Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-440/2025 05.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı 6 saylı X3 Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 05 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı 6 saylı X3 Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 267.83 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı X3 Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində Meşə Fonduna xx.xx.2022-ci il tarixli, 001535 nömrəli akta əsasən 186.25 manat və xx.xx.2022-ci il tarixli 001499 nömrəli akta əsasən isə 81.58 manat olmaqla, cəmi 267.83 manat maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəməmişdir. Cavabdehdən 267.83 manat maddi ziyan məbləğinin alınaraq Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 01 oktyabr 2022-ci il tarixli 001535 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 01 oktyabr 2022-ci il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 5 saylı meşə dolayında keçirilən yoxlama zamanı müxtəlif cinsdən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı həqiqətən vələs cinsindən olan diametri 8 sm-dən 1 ədəd, 28 sm-dən 1 ədəd, 40 sm-dən 1 ədəd,fıstıq cinsindən diametri 12 sm-dən 2 ədəd,20 sm-dən 1 ədəd,28 sm-dən 1 ədəd,32 sm-dən 1 ədəd, 58 sm-dən 1 ədəd olmaqla, ümumi kəsilmiş ağacların cəmi 9 ədəd olan müxtəlif cinslərdən ibarət ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 9 ədəd, ümumi məbləğ 186.25 manat olduğu müəyyən edilmişdir. 05 sentyabr 2022-ci il tarixli 001499 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş hesablama cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 05 sentyabr 2022-ci il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 5 saylı meşə dolayında keçirilən yoxlama zamanı müxtəlif cinsdən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı həqiqətən vələs cinsindən olan diametri 48 sm-dən 1 ədəd, 12 sm-dən 4 ədəd, 8 sm-dən 3 ədəd, fıstıq cinsindən diametri 12 sm-dən 3 ədəd olmaqla, ümumi kəsilmiş ağacların cəmi 11 ədəd olan müxtəlif cinslərdən ibarət ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 11 ədəd, ümumi məbləğ 81.58 manat olduğu müəyyən edilmişdir. 03 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, İsmayıllı rayon Talıstan meşəbəyliyinin mühafizə üzrə mühəndisi X5 tərəfindən İsmayıllı rayon Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh barəsində İXMnin 253.1-ci maddəsi ilə 03 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 18 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 6 saylı RETSİ-nin rəisi X6 tərəfindən 03 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında İsmayıllı rayon Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 18 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 manat məbləğində cərimə edilmişdir. 05 sentyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şamaxı RMTM-nin X1 tərəfindən İsmayıllı rayon Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 05 sentyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 20 sentyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 6 saylı RETSİ-nin rəisi X6 tərəfindən 05 sentyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında İsmayıllı rayon Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 20 sentyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 01 oktyabr 2022-ci il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 5 saylı meşə dolayında keçirilən yoxlama zamanı müxtəlif cinsdən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı həqiqətən vələs cinsindən olan diametri 8 sm-dən 1 ədəd, 28 sm-dən 1 ədəd, 40 sm-dən 1 ədəd,fıstıq cinsindən diametri 12 sm-dən 2 ədəd,20 sm-dən 1 ədəd,28 sm-dən 1 ədəd,32 sm-dən 1 ədəd, 58 sm-dən 1 ədəd olmaqla, ümumi kəsilmiş ağacların cəmi 9 ədəd olan müxtəlif cinslərdən ibarət ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 9 ədəd, ümumi məbləğ 186.25 manat olduğu müəyyən edilmişdir. 05 sentyabr 2022-ci il tarixdə Mərkəzı̇ n əməkdaşları tərəfindən Talıstan Meşəbəyliyinin 5 saylı meşə dolayında keçirilən yoxlama zamanı müxtəlif cinsdən olan müxtəlif diametrlərdən ibarət ağacların kəsilməsi faktı yerində araşdırılmış, araşdırma zamanı həqiqətən vələs cinsindən olan diametri 48 sm-dən 1 ədəd, 12 sm-dən 4 ədəd, 8 sm-dən 3 ədəd, fıstıq cinsindən diametri 12 sm-dən 3 ədəd olmaqla, ümumi kəsilmiş ağacların cəmi 11 ədəd olan müxtəlif cinslərdən ibarət ağaclar yaş halda kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 11 ədəd, ümumi məbləğ 81.58 manat olduğu müəyyən edilmişdir. Tərtib edilmiş aktlar və həmin aktlar əsasında tərtib edilmiş həcm qiymət cədvəllərinə uyğun olaraq cavabdehdən xx.xx.2022-ci il tarixli, 001535 nömrəli akta əsasən 186.25 manat və xx.xx.2022-ci il tarixli 001499 nömrəli akta əsasən isə 81.58 manat olmaqla, cəmi 267.83 manat maddi ziyan məbləğini ödəməsi tələb edilsə də cavabdeh ödəməmişdir. İsmayıllı rayon Talıstan meşəbəyliyinin mühafizə üzrə mühəndisi X5 tərəfindən İsmayıllı rayon Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 03 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 6 saylı RETSİ-nin rəisi X6 tərəfindən 03 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında İsmayıllı rayon Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 18 oktyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 manat məbləğində cərimə edilmişdir. Şamaxı RMTM-nin X1 tərəfindən İsmayıllı rayon Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 05 sentyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 6 saylı RETSİ-nin rəisi X6 tərəfindən 05 sentyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında İsmayıllı rayon Talıstan meşəbəyliyinin 5 saylı meşə dolayında yaş köküstə ağacların kəsilməsinə görə İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 20 sentyabr 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 manat məbləğində cərimə edilmişdir. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 267.83 manat maddi ziyan məbləği alınaraq iddiaçı 6 saylı X3 Mərkəzı̇ nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı mülki iş üzrə iddiaçı 6 saylı X3 Mərkəzi dövlət rüsumu ödəməkdən azad olunduğundan hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 30 manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 267.83 manat maddi ziyan məbləği alınıb iddiaçı 6 saylı X3 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-440/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-440/2025
05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver