Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-439/2025 05.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı 6 saylı X3 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 05 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı 6 saylı X3 Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 743.62 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı X3 Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2022-ci il tarixli 001443 saylı akta əsasən 743.62 manat məbləğində maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəməmişdir. Cavabdehdən 743.62 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki,İsmayıllı rayonu,Tircan kəndində yaşayır. 05 mart 2022-ci il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Basqal Meşəbəyliyinin 2 saylı dolayında yoxlama keçirilmişdir. O, Basqal Meşəbəyliyinin 2 saylı dolayında olan ərazidə kəsdiyi ağacları qəsdən deyil, ehtiyac üzündən kəsmişdir. X6 X1 Meşəbəyliyinin 2 saylı meşə dolayının meşəbəyi köməkçisi X2 tərəfindən Basqal Meşəbəyliyinin 2 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə barəsində İXM-nin 253.1-ci maddəsi ilə 05 mart 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. 14 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. Hazırda heç bir yerdə işləmir və maddi imkanı yoxdur. Maddi imkanı olanda meşə fonduna vurduğu ziyanı hissə-hissə ödəyəcəkdir. Maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 05 mart 2022-ci il tarixli 001443 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəllərinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 05 mart 2022-ci il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Basqal Meşəbəyliyinin 2 saylı dolayında keçirilən yoxlama zamanı ərazidə həqiqətən vələs cinsindən olan diametri 12 sm-dən 35 ədəd, 16 sm-dən 21 ədəd, 20 sm-dən 28 ədəd, 24 sm-dən 10 ədəd, 28 sm-dən 6 ədəd,cəmi vələs cinsindən 100 ədəd, palıd cinsindən olan diametri 8 sm-dən 5 ədəd,12 sm-dən 3 ədəd, 24 sm-dən 1 ədəd, cəmi palıd cinsindən 9 ədəd və ağcaqayın cinsindən diametri 12 sm-dən 3 ədəd, 16 sm-dən 4 ədəd, 24 sm-dən 2 ədəd,cəmi ağcaqayın cinsindən 9 ədəd olmaqla, ümumilikdə 118 ədəd müxtəlif növ cinsdən ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 118 ədəd, cəmi həcmi 17.16 kub.metr, ümumi məbləğ 743.62 manat olduğu müəyyən edilmişdir. Şamaxı RMTM-nin Basqal meşəbəyliyinin 2 saylı dolayında 05 mart 2022-ci il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlindən görünür ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış, aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 118 ədəd, cəmi həcmi 17.16 kub.metr, ümumi məbləğ 743.62 manat məbləğində müəyyən edilmişdir. 05 mart 2022-ci il tarixli, MN №1200940 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 X1 meşəbəyliyinin meşəbəyi köməkçisi X2 tərəfindən İsmayıllı rayonu, Basqal meşəbəyliyinin 2 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 05 mart 2022-ci il tarixli,MN №1200940 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 14 sentyabr 2022-ci il tarixli, MN №1288624 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 05 mart 2022-ci il tarixli, MN №1200940 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 05 mart 2022-ci il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Basqal Meşəbəyliyinin 2 saylı dolayında xx.xx.2022-ci il tarixli məlumata əsasən keçirilən yoxlama zamanı ərazidə vələs cinsindən diametri 12 sm-dən 35 ədəd, 16 sm-dən 21 ədəd, 20 sm-dən 28 ədəd, 24 sm-dən 10 ədəd, 28 sm-dən 6 ədəd,cəmi vələs cinsindən 100 ədəd, palıd cinsindən diametri 8 sm-dən 5 ədəd,12 sm-dən 3 ədəd, 24 sm-dən 1 ədəd,cəmi palıd cinsindən 9 ədəd və ağcaqayın cinsindən diametri 12 sm-dən 3 ədəd, 16 sm-dən 4 ədəd, 24 sm-dən 2 ədəd,cəmi ağcaqayın cinsindən 9 ədəd olmaqla, ümumilikdə 118 ədəd müxtəlif növ cinsdən ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 118 ədəd, cəmi həcmi 17.16 kub.metr, ümumi məbləğ 743.62 manat olduğu müəyyən edilmişdir. Şamaxı RMTM-nin Basqal meşəbəyliyinin 2 saylı dolayında 05 mart 2022-ci il tarixdə tərtib edilmiş akta əlavə həcm qiymət cədvəlinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavədə nəzərdə tutulmuş Ağacların boy atmasına vurulmuş zərərə görə hesablama aparılmış, aparılmış hesablamaya görə vurulmuş zərərin məbləği 118 ədəd, cəmi həcmi 17.16 kub.metr, ümumi məbləğ 743.62 manat məbləğində müəyyən edilmişdir. X6 X1 meşəbəyliyinin meşəbəyi köməkçisi X2 tərəfindən İsmayıllı rayonu,Basqal meşəbəyliyinin 2 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh barəsində İXMnin 253.1-ci maddəsi ilə 05 mart 2022-ci il tarixli, MN №1200940 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 05 mart 2022-ci il tarixli, MN №1200940 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İsmayıllı rayon Tircan kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. İddiaçının nümayəndəsi cavabdehin qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2022-ci il tarixli 001443 saylı akta əsasən 743.62 manat məbləğində maddi ziyan vurduğunu, dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəmədiyini bildirir və cavabdehdən 743.62 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh kəsdiyi ağacları qəsdən deyil, ehtiyac üzündən kəsdiyini, maddi imkanı olmadığından meşə fonduna vurduğu ziyanı ödəyə bilmədiyini, maddi imkanı olanda meşə fonduna vurduğu maddi ziyan məbləğini hissə-hissə ödəyəcəyini bildirir və maddi vəziyyəti nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. "Ətraf mühitin mühafizəsi" haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 743.62 manat maddi ziyan məbləği alınaraq 6 saylı X3 Mərkəzı̇ nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı mülki iş üzrə iddiaçı 6 saylı X3 Mərkəzi dövlət rüsumu ödəməkdən azad olunduğundan hazırkı tələblə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 30 manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 743.62 manat maddi ziyan məbləği alınıb iddiaçı 6 saylı X3 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-439/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-439/2025
05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver