Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3870/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, mağaza sahəsinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, mağaza sahəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan onun xeyrinə 14.530 manat maddi ziyan və 10.000 manat məbləğində mənəvi ziyan dəyəri, cəmi 24.530 manatın tutulması, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli binanın altından yox, ticarət mərkəzi üçün tikilmiş sahəsindən, avtomobil yolundan 5 pilləkən aşağı olmamaq şərtilə 40 kv.metr sahəsi olan təmirsiz və ya 30 kv.metr sahəsi olan tam təmirli mağaza sahəsi verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən zirzəminin əvəzinə ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında 16,7 metr ümumi sahəsi olan zirzəminin İddiaçı xüsusi mülkiyyətinə verilməsi, zirzəmi ilə təmin edilənədək "xxxx" MMC tərəfindən İddiaçı hər ay 400 manat kirayə haqqı ödənilməsi, cavabdeh İddiaçı ünvan 2 ünvanında yerləşən zirzəmidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatı zamanı iddiaçı tərəfindən ərizə ilə müraciət edərək, Cavabdeh MMCnin "xxxx" MTK-ya çevrilməsi bildirilmiş və məhkəmə tərəfindən qeyd edilən ərizə nəzərə alınaraq təmin edilmişdir. Sonradan cavabdeh "xxxx" MTK Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan zirzəminin əvəzinə ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşamış binasında 20 kv.metr ümumi sahəsi oolan təmirli zirzəminin İddiaçı mülkiyyətinə verilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən zirzəmidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MTK onun məlumatı olmadan və onunla razılaşmadan, əmlakının dəyərini bazar qiymətinə uyğun olaraq ödəmədən 21 avqust 2021-ci ildə saat 16-17 radələrində qanunsuz və əsassız olaraq xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəniobyektini, işlətdiyi yarımzirzəmi mağazasını söküb dağıtmış, içərisində olan təxminən 4000 manatdan çox tikinti materiallarını yararsız hala salmışdır. Həmin vaxtdan o, 400 manat icarə yer götürüb işlətmiş və tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Hazırda cavabdehin təqsirindən işsizdir. Cavabdeh xüsusi mülkiyyətində olan və söküb dağıtdığı obyektinin əvəzinə gah 40-50 kv.metr qeyri-yaşayış sahəsi, gah da 30 kv.metr mağaza sahəsi verəcəyini vəd etmişdir. Cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə onunla müqavilə bağlamaqdan və hər ay 400 manat kirayə haqqını ödəməkdən yayınmışdır. Nəticədə cavabdehin ona vəd etdiyi sahənin sxemini, binanın layihə və işçi çertyojunu göstərməmiş və verməmişdir. Hər dəfə bir bəhanə gətirərək onun mülkiyyət hüququnu kobud surətdə pozmuşdur. Ona 1 saylı Bakı “Asan Xidmət” Mərkəzindən təcili olaraq müqavilə bağlamaq adı ilə 130 manata Forma-1 aldırmış və həmin Forma-1-in müddəti 1 ay olmasına baxmayaraq, müqavilə bağlamaqdan yayınmış və ona əlavə olaraq 130 manat da ziyan vurmuşdur. Cavabdehin təqsirindən, özbaşına olaraq xüsusi mülkiyyətinin sökülüb dağılması nəticəsində 4000 manat tikinti materialları yararsız hala düşmüş, obyektinə 6000 manat zərər dəymiş və 4400 manat icarə haqqının verilməməsi səbəbindən həmin məbləğdə ziyan dəymişdir. Hesab edilir ki, cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində ona mənəvi ziyan da dəymişdir. Həmin mənəvi ziyanı 10.000 manat ziyan dəymişdir. Belə ki, o ailə, uşaq, qonşular, qohumlar yanında nüfuzdan və hörmətdən düşmüşdür. Hamı onu qınaq obyektinə çevirmiş, yazıq, fağır, yoxsul, kimsəsiz, köməksiz, arxasız-adamsız, aciz bir adam kimi tanımışdır. Ona görə də o bu gün işsiz qalmışdır və ailəsinə çörək pulunu belə qazana bilmir. Cavabdeh isə öz qanunsuz və ədalətsiz hərəkətləri ilə onun hüquqlarını pozmaqda davam edir. Hesab edilir ki, cavabdeh "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona 24.530 manat maddi və mənəvi ziyan dəymişdir. Həmin maddi və mənəvi ziyan cavabdehdən məhkəmə qaydasında onun xeyrinə tutulmalıdır. Eyni zamanda cavabdeh tərəfindən ona Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi 19 ünvanında yerləşən hündürmərtəbəli binanın zirzəmisindən deyil, həmin ünvanda ticarət mağazası üçün tikilmiş sahəsindən, avtomobil yalundan 5 pilləkən aşağı olmamaq şərti ilə 40 kv.metr sahəsi olan təmirsiz və ya 30 kv.metr sahəsi olan tam təmirli mağaza sahəsi verilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinə dair etiraz təqdim edərək izahatında bildirdi ki, mülki iş üzrə İddiaçı hazırda Nəsimi rayon məhkəməsinə müraciət edərək, məhkəmədən, Cavabdeh MTK-dan onun xeyrinə 14.530 manat maddi ziyan və 10.000 manat məbləğində mənəvi ziyan dəyəri cəmi 24.530 manat tutulması, ünvan 1 ünvanda yerləşən hündürmərtəbəli binanın altında yox, ticarət mərkəzi üçün tikilmiş sahəsindən avtomobil yolundan 5 pilləkən aşağı olmamaq şərti ilə 40 kv.metr sahəsi olan təmirsiz və ya 30 kv.metr sahəsi olan tam təmirli mağaza sahəsi verilməsinə dair qətnamə çıxarılmasın xahiş etmişdir. Bundan əvvəl iddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı Nəsimi rayon məhkəməsinə daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdi. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məxsus qeyd olunan zirzəmi əvəzinə daha böyük və təmirli zirzəminin verilməsi, müvəqqəti başqa yerə köçdüyünə görə aylıq kirayə haqqının verilməsi qət edilmiş, MTK həmin qətnaməni icra etməyə hazırdır. İddiaçı bu iddiasına artıq məhkəmədə baxılmış və məhkəmə aktları mövcuddur. Eyni şəxslər barəsində eyni iddia tələbləri məhkəmədə baxılmışdırsa, məhkəmə eyni iddia ərizəsini baxılmamış saxlayır və ya icraata xitam verir. Qeyd edilənləri nəzərə alaraq, cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsindən verilən 26 avqust 2021-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 4648 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR-nın Dövlət Əmlakının İdarə X1 Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamədən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən 16.7 kv.m qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarında olan AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsində istifadədə olan 0.044 ha torpaq sahəsində yerləşən 19 nömrəli binanın zirzəmisində 16.7 kv.m ümumi, 16.7 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 4648 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-661/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı ünvan 5vanında yerləşən zirzəmidən çıxarılmış, ünvan 5vanında yerləşən və cavabdeh İddiaçı mülkiyyətində olan zirzəmi sökülmüş və həmin zirzəminin əvəzinə ünvan 5vanında inşa edilən çoxmərtəbəli yaşayış binasında 20 kv.metr ümumi sahəsi olan təmirli zirzəmi İddiaçı mülkiyyətinə verilmiş, zirzəmi ilə təmin edilənədək, "xxxx" MTK tərəfindən cavabdeh İddiaçı oğluna hər ay cəmi 300 manat icarə haqqı ödənilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5023/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-661/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-661/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən, tərəflər arasında müqavilə bağlanmış, həmin müqavilənin 1.1.1-ci maddəsinə əsasən, əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış MH seriyalı, ******* №-li, xx.xx.2008-ci il tarixli Çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 nömrəli binanın zirzəmisində 16,7 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və əmlak mülkiyyətçisini qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 300 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. Tikinti şirkəti ünvan 1 nömrəli binanın zirzəmisində yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 30,0 kv.metr zirzəmini əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edildi ki, məhkəmə qətnaməsinə əsasən, Cavabdeh MTK-nın İddiaçı qarşı qaldırdığı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5023/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-661/2022 saylı, 10 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-661/2022 saylı, 10 may 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan İddiaçı ilə Cavabdeh MTK arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı öz mülkiyyətində olan ünvan 1 nömrəli binanın zirzəmisində 16,7 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, Cavabdeh MTK isə çoxmənzilli binanın tikintisi başa çatdırılana kimi 3 aydan bir aylıq 300 manat məbləğində pul vəsaitini kompensasiya şəklində iddiaçıya ödəməyi, həmçinin ünvan 1 nömrəli binanın zirzəmisində yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 30,0 kv.metr zirzəmini əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, həmçinin cavabdeh tərəfindən tikilmiş hündürmərtəbəli binanın ticarət üçün tikilmiş sahəsindən mağazının ona verilməsini məhkəmədən tələb edir. Cavabdeh MTK isə bildirir ki, iddia tələbi rədd edilməlidir, çünki hazırki tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı bildirir ki, iddia tələbi üç hissədən ibarətdir. Belə ki, iddiaçı 14.530 manat maddi ziyan və 10.000 manat məbləğində mənəvi ziyan dəyəri, cəmi 24.530 manatın tutulması, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli binanın altından yox, ticarət mərkəzi üçün tikilmiş sahəsindən, avtomobil yolundan 5 pilləkən aşağı olmamaq şərtilə 40 kv.metr sahəsi olan təmirsiz və ya 30 kv.metr sahəsi olan tam təmirli mağaza sahəsi ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Hazırki mülki işdə isə iddiaçıya zərər vurulması və zərərin cavabdehin qanunsuz hərəkətləri və yaxud hərəkətsizliyi nəticəsində vurulmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, digər hüquqi əsaslar da məhkəmə tərəfindən müəyyənləşdirilə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3cü maddəsi). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı nə maddi, nə də mənəvi ziyanın ona vurulması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbində qeyd edilən faktlar sübuta yetirilmədiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin “...ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli binanın altından yox, ticarət mərkəzi üçün tikilmiş sahəsindən, avtomobil yolundan 5 pilləkən aşağı olmamaq şərtilə 40 kv.metr sahəsi olan təmirsiz və ya 30 kv.metr sahəsi olan tam təmirli mağaza sahəsi verilməsi...” hissəsi ilə bağlı qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 5vanında yerləşən zirzəmidən çıxarılmalı, ünvan 5vanında yerləşən və cavabdeh İddiaçı mülkiyyətində olan zirzəmi sökülməli və həmin zirzəminin əvəzinə ünvan 5vanında inşa edilən çoxmərtəbəli yaşayış binasında 20 kv.metr ümumi sahəsi olan təmirli zirzəmi İddiaçı mülkiyyətinə verilməli, zirzəmi ilə təmin edilənədək, "xxxx" MTK tərəfindən cavabdeh İddiaçı oğluna hər ay cəmi 300 manat icarə haqqı ödənilməlidir. Beləliklə, hazırki iddia ərizəsində irəli sürən tələblər üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələr mövcüddür. Göründüyü kimi, İddiaçı tərəfindən mübahisələndirilən hallar üzrə məhkəməm tərəfindən qiymət verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəsində də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, mağaza sahəsinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, mağaza sahəsinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3870/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3870/2022
04.10.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver