr 2024-cü il tarixli, MN №1785968 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 06 noyabr 2024-cü il tarixli, MN №1763300 nömrəli inzibati xəta haqqında protokola əsasən İsmayıllı rayon Xankəndi kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 03 oktyabr 2022-ci il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 8 saylı meşə dolayının 67-ci kvartalında keçirilən yoxlama zamanı müxtəlif cinsdən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı həqiqətən palıd cinsindən olan diametri 20 sm-dən 1 ədəd, 24 sm-dən 2 ədəd, 28 sm-dən 1 ədəd, 36 sm-dən 1 ədəd, ağcaqayın cinsindən diametri 24 sm-dən 1 ədəd,cəmi 6 ədəd olmaqla ümumi kəsilmiş ağacların cəmi 6 ədəd olan müxtəlif cinslərdən ibarət ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 6 ədəd, ümumi məbləğ 119.69 manat olduğu müəyyən edilmişdir. 06 noyabr 2024-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 8 saylı meşə dolayının 67-ci kvartalında keçirilən yoxlama zamanı palıd cinsdən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı həqiqətən palıd cinsindən olan diametri 20 sm-dən 3 ədəd, 24 sm-dən 1 ədəd, 28 sm-dən 3 ədəd,cəmi 7 ədəd olmaqla ümumi kəsilmiş ağacların cəmi 7 ədəd olan palıd cinsindən ibarət ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 7 ədəd,ümumi məbləğ 91.72 manat olduğu müəyyən edilmişdir. Tərtib edilmiş aktlar və həmin aktlar əsasında tərtib edilmiş həcm qiymət cədvəlinə uyğun olaraq cavabdehdən 03 oktyabr 2022-ci il tarixli 001536 nömrəli akta əsasən 119.69 manat və 06 noyabr 2024-cü il tarixli 000813 nömrəli akta əsasən 91.72 manat olmaqla, cəmi 211.41 manat maddi ziyan məbləğini ödəməsi tələb edilsə də cavabdeh ödəməmişdir. İsmayıllı rayon Talıstan meşəbəyliyinin mühafizə üzrə mühəndisi X2 tərəfindən İsmayıllı rayon Talıstan meşəbəyliyinin 8 saylı meşə dolayının 67-ci kvartalında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Xankəndi kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 03 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 18 oktyabr 2022-ci il tarixli, MN №1288866 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İsmayıllı rayon Xankəndi kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. İsmayıllı rayon Talıstan meşəbəyliyinin mühafizə üzrə mühəndisi X2 tərəfindən İsmayıllı rayon Talıstan meşəbəyliyinin 8 saylı meşə dolayının 67-ci kvartalında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Xankəndi kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 06 noyabr 2024-cü il tarixli, MN №1763300 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.28 noyabr 2024-cü il tarixli, MN №1785968 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İsmayıllı rayon Xankəndi kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 211.41 manat maddi ziyan məbləği alınaraq iddiaçı 6 saylı X1 Mərkəzı̇ nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı mülki iş üzrə iddiaçı 6 saylı X1 Mərkəzi dövlət rüsumu ödəməkdən azad olunduğundan hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 30 manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 211.41 manat maddi ziyan məbləği alınıb iddiaçı 6 saylı X1 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-394/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-394/2025
21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver