Məhkəmə qərarları › İş №2(037)-455/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-455/2020

13.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-455/2020 13.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə x2 x1 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə 13 iyul 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: x3 Təsərrüfatı Mərkəzi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) təbiətə dəymiş 71 (yetmiş bir) manat 43 (qırx üç) qəpik ziyan məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 11 iyun 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 17 iyun 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində meşə fonduna 71,43 manat ziyan vurmuşdur. Bu barədə 06 may 2020ci il tarixdə müvafiq akt tərtib olunmuşdur. Ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da ziyanın ödənilməsi təmin olunmamışdır. İddiaçı 71 (yetmiş bir) manat 43 (qırx üç) qəpik maddi ziyan məbləğinin cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 06 may 2020-ci il tarixli aktın surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı Regional x1 əməkdaşları tərəfindən 06 may 2020-ci il tarixdə Basqal meşəbəyliyinin 01 saylı meşə dolayında yoxlama aparılarkən İsmayıllı rayon Zərnava kənd sakini Cavabdeh tərəfindən vələs cinsindən diametri 8 sm olan 5 ədəd, diametri 12 sm olan 4 ədəd, diametri 16 sm olan 2 ədəd, fıstıq cinsindən diametri 8 sm olan 4 ədəd, diametri 12 sm olan 3 ədəd və diametri 20 sm olan 2 ədəd, cəmi 21 ədəd ağac kəsdiyi müəyyən edilmişdir. 06 may 2020-ci il tarixli akta əlavə həcm qiymət cədvəlinin surətindən görünür ki, cavabdehin vələs və fıstıq cinslərindən olan 21 ədəd ağacı qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə 71,43 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. 14 may 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. 19 may 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, CavabdehBasqal meşəbəyliyinin 1 saylı meşə dolayından qanunsuz olaraq vələs cinsindən diametri 8 sm olan 5 ədəd, diametri 12 sm olan 4 ədəd, diametri 16 sm olan 2 ədəd, fıstıq cinsindən diametri 8 sm olan 4 ədəd, diametri 12 sm olan 3 ədəd və diametri 20 sm olan 2 ədəd, cəmi 21 ədəd ağac kəsmişdir. x3 Təsərrüfatı Mərkəzi tərəfindən Dövlət Meşə Fonduna dəymiş ziyan 71 manat 43 qəpik məbləğində hesablanmışdır. Cavabdeh dəymiş ziyan məbləğinin iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 71 manat 43 qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 71 (yetmiş bir) manat 43 (qırx üç) qəpik dəymiş ziyan məbləği alınaraq x2 x1 hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar