Məhkəmə qərarları › İş №2(037)-420/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-420/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-420/2020 27.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı ASC "Xalq" Bankının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: ASC "Xalq" Bankı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 (bundan sonra birinci cavabdeh), Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) və Cavabdeh3 (bundan sonra üçüncü cavabdeh) birgə qaydada xx xxxxxxxx 2014-cü il tarixli **********144614 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "Xalq" Bankı qarşısında 4017,81 manat əsas borcu, xx xxxxxxxx 2014-cü il tarixə qədər kreditdən istifadəyə görə illik 18% dərəcəsi ilə hesablanmış 1201,67 manat faiz borcu, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 214,06 manat penya, xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 106,47 manat zərərin əvəzi, cəmi 5540,01 manat və xx xxxxxx 2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və 30 manat dövlət rüsumu tutularaq iddiaçı ASC "Xalq" Bankına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə birinci cavabdeh arsında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 23% dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə birinci cavabdeh arasında “xx xxxxxxxx 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə“ xx xxx 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Həmin Sazişə əsasən kredit öhdəliyinin valyutasının konvertasiyası nəticəsində kredit üzrə əsas borcun məbləği xx xxx 2017-ci il tarixinə 7032,57 manat məbləğində müəyyən edilmiş, kreditin qaytarılması müddəti xx xxxxxxxx 2020-ci il tarixinədək uzadılmış, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 23%-dən 18%-dək azaldılmışdır. Kredit müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlamışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən birinci cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış fazilərin ödənilməsini öhdəsinə götürsə də bu öhdəlikləri kobud şəkildə pozmuş, kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini iddiaçıya qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli **********144614 nömrəli kredit müqaviləsi üzrə 4017,81 manat əsas borcu, xx xxxxxxxx 2014-cü il tarixə qədər kreditdən istifadəyə görə illik 18% dərəcəsi ilə hesablanmış 1201,67 manat faiz borcu, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 214,06 manat penya, xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 106,47 manat zərərin əvəzi, cəmi 5540,01 manat və xx xxxxxx 2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və 30 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı ASC "Xalq" Bankına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, onunla ASC "Xalq" Bankı arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 23% dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin şərtlərinə uyğun mütəmadi ödənişlər etmişdir. Onunla iddiaçı arasında xx xxx 2017-ci il tarixdə ASC "Xalq" Bankının İsmayıllı filialında “xx xxxxxxxx 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə“ 01 nömrəli Əlavə Saziş bağlanmışdır. O, ümumilikdə iddiaçıya 11780 manatdan çox ödəniş etmişdir. Kredit müqaviləsi üzrə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmışdır. Onun kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və ona 4002,45 manat kompensasiya ödənilmişdir. İddiaçının konvertasiya zamanı 23%-dən 18%-ə azaldılması barədə iddiası həqiqətə uyğun deyil, belə ki, mövcud əsas borc, vaxtı keçmiş əsas borc, fazi borcu və penya kapitallaşdırılan zaman 23%-lə bağlanaraq 7032,57 manat olmuş, həmin məbləğin kreditləşmə müddəti uzadılaraq yenidən 18%-lə ona ödətdirilib və eyni kredit 41%-lə təkrar tələb edilmişdir. Kapitallaşdırma zamanı 3354,71 ABŞ dolları onun borcu olduğu halda, iddiaçı həmin borca 774,81 ABŞ dolları əlavə faizlər hesablamış və 4129,52 ABŞ dolları qədər qeyriqanuni olaraq faizlər hesabına artırmışdır. Onun xx xxxxxxxx 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsi Azərbaycan Kredit Bürosunun çıxarışında göstərilməmişdir. xx xxxxxxxx 2014-cü il tarixdə guya o, 4129,52 ABŞ dolları və 7032,57 manat kredit götürmüş, lakin elə bir kredit müqaviləsi mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanından sonra Maliyyə X1 kompensasiya arayışında onun borclu olmadığı öz əksin tapmışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci və üçüncü cavabdehlər iddia tələbini qəbul etmədiklərini bildirdilər və birinci cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. xx xxxxxxxx 2014-cü il tarixli, **********44614 nömrəli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin kredit müqaviləsinə əsasən ASC "Xalq" Bankı tərəfindən birinci cavabdehə illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxxxx 2014-cü il tarixli, **********44614/1 və **********44614/2 nömrəli zaminlik müqavilələrinin təsdiq edilmiş surətlərndən görünür ki, ASC "Xalq" Bankı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. xx xxx 2017-ci il tarixli “xx xxxxxxxx 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə“ 01 nömrəli Əlavə Sazişin təsdiq edilmiş surətindən görünür ki, həmin Sazişə əsasən ASC "Xalq" Bankı ilə birinci cavabdeh arasında kredit öhdəliyinin valyutasının konvertasiyası nəticəsində kredit üzrə əsas borcun məbləği xx xxx 2017-ci il tarixinə 7032,57 manat məbləğində müəyyən edilmiş, kreditin qaytarılması müddəti xx xxxxxxxx 2020-ci il tarixinədək uzadılmış, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 23%-dən 18%-dək azaldılmışdır. xx xxx 2017-ci il tarixli xx xxxxxxxx 2014-cü il tarixli **********44614/1 və **********44614/2 nömrəli zaminlik müqavilələrinə 01 nömrəli Əlavə Sazişlərin təsdiq edilmiş surətindən görünür ki, ASC "Xalq" Bankı ilə birinci cavabdeh arasında bağlanmış Sazişin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. xx xxxxxx 2019-cu il tarixli 323, 324 və 325 nömrəli xəbərdarlıq məkublarının təsdiq edilmiş surətlətindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəliklərini icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərə öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh2 4002,45 manat kompensasiya ödənilmiş və 4002,45 manat məbləğində əsas qalıq borcu qalmışdır. xx xxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, ASC "Xalq" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2014cü il tarixli **********44614 nömrəli kredit müqaviləsinin eləcə də xx xxx 2017-ci il tarixli Əlavə Sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh2 ASC "Xalq" Bankına xx xxx 2020-ci il tarixinə 4071,81 manat əsas, 970,09 manat faiz və 214,06 manat penya borcu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsinə əsasən ona illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqavilələri bağlanmışdır. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. ASC "Xalq" Bankı ilə birinci cavabdeh arasında xx xxx 2017-ci il tarixdə “xx xxxxxxxx 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə“ 01 nömrəli Əlavə Saziş bağlanmış və həmin Sazişə əsasən iddiaçı ilə birinci cavabdeh arasında kredit öhdəliyinin valyutasının konvertasiyası nəticəsində kredit üzrə əsas borcun məbləği xx xxx 2017-ci il tarixinə 7032,57 manat məbləğində müəyyən edilmiş, kreditin qaytarılması müddəti xx xxxxxxxx 2020-ci il tarixinədək uzadılmış, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 23%-dən 18%-dək azaldılmışdır. xx xxx 2017-ci il tarixli xx xxxxxxxx 2014-cü il tarixli **********44614/1 və **********44614/2 nömrəli zaminlik müqavilələrinə 01 nömrəli Əlavə Sazişlərə əsasən iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış Sazişin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, 4002,45 manat kompensasiya ödənilmiş və 4002,45 manat məbləğində əsas qalıq borcu qalmışdır. İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli **********144614 nömrəli kredit müqaviləsi üzrə 4017,81 manat əsas borcu, xx xxxxxxxx 2014-cü il tarixə qədər kreditdən istifadəyə görə illik 18% dərəcəsi ilə hesablanmış 1201,67 manat faiz borcu, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 214,06 manat penya, xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 106,47 manat zərərin əvəzi, cəmi 5540,01 manat və xx xxxxxx 2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və 30 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı ASC "Xalq" Bankına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünü, ona 4002,45 manat kompensasiya ödənildiyini, kapitallaşdırma zamanı 3354,71 ABŞ dolları borcu olduğu halda, iddiaçı həmin borca 774,81 ABŞ dolları əlavə faizlər hesabladığını və 4129,52 ABŞ dolları qədər qeyri-qanuni olaraq faizlər hesabına artırdığını, xx xxxxxxxx 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsinin Azərbaycan Kredit Bürosunun çıxarışında göstərilmədiyini, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanından sonra Maliyyə X1 kompensasiya arayışında onun borclu olmadığının öz əksin tapmadığını bildirərək iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci və üçüncü cavabdehlər birinci cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh2 ASC “Xalq” Bankına xx xxxx 2019-cu il tarixinə kredit borcu üzrə əsas qalıq borcu 4002,45 manat təşkil etmişdir. Hazırkı iş üzrə əsas kredit borcu “Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdükdən sonra qalan əsas qalıq borcudur. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə X2 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman birinci cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən, xx xxxxxxxx 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən birgə qaydada 4002,45 manat əsas qalıq borcu hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehlərdən birgə qaydada 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləği birinci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Mirzəlı̇ yeva Yeganə İsgəndər qızı və Cavabdeh3 birgə qaydada xx xxxxxxxx 2014-cü il tarixli **********44614 nömrəli kredit müqaviləsinə əsasən 4002,45 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4032 (dörd min otuz iki) manat 45 qəpik tutularaq iddiaçı ASC "Xalq" Bankının xeyrinə ödənilsin. Cavabdeh2 150 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar