Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-396/2021 16.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən, məhsulun qaytarılmasından sonra 280 manat ödənilməmiş hissə və 20 manat dövlət rüsumu, cəmi 300 manat məbləğində pul Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh «xxxx» MMC arasında bağlanmış alğısatqı müqaviləsinə əsasən telefon almışdır. Məhsulun qaytarılmasından sonra onunla 03.02.2020-ci il tarixdə xidmətlə barədə razılaşma başlanmışdır. Həmin razılaşmaya əsasən cavabdehin 280 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi məhkəməyə teleqram ilə müraciət edərək, iddianı müdafiə etdiyini və işə onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 2019-cu il tarixdə Sumqayıt şəhərində yerləşən “Kontakt Home” mağazasından hissə-hissə ödəmək şərti ilə 800 manata “Huavey P30 Lite” markalı telefon almışdır. Telefonu 21 gün işlətdikdən sonra telefonun kamerasında nazaslıq yarandığından mağazaya etirazını bildirmiş, telefonu onlara qaytardıqdan sonra, ona bildirilmişdir ki, telefonda çıxıqlar olduğundan o, 300 manat məbləğində cərimə ödəməlidir. Belə olan halda o, mağazaya yaxınlaşmış, orada 52 manat ödədikədn sonra hər şeyin bununla bitdiyini deyərək onunla razılaşma bağlanmışdır. O razılaşmanı hər şey bitdiyinə, yəni onun borcunun qalmadığını ehtimal etdiyi üçün imzalamışdır. Hesab edir ki, onun borcu yoxdur və ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 03.02.2020-ci il tarixli, 20078076 nömrəli razılaşmanın surətindən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 21.08.2019-cu il tarixli, 00860807 saylı alğı-satqı müqaviləsinə əsasən sonuncuya “Huavey P30 Lite” markalı, **********25236 seryalı telefon müştərinin istəyi ilə 400 manat məbləğində qiymətləmndirilmiş (bu hal işin mübahisəsiz halıdır), bu məbləğ tərəflərin qarşılıqlı razılığı əsasında qeyd edilmiş müqavilə üzrə ümumi borcdan çıxılmış və açıq qalan borc məbləğinin verilmiş qrafik üzrə ödənilməsi müəyyənləşdirilmişdir. Ödəniş qrafiki üzrə 01.03.2020-ci il tarixdən başlayaraq 01.07.2020-ci il tarixədək hər ay 60 manat ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan 12.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X1 müqavilə üzrə öhdəliyiklərin icrasının gecikdirilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 03.02.2020-ci il tarixli razılaşmanın şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin müqavilə üzrə borcu 280 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, 03.02.2020-ci il tarixli, 20078076 nömrəli razılaşmaya əsasən 280 manat məbləğində pul və 20 manat dövlət rüsumu, cəmi 300 manat məbləğində pul Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03.02.2020-ci il tarixli, 20078076 nömrəli razılaşmaya əsasən 280 manat məbləğində pul və 20 manat dövlət rüsumu, cəmi 300 manat məbləğində pul Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəkiı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-396/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-396/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver