Məhkəmə qərarları › İş №2(037)-450/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-450/2020

13.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-450/2020 13.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə x3 Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 13 iyul 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: x4 Təşkilatı İddiaçı (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 21 sentyabr 2019-cu il tarixli 349-EMB-0950-19 saylı kredit müqaviləsi üzrə yaranmış 1122,16 manat əsas, 148,22 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı – cəmi 1300 (bir min üç yüz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 10 iyun 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 16 iyun 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 21 sentyabr 2019-cu il tarixdə 349-EMB-0950-19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə faizsiz 12 ay müddətinə 1347 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 06 mart 2020-ci il tarixə 1122,16 manat əsas və 148,22 manat cərimə borcu yaranmışdır. Cavabdehə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan bu müqaviləyə və onun əlavəsinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini borcalandan tələb edə bilər. Müqavilənin 3.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəliklərini icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1 % məbləğində cərimə ödəyir. Göstərilənləri nəzərə alaraq iddiaçı 21 sentyabr 2019-cu il tarixli 349-EMB- 0950-19 saylı kredit müqaviləsi üzrə yaranmış 1122,16 manat əsas, 148,22 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı – cəmi 1300 (bir min üç yüz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 349-EMB-0950-19 nömrəli 21 sentyabr 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 0 %-lə 12 ay müddətinə 1347 (bir min üç yüz qırx yeddi) manat kredit verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən “borcalan” bu Müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “borcverən”ə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. 03 mart 2020-ci il tarixli 941 / 20 nömrəli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 21 sentyabr 2019-cu il tarixli kredit müqavilə üzrə yaranmış borc məbləğinin 03 gün ərzində “Embafinans”a ödənilməsi tələb olunmuşdur. 06 mart 2020-ci il tarixli MA-0017361-20 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 349-EMB-0950-19 nömrəli 21 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 06 mart 2020-ci il tarixə 1122,16 manat əsas, 148,22 manat cərimə - cəmi 1270 manat 38 qəpik borcu qaldığı qeyd olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 21 sentyabr 2019-cu il tarixdə 349-EMB-0950-19 nömrəli müqaviləyə əsasən cavabdehə faizsiz 12 ay müddətinə 1347 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən “borcverən” “borcalan” bu müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə ödəiş məbləğlərini ödəmədikdə / vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini “borcalan”dan tələb edə bilər. Müqavilənin 3.1-ci bəndinə əsasən “borcalan” bu Müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “borcverən”ə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Cavabdehin 349-EMB-0950-19 nömrəli 21 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1122,16 manat əsas və 148,22 manat cərimə borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. İddia cavabdehdən 21 sentyabr 2019-cu il tarixli 349-EMB- 0950-19 saylı müqavilə üzrə yaranmış 1122,16 manat əsas, 148,22 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı – cəmi 1300 (bir min üç yüz) manat 78 (yetmiş səkkiz) qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 21 sentyabr 2019-cu il tarixli 349-EMB-0950-19 saylı müqavilə üzrə 1122,16 manat əsas, 148,22 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı – cəmi 1300 (bir min üç yüz) manat 78 (yetmiş səkkiz) qəpik borc məbləği tutularaq x4 Təşkilatı İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar