Məhkəmə qərarları › İş №2(037)-453/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-453/2023

03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-453/2023 03.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X8 oğlunun katibliyi lə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 03 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 fevral 2011-ci il tarixdə anadan olmuş X6 və 14 iyun 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(051)-466/2021 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan rəsmi nikah pozulmuş, birgə nikahdan 09 fevral 2011-ci il tarixdə anadan olmuş X6 və 14 iyun 2012-ci il tarixdə anadan olmuş X5 yanında saxlanılmış və uşaqların maddi təminatı üçün hər ay hər uşağa 110 manat olmaqla cəmi 220 manat aliment təyin edilmişdir. Qeyd olunan aliment məbləği hazırki vəziyyətdə uşaqların saxlanması üçün azlıq edir və uşaqların normal təminatını ödəmir. Uşaqların yaşının artması xərclərinin də artmasına səbəb olmuşdur. Belə ki, övladları məktəblidirlər və təyin olunmuş aliment uşaqların bir sıra xərclərini, təhsil, geyim, sağlamlığı və s qarşılamır. Özü hazırda işləmir. Cavabdehin rəsmi iş yeri olmasa da telefon satışı mağazasında işləməklə normal aylıq gəlir əldə edir. Buna baxmayaraq təyin olunmuş alimenti vaxtında ödəməməklə yanaşı uşaqlarının maddi təminatının ödənilməsinə köməklik etmir. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə, istifadəsində olan mobil nömrəsinə “AZEMİS” informasiya sistemi vasitəsi ilə SMS xəbərdarlığı göndərilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatını, həmçinin iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 577209 nömrəli 01 mart 2011-ci il tarixli və AZ-İİ 904003 nömrəli 03 iyul 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin 09 fevral 2011-ci il tarixdə X6 və 14 iyun 2012-ci il tarixdə X5 adlı iki övladı doğulmuşdur. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-466/2021 nömrəli 05 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, 09 fevral 2011-ci il tarixdə anadan olmuş X6 və 14 iyun 2012-ci il tarixdə anadan olmuş X5 İddiaçı yanında saxlanmış, iki uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın Qalagah kənd İƏD üzrə nümayəndəliyinin 92 nömrəli xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, İddiaçı ailə tərkibi –Qızı İddiaçı və X1 ibarətdir. Uşaqlar V sinif şagirdidirlər. İş materiallarında olan X4 iştirak edilməməsi barədə 16 fevral 2023-cü il tarixli MŞŞ/MR018/2023-00221 nömrəli arayışdan görünür ki, cavabdeh X4 iştirak etməmişdir. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-466/2021 nömrəli 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 09 fevral 2011-ci il tarixdə doğulmuş X6 və 14 iyun 2012-ci il tarixdə doğulmuş X5 İddiaçı yanında saxlanmış, iki uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda təyin olunmuş alimentin uşaqların normal xərclərini ödəmədiyini, uşaqların məktəbli olduğunu, özünün hazırda işləmədiyini, cavabdehin rəsmi iş yeri olmasa da telefon satışı mağazasında işləməklə normal aylıq gəlir əldə etdiyini, təyin olunmuş alimenti ödəməməklə yanaşı uşaqları ilə maraqlanmadığını və maddi təminatının ödənilməsinə köməklik etmədiyini qeyd edərək uşaqların saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini nəzərə alaraq uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 09 fevral 2011-ci il tarixdə doğulmuş X6 və 14 iyun 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat alimentin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 58 (əlli səkkiz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-466/2021 nömrəli 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 09 fevral 2011-ci il tarixdə doğulmuş X6 və 14 iyun 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 160 (bir yüz atmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat alimentin tutularaq İddiaçı ödənilsin. Cavabdeh 58 (əlli səkkiz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar