Məhkəmə qərarları › İş №2(037)-409/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-409/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-409/2025 21.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı 6 saylı X3 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 21 aprel 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı 6 saylı X3 Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 93.39 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı X3 Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2023-cü il tarixli 000605 saylı akta əsasən 93.39 manat məbləğində maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəməmişdir. Cavabdehdən 93.39 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki,İsmayıllı rayonu,Zərnava kəndində yaşayır. 05 dekabr 2023-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 5 saylı dolayında yoxlama keçirilmişdir. O, Talıstan Meşəbəyliyinin 5 saylı dolayında olan ərazidə kəsdiyi ağacları qəsdən deyil, ehtiyac üzündən kəsmişdir. Belə ki, yaşadığı evdə təbii qaz olmadığından məcbur qalaraq evdə istilik yaratmaq üçün meşə ərazisindən müxtəlif cinsdən və diametrdən ibarət ağaclar kəsmişdir. 6 X6 X1 meşəbəyliyinin meşəbəyisi Fizuli Nadirov tərəfindən İsmayıllı rayonu,Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə barəsində İXM-nin 253.1-ci maddəsi ilə 07 dekabr 2023-cü il tarixli, MN №1763012 nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. 22 yanvar 2024-cü il tarixli, MN №1440953 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. Hazırda heç bir yerdə işləmir və maddi imkanı yoxdur. Himayəsində dörd azyaşlı uşaqları vardır və həmin uşaqları çox çətinliklə saxlayır.Yaxın vaxtlarda meşə fonduna vurduğu ziyanı hissə-hissə ödəyəcəkdir. Maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 05 dekabr 2023-cü il tarixli 000605 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəllərinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 05 dekabr 2023-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 5 saylı dolayında xx.xx.2023-cü il tarixli məlumata əsasən keçirilən yoxlama zamanı ərazidə vələs cinsindən diametri 12 sm-dən 4 ədəd,16 sm-dən 2 ədəd, 20 sm-dən 2 ədəd,palıd cinsindən diametri 12 sm-dən 2 ədəd, 16 sm-dən 3 ədəd, 20 sm-dən 4 ədəd olmaqla,ümumilikdə 17 ədəd müxtəlif növ cinsdən ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 17 ədəd, cəmi həcmi 1.05 kub.metr, ümumi məbləğ 93.39 manat olduğu müəyyən edilmişdir. Şamaxı RMTM-nin Talıstan meşəbəyliyinin 5 saylı dolayında 05 dekabr 2023-cü il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəllərindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış, aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 17 ədəd, cəmi həcmi 1.05 kub.metr, ümumi məbləğ 93.39 manat məbləğində müəyyən edilmişdir. 07 dekabr 2023-cü il tarixli, MN №1763012 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 6 X6 X1 meşəbəyliyinin meşəbəyisi X2 tərəfindən İsmayıllı rayonu,Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 07 dekabr 2023-cü il tarixli, MN №1763012 nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. 22 yanvar 2024-cü il tarixli, MN №1440953 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 22 yanvar 2024-cü il tarixli, MN №1440953 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 05 dekabr 2023-cü il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 5 saylı dolayında xx.xx.2023-cü il tarixli məlumata əsasən keçirilən yoxlama zamanı ərazidə vələs cinsindən diametri 12 sm-dən 4 ədəd,16 sm-dən 2 ədəd, 20 sm-dən 2 ədəd,palıd cinsindən diametri 12 sm-dən 2 ədəd, 16 sm-dən 3 ədəd, 20 sm-dən 4 ədəd olmaqla,ümumilikdə 17 ədəd müxtəlif növ cinsdən ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 17 ədəd, cəmi həcmi 1.05 kub.metr, ümumi məbləğ 93.39 manat olduğu müəyyən edilmişdir. Şamaxı RMTM-nin Talıstan meşəbəyliyinin 5 saylı dolayında 05 dekabr 2023-cü il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış, aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 17 ədəd, cəmi həcmi 1.05 kub.metr, ümumi məbləğ 93.39 manat məbləğində müəyyən edilmişdir. 6 X6 X1 meşəbəyliyinin meşəbəyisi X2 tərəfindən İsmayıllı rayonu,Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 07 dekabr 2023-cü il tarixli, MN №1763012 nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir.22 yanvar 2024-cü il tarixli, MN №1440953 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 480.31 manat məbləğində cərimə edilmişdir.İddiaçının nümayəndəsi cavabdehin qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2023-cü il tarixli 000605 saylı akta əsasən 93.39 manat məbləğində maddi ziyan vurduğunu,dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəmədiyini bildirir və cavabdehdən 93.39 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh heç bir yerdə işləmədiyini, himayəsində 4 azyaşlı uşağı olduğunu, kəsdiyi ağacları ehtiyac üzündən kəsdiyini, maddi imkanı olmadığından meşə fonduna vurduğu ziyanı ödəyə bilmədiyini,yaxın vaxtlarda maddi ziyan məbləğini hissə-hissə ödəyəcəyini bildirir və maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. “Ətraf mühitin mühafizəsi“ haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 93.39 manat maddi ziyan məbləği alınaraq 6 saylı X3 Mərkəzı̇ nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı mülki iş üzrə iddiaçı 6 saylı X3 Mərkəzi dövlət rüsumu ödəməkdən azad olunduğundan hazırkı tələblə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 30 manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: “ İddia tələbi təmin edilsin. Cavabdeh 93.39 manat maddi ziyan məbləği alınıb iddiaçı 6 saylı X3 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. “ Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar