Məhkəmə qərarları › İş №2(037)-405/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-405/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-405/2021 24.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cəbı̇ yeva Gülçöhrə İkram qızı, Cavabdeh1 Mahı̇ r qızı, Cəbı̇ yev Vüqar Mahı̇ r oğlu, Cəbı̇ yeva Gülnar Mahı̇ r qızı və Cəbı̇ yev İlqar Mahı̇ r oğluna qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 24 may 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək, X2 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 1391 manat əsas və 24,15 manat faiz - cəmi 1415,15 manat kredit borcunun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 13.04.2018-ci il tarixli, 1392- 13.04.2018-002962 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X3 37 ay müddətinə illik 25% ödəmək şərti ilə 1700 (bir min yeddi yüz) manat kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəli əsasında Mahir Cəbiyevin müqavilə ilə müəyyən edilmiş müddətdə borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. X5 08 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra onun vərəsələri müəyyən edilmişdir. Vərəsələr (hazırki iş üzrə cavabdehlər) 13.04.2018-ci il tarixli, 1392-13.04.2018- 002962 saylı kredit müqaviləsi üzrə aylıq ödənişləri gecikdirmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra edilmədiyinə görə iddiaçının mərhum Mahir Cəbiyevin vərəsələrinə qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar, kredit müqaviləsi üzrə borcun ödənilməsini təmin etməyərək kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. İddiaçı ümumilikdə 1415,15 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən tutulmasını tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək göstərdi ki, əri Mahir Cəbiyev İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında 13.04.2018-ci il tarixli, 1392-13.04.2018-002962 saylı kredit müqaviləsi bağlayaraq 1700 manat məbləğində kredit götürmüşdür. Kredit götürdükdən sonra 08 fevral 2019-cu il tarixdə əri vəfat etmişdir. Əri uzun müddət xəstəlikdən əziyyət çəkmiş və müalicə üçün kredit götürmüşdür, lakin onların həmin kreditin götürülməsindən xəbərləri olmamışdır. Əri sağlığında ona məxsus bütün torpaq sahələrini satmış, ondan yalnız hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evi miras qalmışdır. Onlar həmin mirası qəbul etməmişlər, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Hazırda onların maddi imkanları çox pisdir, ona görə də ərinin götürdüyü kredit borcunu hissə-hissə ödəyə bilərlər. Ona görə də iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında digər Cavabdeh2 eyni məzmunlu izahat verərək ədalətli qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və işdə iştirak etmiş cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, 13.04.2018-ci il tarixli, 1392-13.04.2018-002962 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı tərəfindən X3 37 ay müddətinə illik 25% ödəmək şərti ilə 1700 (bir min yeddi yüz) manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş, 12.02.2019-cu il tarixli, AZ-İ 965805 saylı ölüm haqqında şəhatətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 08.02.2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon Notariat Ofisinin 16 oktyabr 2020-ci il tarixli N-1551 saylı məktubundan görünür ki, 02 fevral 1963-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, 08 fevral 2019-cu il tarixdə vəfat etmiş X3 29.10.2019-cu il tarixdə 8V-484 reyestrlə vərəsəlik açılmış, lakin qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon Notariat Ofisinin 27 yanvar 2021-ci il tarixli N-98 saylı məktubundan görünür ki, 08.02.2019-cu il tarixdə vəfat etmiş, X2 vərəsələri arvadı- xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh4, qızı-xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh1, oğlu-xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2, qızı-xx.xx.1987-ci il təvəllüdlü X4 və oğlu-02.03.1991-ci il təvəllüdlü Cavabdeh5 miras əmlakı qəbul etmişlər, lakin şəhadətnamə verilməmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, X2 13.04.2018-ci il tarixli, 1392-13.04.2018-002962 saylı kredit müqaviləsi üzrə 09.03.2021-ci il tarixə 1415, 15 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 12 mart 2021-ci il tarixli PKİD/MİŞ-0051 saylı bildirişin surətindən görünür ki, X2 vərəsəsi olan cavabdehlərdən 13.04.2018-ci il tarixli, 1392-13.04.2018-002962 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 1415,15 manat kredit borcunun beş gün ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı tərəfindən X3 37 ay müddətinə illik 25% ödəmək şərti ilə 1700 (bir min yeddi yüz) manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən Mahir Cəbiyevə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 1700 manat əsas borc və faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. O, 08 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Mahir Cəbiyevin vəfatından sonra onun vərəsələri olan cavabdehlər ondan qalan miras əmlakı qəbul etmişdir. Bu barədə cavabdehlərə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. 13.04.20-18-ci il tarixli, 1392-13.04.2018-002962 saylı kredit müqaviləsi üzrə aylıq ödənişlər gecikdirilmişdir. Hazırda 13.04.20-18-ci il tarixli, 1392-13.04.2018-002962 saylı kredit müqaviləsi üzrə iddiaçı cəmi 1415,15 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsi və ona əlavə edilmiş sənədlərə, həmçinin, İsmayıllı rayon Notariat Ofisinin sorğuya cavab məktubuna istinad edir. Cavabdehlər kredit müqaviləsi üzrə borcu hissə-hissə ödəyəcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi borclunun ölümündən sonra onun borcuna münasibətdə mirası qəbul etmiş vərəsələrin kreditor qarşısında məsuliyyət daşımaları üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə edilməsi imperativ olaraq nəzərdə tutulmamışdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X5 vəfat etdikdən sonra 13.04.2018-ci il tarixli, 1392-13.04.2018-002962 saylı kredit müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, X2 vəfatından sonra ondan qalan miras əmlakı onun arvadı və övladları - hazırki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qəbul etmişlər. Ona görə də məhkəmə hesab edir ki, 13.04.2018-ci il tarixli, 1392-13.04.2018-002962 saylı kredit müqaviləsi üzrə X2 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi hazırki iş üzrə cavabdehlərin üzərinə düşür. Belə ki, iş materiallarından və tərəflərin ifadələrindən görünür ki, cavabdehlər X2 vəfatından sonra ondan qalan miras əmlakı qəbul etmişlər, lakin həmin miras əmlak barədə paylar müəyyənləşdirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onlar ümumi birgə mülkiyyətçidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X5 ilə iddiaçı arasında bağlanmış 13.04.2018-ci il tarixli, 1392-13.04.2018-002962 saylı kredit müqaviləsi üzrə öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər bilavasitə birgə maddi məsuliyyət daşıdığı üçün qeyd olunan kredit müqaviləsi üzrə 1391 manat əsas və 24,15 manat faiz borcu olmaqla, cəmi 1415,15 manat kredit borcu bilavasitə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehdən müştərək qaydada 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləği alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. X1 vərəsələri Cəbı̇ yeva Gülçöhrə İkram qızı, Cavabdeh1 Mahı̇ r qızı, Cəbı̇ yev Vüqar Mahı̇ r oğlu, Cəbı̇ yeva Gülnar Mahı̇ r qızı və Cəbı̇ yev İlqar Mahı̇ r oğlundan müştərək qaydada 1391 manat əsas, 24,15 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1445 (bir min dörd yüz qırx beş) manat 55 (əlli beş) qəpik məbləğ alınaraq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar