Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-46/2022 13.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh Hacıyev Ehtı̇ bar Əvəz oğluna qarşı 12000 manat pulun ödənilməsi tələbinə dair mülki işə 13 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Hacıyev Ehtı̇ bar Əvəz oğlundan (bundan sonra cavabdeh) icarə verdikləri 1,88 hektar torpaq sahəsinin yığılmış 12000 manat və 30 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 1999-cu ildə torpaq islahatları ilə əlaqədar onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 1,88 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini 2001-ci ildə cavabdehə icarəyə vermişdir. 2001-ci ildən 2006-cı ilə qədər cavabdehlə aralarında heç bir mübahisə olmamışdır. 2006-ci ildə pula ehtiyacı olduğu üçün cavabdehdən 800 manat pul almış və həmin torpaq sahəsini icarəyə vermişdir. 2019-cu ildə icarə müddəti bitdiyindən həmin torpaq sahəsini qaytarmağı cavabdehdən tələb etmişdir. Cavabdeh həmin torpaq sahəsini əkdiyini bildirmiş və o, cavabdehə güzəşt edərək növbəti əkin vaxtı əkməməyini bildirmişdir. Buna baxmayaraq aralarında razılaşma müddəti başa çatsa da cavabdeh onlara məxsus torpaq sahəsini geri qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı aralarında mübahisələr yaranmış, cavabdeh verdiyi sözə əməl etməmiş və illər boyu istifadə etdiyi torpağa görə verdiyi pulu geri istəmişdir. Onlar arasında məhkəmə mübahisəsi olmuş və 5030 manat məbləğinin ondan alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin məbləği cavabdehə ödəməmişdir. Torpaq sahəsi hal-hazırda onun öz istifadəsindədir. 2006-cı ildən son illərə qədər hər il üçün 1,88 hektar torpaq sahəsi 800 manatdan hesablanarsa cavabdeh hal-hazırda onlara 12000 manat ziyan vurmuşdur. Cavabdehdən 15 il müddətinə istifadə edilmiş onlara məxsus olan 1,88 hektar torpaq sahəsinin 12000 manat dəyərində icarə haqqı alınaraq onlara ödənilməlidir. Cavabdehdən icarə verdikləri 1,88 hektar torpaq sahəsinin yığılmış 12000 manat və 30 manat pulun ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2001-ci ildə iddiaçı özünə və ailə üzvlərinə məxsus 1,88 hektar torpaq sahəsini icarəyə vermək istədiyini ona bildirmişdir. O, həmin vaxtdan 2006-cı ilə qədər torpaq sahəsini əkibbecərmiş və razılaşdıqları miqdarda iddiaçıya icarə haqqı ödəmişdir. 2006-cı ildə iddiaçının təcili pula ehtiyacı olduğundan özünə və digər ailə üzvlərinə məxsus paylı mülkiyyətdə olan həmin torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. O, iddiaçı ilə danışıb razılığa gələrək həmin vaxt üçün torpağın dəyərinə uyğun olaraq 800 manat məbləgində pulu sonuncuya vermiş, əvəzində isə iddiaçı torpaq sahəsini və həmin torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair dövlət aktını ona təhvil vermişdir. İddiaçı həmin vaxt yaxın müddətdə torpaq sahəsini onun adına rəsmləşdirəcəyini bildirmişdir. Həmin vaxtdan torpaq sahəsi faktiki onun mülkiyyətinə keçmişdir. Ötən dövr ərzində iddiaçıdan torpağı öz adına rəsmləşdirməyi tələb etsə də o, torpaq sahəsini satmadığını bildirərək ona icarəyə verdiyini əsas gətirərək bundan imtina etmişdir. İddiaçıdan torpaq sahəsini aldığı vaxtlar həmin ərazidə torpaq sahəsinin bir hektarının qiyməti 300-400 manat arasında olmuşdur. O, iddiaçıya həmin torpaq sahəsinin alışı üçün 800 manat pul ödəmişdir. Hazırda həmin torpaq sahəsinin bir hektarının dəyəri orta bazar qiyməti ilə 3500-4000 manat arasındadır. Həmin torpaq sahəsini əkib-becərməklə torpağa dair bütün vergiləri 18 ildir ki, özü ödəmişdir. 2019-cu ildə iddiaçı və ailə üzvləri ona hədəqorxu gələrək 1,88 hektar torpaq sahəsini geri qaytarmağını təkidlə tələb etmişlər. O, iddiaçıya torpaq sahəsinə çəkdiyi xərci hazırkı bazar qiyməti ilə ödəyəcəyi təqdirdə torpağı geri qaytaracağını bildirmişdir. Lakin iddiaçı pul verməkdən boyun qaçırmışdır. Bundan sonra 2020-ci ilin aprel ayında iddiaçı və ailə üzvlərinə qarşı ona dəymiş ziyanın ödənilməsi tələbi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmişdir. İsmayıllı rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunaraq ümumilikdə 5030 manat pulun iddiaçıdan alınaraq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı və ailə üzvləri apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2020ci il tarixli2(107)-1555/2020 nömrəli qətnaməsi ilə iddiaçı və ailə üzvlərinin apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni ümumilikdə 5030 manat pulun iddiaçıdan alınaraq ona ödənilməsi hissəsində ləğv edilmişdir. O, həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli 2(102)-1496/2021 nömrəli qərarı ilə onun kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli 2(107)-1555/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki ApelyasiyaMəhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(102)-1496/2021 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli 2 (107)- 1555/2020 nömrəli qətnaməsi ləğv edilib işə yenidənbaxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Həmin qərarda göstərilmişdir ki, iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsinin 2001-2020-ci illər ərzində onun sahibliyində və istifadəsində olması və 2001-2006-cı illərdə onun həmin torpaqdan əvəzi ödənilməklə istifadəetməsi işin mübahisələndirilməyən hallarıdır. İşin mübahisələndirilən halı 2006-cı ildən sonra tərəflərin arasında yaranmış münasibətin xarakteridir, yəni onun tərəfindən verilmiş 800 manat məbləğində pulun əvəzində torpaq mülkiyyətçisinin hansı öhdəlik götürməsidir. Digər tərəfdən, iddiaçı onun ödədiyi 800 manat məbləği geri qaytarmağa hazır olduğunu bildirmişdir. Apelyasiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməməklə,iş üzrə gəldiyi nəticəni mübahisəli torpaq sahəsinin mülkiyyətçilər tərəfindən kiməsə satılması və yaxud hansısa formada özgəninkiləşdirilməsi barədə iş materiallarında heç bir müqavilə mövcud olmaması əsasıilə iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Halbuki, iddiaçı və ailə üzvləri bu məzmunda müqavilə bağladıqlarını iddia etmirlər, əksinə o, bu müqavilənin bağlanmaması nəticəsində ona vurulmuş zərərin əvəzininödənilməsini tələb etmişdir. İddiaçı təxminən 15 il əvvəl ondan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş 800 manat miqdarında pul aldığı halda hazırda həmin torpaq sahəsini ona satmaqdan imtina etməklə onun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli 2(107)-1057/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı və ailə üzvləri tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bütun bunlara baxmayaraq iddiaçı və ailə üzvləri uzun illərdən bəri bitib tükənə bilməyən hikkə və ambisiyadan əl çəkmək istəmirlər. Onun sahibkarlıq fəaliyyətinə iddiaçının müxtəlif üsullarla yaratdığı şər-böhtanı ara vermir. Onun şumlayaraq səpin üçün hazırladığı 1,88 hektar torpaq sahəsinə iddiaçı və ailə üzvləri özbaşına taxıl səpərək oranı mənimsəmişlər. Artıq iki ildir ki, həmin torpaq sahəsindən iddiaçı özü istifadə edir. Buna baxmayaraq iddiaçı məhkmə qətnaməsi ilə müəyyən edilmiş 5030 manat məbləği bu günə qədər ona ödəməmişdir. İddiaçı həmin məbləği ödəməkdən imtina etmək məqsədi ilə onu məhkəməyə vermişdir. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27 iyul 2020-cı il tarixli AA№525596 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin və həmin tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətlərindən görünür ki, İsmayıllı rayonu Mican kəndində yerləşən 1,8813 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X3, X7, X9, X4, X8 və X2 birgə mülkiyyətindədir. İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı ümumilikdə 5030 manat pul alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli 2(107)-1555/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı, X3 və X8 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni cavabdeh İddiaçı5000 manat və 30 manat dövlət rüsumu - cəmi 5030 manat pulun alınaraq iddiaçı Cavabdeh ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli 2(102)-1496/2021 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilimiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli 2(107)-1555/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki ApelyasiyaMəhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli 2(107)- 1057/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı, X3 və X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(037)-350/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2021-ci il tarixli 2(107)-1057/2021 nömrəli qərardadının surətindən görünür ki, cavabdeh İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli 2(107)-1057/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş qətnamələri ilə müəyyən edilmişdir ki, 1,88 hektar torpaq sahəsi İddiaçı, X3, X7, X5, X6, X8 və X1 mülkiyyətindədir. Onlar həmin torpaq sahəsini 2001-ci ildən 2006-cı ilədək hər il icarə haqqı ödənilməklə Cavabdeh icarəyə vermişlər. 2006-cı ildə İddiaçı Cavabdehlə torpaq sahəsinin alğı-satqısını rəsmiləşdirəcəyi barədə razılığa gələrək ondan əvvəlcədən 800 manat pul alaraq özlərinə məxsus 1,88 hektar torpaq sahəsinin sənədlərini Cavabdeh vermişdir. İddiaçı həmin vaxt vəd etsə də sonradan torpaq sahəsinə dair alğı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etmişdir. Mübahisəli 1,88 hektar torpaq sahəsinin 2001-2020-ci illər ərzində Cavabdeh sahibliyində olması, 2006-cı ildə Cavabdeh tərəfindən İddiaçı 800 manat ödənilməsi, həmin pul məbləğinin sözügedən torpaq sahəsinin məhz alğı-satqısına görə ödənilməsi qeyd edilən məhkəmə qətnamələri ilə təsdiq edilmişdir. Həmin məhkəmə qətnamələrinə əsasən İddiaçı ümumilikdə 5030 manat pul alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Mübahisəli torpaq sahəsindən 2020-ci ildən sonra İddiaçı istifadə edir və o hal-hazıradək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği Cavabdeh ödəməmişdir. Belə olan halda İddiaçı Cavabdeh pul tələb etməkdə haqlı deyil. Bundan əlavə İddiaçı Cavabdeh 12000 manat pul tələb etsə də həmin faktı təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Hacıyev Ehtı̇ bar Əvəz oğluna qarşı icarə verdikləri 1,88 hektar torpaq sahəsinin yığılmış 12000 manat və 30 manat pulun ona ödənilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-46/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-46/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver